IMG_3898

AMEA-nın həqiqi üzvü Kamal Abdullanın “Azərbaycanca danışaq”

seriyasından olan  növbəti kitab 2010-cu ildə rumın dilində, 2011-ci

ildə isə Kenessey Mariyanın həmmüəllifliyi ilə macar dilində nəşr olunub.

Macar dilində işıq üzü görən “Azərbaycanca danışaq. Ölkə və onun dili”

kitabının ön sözünün müəllifi Azərbaycanın bu ölkədəki səfiri, professor

Vilayət Quliyev, redaktoru isə məşhur türkoloq Hazay Giorgidir.

Bu kitabda Azərbaycan dili ilə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, incəsənəti,

o cümlədən Dağlıq Qarabağ həqiqətləri barədə məlumatlar da əksini tapıb.

Macar oxucu bu kitab vasitəsilə Azərbaycanın coğrafiyası, iqlimi,

daxili və xarici siyasəti, flora və faunası, geoloji strukturu,

təbii sərvətləri, xalqımızın milli mənşəyi və s. haqqında ensiklopedik

bilgilər də almaq imkanındadır.