Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Gəncədəki İmamzadə dini-memarlıq kompleksində olub, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yenidən qurulan ziyarətgahda aparılan inşaat işləri ilə maraqlanıb.
Kompleksin ərazisində məscid, mehmanxana, qurbangah və ziyarətgahdan ibarət 4 yeni tikilinin inşa edildiyi bildirilib. Qeyd olunub ki, burada yenidənqurmadan sonra kitabxana, muzey, dini konfransların keçirilməsi üçün zallar da fəaliyyət göstərəcək.
Şərh yoxdur