Yarımçıq əlyazma
Londonda yazıçı Kamal Abdullanın ingilis dilinə tərcümə edilmiş “Yarımçıq əlyazma” romanının təqdimatı olmuşdur. Mərasim Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə “Waterstones” kitab evində keçirilmişdir. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov müəllif barədə məlumat vermiş, onu müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, tanınmış ədəbi tənqidçi, ədəbiyyatşünas, dilşünas və mədəniyyətşünas alim kimi səciyyələndirmişdir.
1 Comment on this article