“Все мои печали” kitabında yazıçı Kamal Abdullanın rus dilinə tərcümə
olunmuş pyesləri yer almışdır.
Kitab Mütərcim (Bakı) nəşriyyatında 2009-cu ildə çap olunmuşdur.
Pyeslər rus dilinə Azər Mustafazadə, Vaqif İbrahimoğlu və Gülnar Şıxəliqızı
tərəfindən tərcümə edilmişdir.
Kitabla aşağıdakı linkdə tanış olmaq olar:
Kamal Abdullanın dram əsərləri toplanmış “Ruh” kitabı
Əflatun Neymətzadə tərəfindən türk dilinə çevrilmişdir.
Kitab 2006-cı ildə Ankarada çap edilmişdir.
«Господин дороги» kitabında görkəmli yazıçı-dramaturq
Kamal Abullanın şeirləri və bir pyesi toplanmışdır. Şeirləri
Azərbaycanın əməkdar incəsənət xadimi, ssenarist Alla Axundova,
pyesi isə Gülnarə Şıxəliqızı tərcümə…
Yazıçı-dramaturq Kamal Abdullanın «Шпион» kitabında
epik-dedektiv janrda «Kitabi-Dədə Qorqud» dastanının
motivləri əsasında qələmə aldığı «Casus» pyesinin rus dilinə
tərcüməsi verilmişdir. 2 hissəli, 12 epizoddan ibarət olan pyesi rus dilinə
görkəmli teatr xadimi Vaqif İbrahimoğlu çevirib.
Kitab 2004-cü ildə Mütərcim (Bakı) nəşriyyatında çap olunub.
Kamal Abdullanın “Bir, iki – bizimki!” adlı kitabında
eyni adlı pyes Azərbaycan,
rus, ingilis, fransız, alman və ispan dillərində yer alıb.
Kitab 2003-cü ildə Mütərcim (Bakı) nəşriyyatında çap edilib.
Kitabla aşağıdakı linkdə tanış olmaq olar:
Yazıçı Kamal Abdullanın 2002-ci ildə Mütərcim (Bakı) nəşriyyatında çap olunmuş
“Kədərli seçmələr” kitabında müəllifin müxtəlif janrda yazdığı bədii əsərlərindən seçmələr toplanmışdır.
“Unutmağa kimsə yox” bölməsində şeirlər (Ön sözün müəllifi: Vaqif Bayatlı Odər),
“Gümüş dövrün sirləri” bölməsində klassik rus ədəbiyyatından edilmiş tərcümələr
(Ön sözün müəllifləri: Aslan Məmmədli və …