Üfüq məndən qaçmadı,
Məndən uzaqlaşmadı.
Üfüq mənə başladı
dərdini danışmağa.
Üzüm üzünə dəydi,
Gözüm gözünə dəydi –
Mənim dərdim nəydi
Onun dərdi yanında.