IMG_3842

Akademik Kamal Abdullanın “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar

üçün dilçilik” kitabı dilçi olmayanlar üçün dilçilik elminin sirlərini açır.

Burada dilçiliyin nəzəri məsələləri bədii obrazların başına gələn oyunlarla

izah edilir. “Dilçilik həyatımızda nədir?” sualına əsər boyu cavab axtaran

müəllif bu əsərlə dilçilik elminin populyarlaşmasına yardımçı olur.

Kitab “Görkəmli Azərbaycan dilçiləri Məmmədağa Şirəliyevin, Muxtar Hüseynzadənin,

Əbdüləzəl Dəmirçizadənin xatirəsinə” ithaf olunub. Əsərdə yaradılmış bədii obrazlar vasitəsilə və ya onların hərəkətlərini, davranışlarını izləməklə dilçilik elminin bir çox problemlərinə toxunulur. Kitabı Azərbaycan dilçilik elminin ilk romanı (Akademik İsa Həbibbəyli) adlandıranlar da var.

Kitab 2010-cu ildə Mütərcim (Bakı) nəşriyyatında çap edilib.