Mənə deyən gərək nə olub axı,
Nə çabalayırsan, söylə, nə xəbər.
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər.
Nələr arzuladıq, nələr qazandıq,
Hələ nələri də itirəcəyik.
Yollara sarılıb biz də uzandıq,
Hara gəlib çatdıq belə tələsik?
De mənə, varmıydın, ya bəlkə yoxdun?
De mənə, yuxudu bəlkə bu dünya?
Bu bulaq suyunda sənmiydin axdın?
Bu bulud apardı səni haraya?
Vaxt gəlir, hər şeyin yetişir sonu,
Bu nəydi qurtardı, yox oldu, getdi?
Bu da bir həyatdı, oynadıq onu,
Bu da bir oyundu, yaşadıq, bitdi.
Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox.
Sizi cox sevirem
Vaxt gəlir,hər şeyin yetişir sonu
…………………………………………
misrasından başlayır bu şer.Öncə gələn misralar isə ayrıca bir şer,həm də nə vaxtsa digər şairlər tərəfindən yazılmış ser təsiri bağışlayır oxucuya .Xüsusilə simvolizmə üstünlük verən çox şairlərin şerlərində rastlanan misraların taftalogiyasıdır.Səslənmiş,yeni olmayan fikirlər,yeni tərzdə,özünəxas deyilməmiş.Şairin öz nəfəsi ,intonasiyası duyulmur.Vaxt gəlir,hər şeyin yetişir sonu —-ndan sonra ayrı bir şair ritmi,nəfəsi gəlir.Bunun hansı şairin özüdür,görəsən”?.Ən dürüst,həqiqi cavabı yalnız yazan verə bilər.