bc8d2697aed3d0cb595243d54c387778

ABŞ-da geniş oxucu kütləsi toplamış ingilisdilli  “Yerusəlim Post” qəzetində tanınmış ravvin İsrael Baroukun görkəmli yazıçı, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma”əsəri haqqında yazdığı “Anlama sənəti” (“The Art of Understanding”) adlı məqaləsi dərc olunub.

Məqalədə müəllif “Yarımçıq əlyazma”nın bədii- fəlsəfi məziyyətləri ilə bağlı öz fikir və düşüncələrini qələməalıb: “Kamal Abdulla “Yarımçıq əlyazma”nın qəhrəmanıolan araşdırmaçı gəncin hər şeylə maraqlanan dərin düşüncə prizmasından tarix adlandırılan bir nəsnənin içərisində bulunan sehri araşdırır və oxucusunu öz şıltaq suallar və ideyalar aləminə aparır. Bəzən hekayələr sadəcə öz- özünə mövcud olur, nə əvvəli bəllidir, nə də sonu. Kitab özündə Dədə Qorqud və tarixi şəxsiyyət Şah İsmayıl Xətai haqqındakı  təhkiyəni birləşdirir və bu iki mövzunun kəsişdiyi ortaq və fərqli nöqtələri cəmləşdirərək, həm tədqiqatçını, həm də oxucunu naməlum olanın batinində daha nələrin gizləndiyini açmağa sövq edir.

“Yarımçıq Əlyazma romanında Kamal Abdulla hər bir insanın daxilində olan natamamlıq vəziyyəti haqqında, eləcə də araşdırma və özünüanaliz prosesinin bizim bildiyimizə və inandığımıza necə təsir edəcəyinə dair oxucu qarşısında dərin suallar qoyur.

Əsər cəmiyyətin tarix boyunca qarşıya qoyulan tolerantlıq, sülh kimi dərin fundamental suallara cavab tapması prosesindən keçərək necə inkişaf etməsini analiz edir. Bu xüsusi təhkiyəçilik elementlərinə Azərbaycan tarixində tez-tez rast gəlinir və məhzonlar müasir cəmiyyət və onun problemlərinin öyrənilməsinə maraqlı rakursdan baxmağa imkan verir.

Kamal Abdulla oxucusunu bəşər tarixinin verdiyi çoxsaylı dərslərin dünyanı bürümüş mədəniyyətlərarası və dinlərarası konfliktlərin həll olunmasında hansı müstəsna rola malik olduğunu düşündürməyə vadar edir.

“Yarımçıq əlyazma ” və şəxsi müdrikliyi vasitəsi ilə Kamal Abdullamilli tarixin mürəkkəb ideyalar zəminində inkişaf edən, bəşər tarixinin müxtəlif zamanlarını əhatə edən və insanlar arasında mümkün olan yeni dünyanın tədqiqatını aparan özünəməxsus mədəni kontekstini açmağa davam edir. “Yarımçıq əlyazma” Kamal Abdulla şəxsiyyətinin bədiiləşmiş təzahürüdür”.

İsrael Barouk məqalədə Kamal Abdullanın bədii yaradıcılığına işıq tutmaqla yanaşı, görkəmli yazıçının elmi və ictimai-siyasi fəaliyyətindən söz açıb və onu  Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi işində ən görkəmli  ekspertlərdən biri kimi səciyyələndirib.

http://www.jpost.com/Blogs/Exemplars-in-Peace-and-Conflict/The-Art-of-Understanding-463159