Moskva, 17 mart, AZƏRTAC 555

Tanınmış yazıçı Kamal Abdullanın Moskvada nəşr olunmuş “Platon deyəsən xəstələnib…” (“Platon, kajetsya, zabolel…”) hekayələr toplusu Rusiyanın “Literaturnaya qazeta” nəşrinin ilk redaktoru Anton Delviq adına “Sözə və Vətənə sədaqətə görə” mükafatına namizədlər arasındadır.

Anton Delviq mükafatı 2012-ci ildə “Literaturnaya qazeta” tərəfindən Rusiya illik milli mükafatı kimi təsis edilib. Birinci mükafata üç, ikinci mükafata altı əsər layiq görülür. “Debüt” nominasiyasında dörd əsərə diplomlar təqdim olunur.

Kamal Abdullanın 2014-cü ildə Moskvada çap olunmuş “Platon deyəsən xəstələnib…” kitabında yazıçının son illər qələmə aldığı hekayələr toplanıb. Hekayələri rus dilinə Azər Mustafazadə tərcümə edib. Ön sözün müəllifi məşhur rus yazıçısı Yuri Polyakovdur. Kitab “Xudojestvennaya literatura” nəşriyyatında çap edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva