Yazıçı Kamal Abdullanın “Tarixsiz gündəlik” povesti 2005-ci ildə
“XXI-YNE” nəşriyyatında (Bakı) nəşr olunub. Povest müəllifin
qeyd etdiyi kimi “Əməkdar müəllim, Sosialist Əməyi Qəhrəmanı
Zərbəli Səmədovun xatirəsinə və Bakının 190 saylı məktəbində
oxumuş, oxuyan və oxuyacaq bütün şagirdlərə, işləmiş, işləyən və
işləyəcək bütün müəllimlərə və əməkdaşlara ithaf olunur”.
Povestdə bir şagirdin oxuduğu məktəblə bağlı təəssüratları,
təhsil aldığı müddətdə baş verən hadisələr – bir sözlə məktəblinin
bir vaxtlar yaşadığı dünyasına səyahəti təsvir edilib.
Şərh yoxdur