IMG_3869 IMG_3871

Yazıçı Kamal Abdullanın “Sirri-zəmanə” kitabında yazıçının müxtəlif illərdə qələmə aldığı

hekayələr toplanıb.   Hekayələr “Sehirbazlar dərəsi”, “Parisin seçimi”, “Labirint”, “Bilgə əhvalatları”,

“Balaca həyətin həngamələri”, “Səhvlərimizin qrammatikası” adlı 6 silsilədə təqdim olunur.

Qəhrəmanların subyektiv həyat təcrübəsi və obyektiv gerçəklik, hadisələr və onların təbiəti haqqında

tarixən formalaşmış mühafizəkar-ənənəvi təsəvvürlərin gözlənilməz rakurslardan yozumu, mifloloji və

arxetipik motivlərin də yer aldığı mistifikasiyalar, xəyali və yaxud paralel dünya təsiri bağışlayan,

fizika qanunlarının belə tamam fərqli məntiqlə işlədiyi zaman və məkan labirintləri – bütün bunlar,

üstəgəl müəllifin bənzərsiz üslubu və təhkiyəsi bu hekayələrin kaloritini təşkil edir.

Nəfis tərtibatla 2014-cü ildə “Mütərcim” nəşriyyatında çap olunmuş kitabın arxa üzündə müxtəlif hekayələrdən çıxarışlar və

Kamal Abdullanın yaradıcılığı haqqında Salam Sarvanla Etimad Başkeçidin sözləri verilib.

Kitabın redaktorları Əliş Mirzallı və Şəlalə İsmayılzadədir.