Günahlarım ürəyimdə dağ oldu.
Xatirələr mirvari tək düzüldü –
Sap qırıldı, mirvarilər dağıldı.
Hamısı da təkcə sənə oxşadı,
birindən başqa.
Sonra gördüm, yox –
O da sənə oxşayır.