Biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq, Azərbaycan multikulturalizmi dərsliyinin yaradılması üzərində çalışırıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün “İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

K.Abdullayev bildirib ki, dərslikdə Azərbaycan multikulturalizminin ən müxtəlif istiqamətlərdən işıqlandırılması nəzərdə tutulur. Bu fənni tədris edən bir çox xarici ölkə müəllimləri – məsələn, almaniyalı professorlar fənnin tədrisi zamanı Azərbaycan multikulturalizmini alman multikulturalizmi ilə müqayisə edirlər”.