Xalq yazıçısı Kamal Abdullanın müxtəlif xarici dillərə tərcümə olunmuş “Sən çətin tapasan axtardığını” adlı şeirlər kitabı çap olunub.

Kult.az xəbər verir ki, kitabda Kamal Abdullanın müxtəlif illərdə yazdığı şeirlərin alman, fransız, ingilis və ispan dillərinə tərcümələri yer alıb.

Şeirləri almancaya Yusif Savalan, fransızcaya Mətanət Əhmədova, ingiliscəyə Vaqif Qəmbər, Fialə Abdullayeva, ispancaya Hüseynağa Aygünlü tərcümə ediblər.

Kitabçanın tərtibçisi Yusif Savalan, rəyçisi filolologiya elmləri doktoru, professor Şahin Xəlilli, redaktoru isə dosent Fialə Abdullayevadır.

Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

https://axar.az/news/edebiyyat/848479.html