O uzaq ulduzun işığı kimi,
Bir gün ürəyimə axıb gələrsən.
Ulduzlar yolundan çıxdığı kimi,
Göylərin yadından çıxıb gələrsən.
Məni peşman etmə, ruhani ata,
Çəkilməz bu cəza, ağrı çəkilməz.
Qisasların sayı günaha çatar,
Günahların yükü ağır – çəkilməz.
Çıxart günahımı alnımdan itir,
Sənin günahındır – mən günahkaram.
Ya da ki əfvimi özünlə gətir,
Keçib mən də səni bağışlayaram.
Şərh yoxdur