13872683_1411576352202826_6098268651785198321_n

Romanları dünyanın aparıcı dillərinə tərcümə olunaraq, xarici ölkələrdə çap edilmiş və çap olunduğu ölkələrin ədəbiyyat mükafatlarını almış Azərbaycanın görkəmli yazıçısı və alimi Kamal Abdullanın yeni “Düma ilə Coys arasında” adlı ədəbi-tənqidi esselər kitabı işıq üzü görüb.

Modern.az-ın məlumatıne görə, kitab Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Bir dünyalıq ədəbiyyat söhbəti, yaxud esselərdən ibarət roman” adlı önsözü ilə başlayır.

Müəllif kitabda məhşur italyan romançısı Umberto Eko ilə görüş təəssüratlarını, bu görüş əsnasında baş tutan ədəbiyyat söhbətlərinin ədəbi arealının Düma ilə Coys yaradıcılığı arasında cərəyan etdiyini, bu ədəbi məkanda Azərbaycan ədəbiyyatında, ədəbi tənqidində baş ədəbi prosesin yaratdığı assossasiyalar, müasir Azərbaycan ədəbiyyatının gənc yazarlarının yaradıcılığındakı yeni parıltılar, müstəqillik dövründə qələmə alınan əsərlərlə bağlı düşüncələr, ədəbiyyatımızdakı “boşluq dolduranlar” haqqında fikirlərini ifadə etmişdir. Kitabda irəli sürülən fikirlər müxtəlif məzmunlu ricətlərlə bağlanaraq daha da rəngarən şəkil alıb.

K.Abdulla burada həmçinin özünün yazdığı romanlarla bağlı müəllif, eyni zamanda bir oxucu kimi də münasibətini ortaya qoyub.

Kitabdakı “Birun-əndərun oyunları” adlı essedə bədii mətnlərdəki söz oyunlarına, “Don Kixotun ölümü”, “Aldanmış oxucu” və başqa esselərində isə müəllif-əsər-oxucu uçbucağında baş verən proseslərə, bu üç faktor arasındakı münasibətlərə K.Abdullanın öznəməxsus münasibəti öz əksini tapıb.