Müstəqillik dövrü Azərbaycan bədii nəsrində yer alan Ekovari postmodern təmayülləri ilkin olaraq intellektual post-modernizmin Azərbaycanda yaradıcısı olan Kamal Abdulla yaradıcılığında görürük. “Qızıl gülün adı” və “Yarımçıq Əlyazma” əsərində yer alan ortaq tendesiyalar bunun ən bariz nümunəsidir. Ekovari postmodernizmi özünəməxsus çalarlarla yeni varianda ədəbiyyata təqdim edən Kamal Abdullanın yaradıcılığı bu aspektdən son dərəcə əhəmiyyətlidir. Vitorio Strada “Qızılgülün adı”əsərini keçmişi və indinin müxtəlif mədəniyyətlərini özündə cəmləşdirən bu günkü mədəniyyətin tələbi kimi qiymətləndirmişdir”275.
İntellektual prozanın müəllifi kimi tanınan Kamal Abdulla bu kontekstdə genişsəpkili yaradıcılığa malikdir. Dünya nəsrinin dərin qatlarını yenitipli nəsr yaradıcılığında açmağa müvəffəq olan Kamal Abdulla Azərbaycan ədəbiyyatında bu böyük arenadan qayıdışın ilk sistemli və özünəməxsus epoxasının əsasını qoymağı bacardı. Sonra bu epoxanı vahid Azərbaycançılıq konsepsiyasında birləşdirdi. Mövcud olanı transformasiya edərək dünya ədəbiyyatının çox ehtiyac duyduğu nəzəri məsələləri, dünya mifologiyasının qəlibləşmiş mövzularını, folkloru, konfliktli bədii mətnləri ustalıqla postmodern nəsr labrintində yenidən şərh etdi. Skeptik təxəyyülərin arzusunu reallaşdırdı.
Hörmətli Azər Turanla müsahibəsində yazıçı qeyd edib: “Ədəbiyyatda həmən o dediyiniz elmilik, intellektuallıq və ciddilik məqamlarının getdikcə artması, əlbəttə ki, nəsr ideologiyamızın, energiyamızın bütövlükdə yeni məcraya meyl etməsiylə bağlıdır. Yəni biz hansısa romanımızı, hansısa he- kayəmizi artıq çimərlikdə oxuya bilmiriksə bunun özü-özlü- yündə müsbət dəyər kimi qiymətləndirilə bilər. Yadıma düşür, bu yaxınlarda dünyasını dəyişmiş ustad Umberto Ekoyla görüşəndə o mənə dedi ki, romanınız cəlbedici romandır, amma onu çimərlikdə oxumaq olmaz”276.
Kamal Abdulla Azərbaycan nəsrində yeniliklər edib, tarixi faktlar və hadisələr fonunda yeni mətn yaradaraq bunu ustalıqla cəmiyyətə təqdim edə bilib. Azərbaycan alimi, Xalq yazıçısı, ictimai xadimi, Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədridir. Bir sıra ölkədaxili və xarici ədəbi, ictimai, elmi qurumların üzvüdür. Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…” və “Sirlərin sərgüzəşti” romanlarının müəllifidir.
Onun “Yarımçıq Əlyazma”, “Sehrbazlar dərəsi”, “Sirlərin sərgüzəşti” kimi romanları dünya ədəbiyyatı kontekstində milli özünəməxsusluğun ifadəsi, Qərb və Şərq mövzu, cərəyan, janr sintezi fövqündə duran, bu səpkidə ortaya çıxan ilk əsərlərdən biri kimi son dərəcə böyük əhəmiyyətə malikdir.
İlqar Fəhmi Azərbaycan nəsri haqqında məruzəsində qeyd edib: “Azərbaycan ədəbiyyatında postmodernist düşüncə tərzindən danışanda, təbii ki, ilk olaraq, yada öz konseptuallığı ilə seçilən Kamal Abdullanın “Yarımçıq əlyazma», “Sehrbazlar dərəsi»,”Tarixsiz gündəlik” və başqa nəsr əsərləri düşür.
Yazıçının şərq mistik sufi təfəkkürünü postmodern bədii priyomlarla çağdaş oxucuya çatdırdığı, dünyanın özü qədər əbədi və əzəli olan “ilkin günah” mövzusunu tam yeni istiqamətdən işıqlandırdığı “Sehrbazlar dərəsi” romanı və modern gəncliyin romantik hisslərini təsvir etdiyi “Tarixsiz gündəliklər”əsəri də geniş oxucu kütlələri tərəfindən böyük maraqla qarşılanmışdır”277.
Kamal Abdullanın əsərləri İtaliya, Yaponiya, Türkiyə, Ruminiya və.s ölkələrdə çap olunub.
Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Sirlərin sərgüzəşti”, “Tarixsiz gündəlik” romanlarının, şeirlər və hekayələr toplularının, dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində çap olunan – güzəşti”, “Tarixsiz gündəlik” romanlarının, şeirlər və hekayələr dillərində çap olunan- “Unutmağa kimsə yox” (Bakı, Azər-nəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), Bir, iki, bizimki! (Bakı, Mütərcim, 2003), “Casus” (Bakı, Mütərcim, 2004), 2009) kitablarında, esselərinin, şeirlərinin, hekayələrinin, “Ruh” (Ankara, 2006), “Все мои печали” (Ваку, Мутарджим, tərcümələr və pyeslərinin toplandığı “Kədərli seçmələr”də (Bakı, Mütərcim, 2002) Azərbaycan ədəbiyyatı üçün vacib mətləblər diqqət mərkəzinə çatdırılır 278.
“Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə “525-ci qəzet”in “İlin romanı”, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin “Son 10 ilin ədəbi əsəri”, 2007-ci ildə “Humay” mükafatlarına layiq görülüb. 21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma” İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.
Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib”.
Postmodernizmin öyrənilməsi məsələsi dünyada və Azərbaycanda son dərəcə aktual bir problemdir. Bu baxımdan Kamal Abdullanın nəsrinin tədqiqata cəlb olunması olduqca vacibdir
Bilindiyi kimi, Postmodernizmin Müstəqillik dövrü Azərbaycan bədii nəsrinə təsiri mövzusunu bu baxımdan Avropa postmodernizmi aspektindən Azərbaycan bədii nəsrini düzgün dərk etmək, sənətkarların əsərlərini daha dərindən qavramaq, əsərlərdə yer alan psixoliji təzahürləri, dövrün mövzu dairəsini, mövzu seçimini, rəngarəngliyini başa düşmək və mühitdə yer alan janr müxtəlifliyinin xəritəsinə nəzər salmaq, dünya ədəbiyyatına meyillərin elmi çərçivəsini aydınlaşdırmaq baxımından son dərəcə əhəmiyyətlidir.
“XX əsrin doxsanıncı illərində eksperimentlər şəklində meydana çıxan yaradıcılıq axtarışları zamanın süzgəcindən keçərək Mirzə Ələkbər Sabirin sözləri ilə desək, nehrə kimi çalxalanaraq “yağı yağ üstə çıxır, ayranı ayranlıq olur” məntiqi ilə inkişaf edib yeniləşmişdir. Artıq müstəqillik dövrünün demokratik ədəbi mühitinin doğurduğu yeni ədəbi cərəyanlar: tənqidi realizm, postmodernizm, dekadentizm, magik realizm ədəbiyyat meydanındadır. XX əsrin altmış-yetmişinci illərində yaradıcılıq metodu kimi yenidən yaranmağa başlamış tənqidi realizm müstəqillik dövründə inkişaf edərək ədəbi cərəyan səviyyəsinə qalxmışdır. Ədəbiyyatda modernizm dalğası genişlənmiş və qüvvətlənmişdir. Bədii metodların yeni təzahürlərinin meydanının genişlənməsi və ya fərqli ədəbi cərəyanların yaranıb inkişaf etməsi geniş mənada modernizm hərəkatını hazırlamışdır. Ədəbi prosesdəki sürətli yeniləşmə və dəyişikliklər, fərqli bədii metodların və üslubların mübarizə meydanında olması modernləşmənin ədəbiyyatın bütün cəbhəsi boyu inkişafını təmin etmişdir. Beləliklə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında modernizm adında xüsusi bir ədəbi cərəyan yaranmasa da, ayrı-ayrı modernist cərəyanların meydana çıxması ədəbi prosesdə yeniləşmə hərəkatının müxtəlif qütblərinin təzahürünə təkan verən hərəkətverici qüvvəyə çevrilmişdir. Artıq yeni ədəbi təmayülün başında dayanan Kamal Abdullanın ətrafında mərkəzləşən postmodernizm ədəbi cərəyanı tərəfdarlarının artmaqda davam etməsi və müxtəlif janrlarda yeni əsərləri meydana gətirməsi ilə bu ədəbi axın inkişaf etməkdədir. Postmodernizmin çoxgedişli imkanları ilə müasir cəmiyyətdəki fərqli inkişaf istiqamətləri bu ədəbi cərəyanın hələ də real perspektivlərə malik olduğunu göstərir. Davamlı proses olan Azərbaycan postmodernizmi nəinki tərəfdarlarını, hətta yeni-yeni yaradıcılarını, fərqli janrlarını yaratmaqla ədəbi cərəyan şəklində görünməyə başlamışdır”279.
Kamal Abdullanın oxucuya təqdim etdiyi “Yarımçıq əlyazma” intellektual postmodernizmin təmayüllərini özündə əks etdirən romanda bir çox təhlillər keçmişdən günümüzə daşınan mətləblərin dekonstruktivlik nöqteyi-nəzərindən yenidən işlənməsi, mətndən yeni mətn yaratmaq, ikili kodlama kimi məsələlər ön plandadır.
Bilindiyi kimi, Kamal Abdullanı Azərbaycan ədəbiyyatının Ekosu adlandırırlar. Ancaq qeyd edək ki, “Qızıl gülün adı” romanı ilə müqayisədə “Yarımçıq Əlyazmanın” dili çox sadədir. Terminoloji xətt və sanki oxucunun təfəkkürünü, intelektini, savadını və məlumat çoxçeşidliyini zorlayan Ekodan fərqli olaraq, K. Abdulla əsasən Azərbaycan oxucusunun bildiyi bir mövzunu yenidən mətnləşdirib oxucuya tədqim edir. Bizə doğma olan mətn, əminəm ki, xarici oxucu üçün qəlizdir. “Qızıl gülün adı” romanı ilə “Yarımçıq Əlyazmanın” müqayisəsi bir çox müxtəlifliklərlə yanaşı, parelleliklərin də ortaya çıxmasına səbəb olur.
Umberto Eko “Qızıl gülün adı” romanına tapılan bir əlyazma nüsxənin tərcüməsindən bəhs edərək başlayır. Özünün də qeyd etdiyi kimi, burada mətnlərarası əlaqə mövcuddur. Yəni yazıçı başqa bir müəllifin böyük İtaliyan romançısı Allessandro Monzoninin “Nişanlılar” romanına ünvanlama, göndəriş etmək məqsədilə, bu üsuldan istifadə etdiyini yazır. Hәmin məsələ, Kamal Abdullanın “Yarımçıq Əlyazma” əsərində də mövcuddur. Qeyd edək ki, hər üç əsər əlyazma mətninin tapılması ilə başlayır, gəlin həmin romanlara qeyd olunan aspektdən nəzər yetirək: “Qızıl gülün adı”: Mən 16 avqust 1968-ci ildə “J.Mabiyon atanın nəşr etdirdiyi, fransız dilinə tərcümə edilmiş (Paris, Lasur abbatlığının mətbəəsi, 1842). Melkli Adso atanın qeydləri” adlı bir kitab əldə etdim. Tərcüməçi Balle adlı bir abbat idi. Olduqca yoxsul olan tarixi şərhdə deyilirdi ki, tərcüməçi, on yeddinci əsrdə benediktin ordeninin tarixçəsini araşdıran məşhur alimin Melk monastrının kitabxanasında tapdığı XIV əsrə aid olan əlyazmasını hərfbəhərf tərcümə etmişdir”280
“Nişanlılar” əsərində də, əl yazma məsələsi qəribə şəkildə diqqətə çatdırılır: Yuxarıda bəhs edilən kəndlərdən birinin keşişi olan Don Abbondio 1628-ci ilin 7 Noyabr günü axşamüstü bu yollardan birindən yavaş-yavaş yeriyə-yeriyə bir gəzintidən evə qayıdırdı. Bu kəndin adına və bu insanın soyadına, nə burada, nə başqa bir yerdəki əlyazmalarında rast gəlinmişdir” 281.
Kamal Abdulla isə “Yarımçıq Əlyazma”da yazır: Milli Əlyazmalar İnstitutunun (Fondunun) orta əsrlər şöbəsinin 3-cü xətdə yerləşən katoloqundakı A 21/733 nömrəli yeni əlyazma məndə hər şeydən əvvəl ona görə maraq oyatdı ki, kitabxana İşçisinin dediyinə görə bu tipli əlyazmalar son dərəcə şəffaf olurlar və bu baxımdan onlara o qədər də diqqət yetirmirlər. Mənim təəccübümü hiss edən kitabxanaçı səbrlə izah etməyə çalışdı: “Bu əlyazma heç nə ilə o birilərindən fərqlənmir. Hələlik hər tərəfli öyrənilməyib. Amma güman edilir ki, 12-ci Əsrin əlyazmasıdır” 282.
Hər üç əsərdə diqqət çəkilən məqam son dərəcə maraqlıdır. Hər üç əsərin mərkəzində bir əlyazma dayanır və hadisələr Əlyazma xətti ilə başlayıb inkişaf edir. Diqqət etsək görərik ki, hər üç müəllif sanki bilərək, əlyazmanın tarixini daha da keçmişə çəkməyə cəhd edərək, oxucunun beynini qarışdıraraq, daha çox diqqət toplamağa çalışır. İkili kodlamanın yer aldığı mətnlər sayəsində yazar-oxucu gizliliyi ön plandadır.
“Yarımçıq əlyazma” romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilir və sonra 2013-cü ildə təkrar nəşrə girir.
Vurğulayaq ki, Postmodernizmin öyrənilməsi məsələsi dünyada və Azərbaycanda son dərəcə aktual bir problemdir.
Bu baxımdan, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının tədqiqata cəlb olunması vacibdir.
Məşhur İngilis tarixçi A.Toynbee, Qərb tarixini dörd dövrə ayırarkən (Qaranlıq çağ VII-XI əsr, Orta çağ XI-XV əsr, Müasir çağ XV-XIX əsr) son dövrü isə postmodern çağ olaraq xarakterizə edir.
Kamal Abdullanın belə fikirləri var: “Şübhədən həqiqətə – əsl yol budur! Cavidin şübhə etməyə mənəvi haqqı vardı. Şübhə edənin gərək bir prinsipi, idealı olsun… Bütün şübhələr sonraya, torpaq üstündə möhkəm dayanmağı öyrənəndən sonraya! Şübhə eləməyə gərək haqq qazanasan. Şübhə etmək səbatlıların işidir”283..
Maks Statkiyeviç Kamal Abdullanın “Yarımçıq əlyazması”ndan yarımçıq əlyazmaya doğru: yazı eposa qarşı məqaləsində bu barədə yazır: “Yarımçıq əlyazma”nın ciddi “siyasi” funksiyası şübhə hermenevtikasının təsdiqindən çox, hermenevtik prosesin səbrlə açılmasından (daim “özü-özünü yarıda saxlaması”ndan) ibarətdir. Beləliklə, yarımçıqlıq şərhin əsas prinsipi kimi göstərilir. Nitşenin məşhur deyimini bir qədər dəyişdirərək, demək olar ki, tamamlanmış, bütöv əlyazmalar mövcud deyil, yalnız (yarımçıq şərhlər var, çünki yarımçıq əlyazmalar həmişə yeni-yeni şərhlər doğurur”284.
Azərbaycan nəsrində modernizmin at oynatdığı bir dövrdə yaranan postmodernizm dalğası yenitipli sənəti ortaya çıxartdı. Bu kontesktdə yazılan bədii əsərlər dövrün tələbi ilə ayaqlaşsa da, həm də keçmiş və gələcəyin vəhdəti fonunda edilən cəhdlər, klassik mətnlərin dekonstruksiyası kimi maraqlı situasiyalar və fikir oyunları ilə yadda qaldı.
Postmodernist əsərlərdə tarixçilər kimi yazıçılar da dekonstruksiya vasitəsilə ayrı-ayrı fərdlərin və qrupların sosial davranışlarının səbəblərini izah etdilər, yaxud, yazıçılar öz əsərlərində klassik dövrdən fərqli olaraq yalnız təcəssüm etməklə kifayətləndilər. Hətta bəzən yazıçılar postmodernizm aspektindən ifrat, dərin qatlara enməklə ikrah hissi də doğura bildilər. H.Herisçinin “Nekroloq” əsərində olduğu kimi. Ancaq hər halda bütün bunlar şüurlu şəkildə baş verdi.
İstinadlar:
- 276 Kamal Abdulla: “Bizim ədəbiyyatın Coysa aparan heç bir yolu yoxdur” https://kulis.az/news/17241
- 278 Nargis. Kamal Abdulla: Postmodernizmdən milli özünəməxsusluğa. Ədəbiyyat qəzeti. – 2019. – 27 iyul.- S.22-23
- 282 Abdulla K.M. Yarımçıq Əlyazma. Bakı, Mütərcim, 2012, 292 s.
Şərh yoxdur