Bəşəriyyət ömrünü fərq yaratmağa və axına qarşı getməyə həsr etmiş insanların əməyini gec-tez qiymətləndirir. İnsanın dəyişdirdiyi dünya, yaradıcı əməyi ilə imza etdiyi möcüzələr tarix boyu unudulmur. Bu adamlar yeniliyə qərar verir, yaradıcı əməyi ilə cəsarət nümayiş etdirir, dünyanın nizamı uğrunda daim çaba göstərirlər. Belə insanlar inkişaf naminə elədiklərinə gündəlik iş kimi baxır, onları gözə soxmur, başını aşağı salıb daha çox qurub yaradır, qarşı çıxanlara isə öz möhtəşəm əməyi ilə cavab verirlər.
Xalq müəyyən bir məsələ barədə birdəfəlik rəy bildirmir. İnsanların əməyi, həyata keçirdiyi cahanşümul işlər, insanlıq naminə atdığı addımlar uzun müddət kölgədə də qala bilər. Amma son anda öz həqiqi qiymətini almış olur. Buludlar gün işığının qırşısını müvəqqəti kəsə bilər. Günlərin bir günü Günəş öz şəfəqləri ilə hər yeri isidəcək. Xeyirxah əməl də belədir, gec-tez öz qiymətini alacaq.
Professor Mahirə Hüseynova barədə sözlərimə belə bir lirik girişlə təsadüfən başlamadım. Mahirə xanım bütün şüurlu həyatını təvazökar bir tərzdə yaşamış, yazıb-yaratmış, istedadlı tələbələr yetişdirmiş, elm və pedaqogika sahəsində öz pozulmaz-silinməz izini qoymuşdur. Özü də bu nəhəng elmi- pedaqoji işləri sakitcə, haysız-hüysüz, reklam etmədən yerinə yetirmişdir. Bütün bu işlərdə Mahirə xanım yalnız öz inamına, əqidə və məqsədinə güvənmişdir. L.N.Tolstoyun sözləri yada düşür: “İnam – həyatın mənası haqda bilikdir, elə bir bilikdir ki, insana yaşamaq imkanı verir… Əgər insan yaşayırsa, deməli o, nəyəsə inanır… İnancsız yaşamaq mümkün deyil”. Mahirə xanım da öz işinə, əməyinə, yaradıcı potensialına, bədii və elmi təfəkkürünün yenilməz gücünə inanaraq yaşayır. Belə olmasaydı o, bu qədər uğurlu işlər görməzdi, elmi- pedaqoji və bədii fəaliyyət sahəsində fasiləsiz, permanent yaradıcılığa imza ata, möhtəşəm bir irs yarada bilməzdi.
Bəzən dünya bizi cavabsız suallarla üz-üzə qoyur. Yolumuzda, inam və qidəmizdə, imanımızda nə dərəcədə kamilik? Zaman öz iradəsində bizdən ələri alıb, nələri verir? Daim böyük məchulluqla qarşımızda mürəkkəb və Özülməz sual kimi dayanan bu dünya qarşısında bizim əbədi missiyamız nədir? ahi qarşısında daim hesabatda olan insanın ən müqqədəs missiyası cəsarətlə yə bilərik ki, yaradıcılıqdır. Filosoflardan biri deyir ki, “yaratmaq, ölümü öldürməkdir”. İnsan ölümə yalnız yaradıcılıqla qalib gələ, əbədiyyətə qovuşa bilər. Yalnız yaradıcılıq əbədi mahiyyətdədir. Mahirə xanım da yaradıcı şəxsdir. öldürməkdir”. İnsan ölümə yalnız yaradıcılıqla qalib gələ, əbədiyyətə qovuja Həm elm, həm də bədii ədəbiyyat sahəsində parlaq nailiyyətləri vardır. Ham alim, həm də şair kimi özünəməxsus yolu olan Mahirə xanım hər iki sahada böyük uğurlar qazanmışdır. Yaradıcılıq onun yaşamını, fəaliyyətini üfüqsüz hüdudlara çatdırmışdır. O, həm elmi kəşfləri, həm də bədii nümunələri ilə özünə yenilməzlik qazanmışdır.
J.P.Sartr yazırdı: “Hər bir insanın öz təbii koordinatları var: yüksəkliyin səviyyəsi nə iddialarla müəyyən olunur, nə də qürurla hər şeyi uşaqlıq həll edir”. Doğrudan da hər şey uşaqlıqdan süzülüb gəlir: hisslər, duyğular, insan romantikası, dünyanı dərk etmə, yaşam formaları dünyasından qaynaqlanır. Mahirə xanımın uşaqlığı, bu mənada maraqlı keçmiş, hər şey uşaqlıq zəngin xatirələrlə süslənmişdir. O, Naxçıvanın gözəl guşələrindən olan Babək rayonunun Süst kəndində dünyaya göz açmışdır. O, torpağı daim isidən Naxçıvan Günəşinin istisinə qızınmış, bu torpağın bərəkət dolu gücündən qüvvət almış, Naxçıvanın təbii enerjisi onun ilham qaynağına çevrilmişdir. Dahilər yurdu Naxçıvan onun da taleyində ilk izini qoymuş, ömür yolunu istiqamətləndirmişdir. Düzdür, o burda az yaşamış, Bakıya köçmüş, Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə orta məktəbində təhsil almış və oranı bitirmişdir. Sonra Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, institutu başa vurduqdan sonra təyinatla Abşeron rayonu Mehdiabad 1 saylı orta məktəbində, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı məktəbdə müəllimlik etmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, 2003-cü ildə “İlin nümunəvi müəllimi” respublika müsabiqəsinin qalibi elan edilmiş, birinci dərəcəli diplomla mükafatlandırılmışdır. Lakin bütün bu illərdə Naxçıvan havası onu tərk etməmiş, bu gözəl, müqəddəs yurdun ruhu onun mənəviyyatında yaşamışdır.
Göründüyü kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətə başlayanadək Mahirə xanım öz tərcümeyi-halına zəngin çalarlar qatmışdır. Bu mənalı avtobioqrafiya onun uşaqlığından, başqa sözlə, nəsli-nəcabətinin genetik yaddaşından süzülüb gəlmişdir.
Mahirə xanım bu uğurlarını ADPU-da daha intensiv və geniş spektrdə davam etdirdi. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğunu uğurla yekunlaşdırdıqdan (2012-ci il) sonra, az müddətdə, 2017-ci ildə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda doktorluq işini müdafiə etdi. Ənənəvi mövzular olsa da, Mahirə xanım problemə yeni rakursdan yanaşdı, dərin elmi qənaətlər əldə etdi, danılmaz yeniliklərə imza atdı.
Azərbaycan Dövlət Pedaqoji Universitetində onun kareyera yüksəlişi də uğurlu olur. O, 2018-2021-ci illərdə universitetin Filologiya fakültəsində dekan vəzifəsində işləyir, hal-hazırda isə daha məsul sahəyə rəhbərlik edir universitetin Beynəlxalq məsələlər üzrə prorektoru kimi fəaliyyət göstərir. Onun təşəbbüsləri ilə universitetdə silsilə tədbirlər həyata keçirilir, elm və innovasiya sahələrində yeniliklər edilir, bu ali təhsil ocağının beynəlxalq əlaqələri günü- gündən genişləndirilir. Kamillik və zəka genişliyi hüdudsuz olanda insanın həyata keçirdiyi işlər də möhtəşəm mahiyyət kəsb edir. Mahirə xanımın bir rəhbər və ideoloq kimi təşəbbüsləri, yenilikləri, irəli sürdüyü parlaq təkliflər sonsuz qənaətlərə aparıb çıxarır. Bunun nəticəsidir ki, qocaman ali təhsil müəssisəsi olan pedaqoji universitet bu gün ali məktəblər içərisində seçilən mövqedədir. Həm elm, həm innovasiya, beynəlxalq əməkdaş sahəsində pedaqoji universitet bu gün, məhz Mahirə xanım kimi rəhbərin uzaqgörən fəaliyyəti nəticəsində respublikada öncüllər sırasındadır.
Mahirə Hüseynovanın elmi-pedaqoji fəaliyyəti zəngin və çoxçalarlıdır. Bu sahədə mükafatları da kifayət qədərdir. O, bu illər ərzində “İlin ən yaxşı müəllimi”, “Əməkdar müəllim” adlarına layiq görülmüş, Naxçıvan Dövlət Universitetinin, Mamun Universitetinin, Özbəkistan Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetin, Özbəkistan Cizzax Dövlət Pedaqoji Universitetinin, Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin fəxri professoru, Dünya Söz Akademiyası Rəyasət Heyətinin, fəxri və Maxpirat adına Turan Elmlər Akademiyasının fəxri akademiki seçilmişdir. Bu onun fəxri üzvü olduğu elmi mərkəz və universitetlərin natamam siyahısıdır. Bu qədər geniş spektrdə fəaliyyət göstərən Mahirə xanım öz işlərini səmərəli şəkildə əlaqələndirir, elmi görüşlərini eyni mövqedən stimullaşdırmağı yaxşı bacarır, bu qədər geniş əhatəli işlərin öhtəsindən məharətlə gəlir.
Onun elmi fəaliyyəti çoxşaxəli və çoxspektrlidir. O, ədəbiyyatşünaslığın və dilçiliyin elə bir sahəsi yoxdur ki, ora nüfuz etməmiş olsun. Özü də yaradıcı, yenilikçi şəkildə. Toxunduğu hər sahədə öz izini qoya bilmişdir. Onun tədqiqatlarında dilçi alimlərimizdən Muxtar Hüseynzadə, Əbdüləziz Dəmirçizadənin yaradıcılıq yolu, müasir Azərbaycan aşiq və şairlərinin yaradıcılığında onomostik vahidlərin linqvopoetikası, aşıq və şairlərin dilinin poetik strukturu, müasir Azərbaycan dilinin punktuasiya məsələləri. Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi, Azərbaycan dilində yemək və Kaşğarinin “Divani-lüğət-it-türk” əsərini içki adlarının tarixi-etimoloji Mü Ümumtürk dilləri dialekt və şivələrinin qarışılıqlı inteqrasiyası, Mahmu əsərinin qrammatik xüsusiyyətləri, Qəbi istifadənin xüsusi halları və s. və i, haqqında geniş və dərin araşdırmalar yer alu Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili, durğu işarələrində görünməməlidir. Mahirə xanım bu geniş panoramalı fəaliyyəti ilə bir yox, bir Bu cür geniş profilli elmi fəaliyyət, heç də adi, asan başa gələn kimi neçə alimin birgə görə biləcəyi işə təkbaşına imza atır.
Xüsusi qeyd edilməlidir ki, Ulu Öndərimiz Heydər Əliyevin həyat va fəaliyyəti Mahirə xanımın varadıcılığında baslıca yer tutur. Onun Ulu Öndərimizə həsr etdiyi əsərlər silsilə təşkil edir. Bu yazılarda Mahirə xanımın Ulu Öndərə sonsuz məhəbbət və ehtiramı ifadə olunur. Onun bu əsərlərində Ulu Öndərimizin görünməyən, ictimaiyyət üçün gizli tərəfləri də üzə çıxır. Mahirə xanım böyük rəhbərin elə incə fəaliyyət nüanslarına, yaxud həyatının elə gizli nöqtələrinə toxunur ki, sanki Ulu Öndərimizi yenidən kəşf edib bizə tanıtdırır. Onun Heydər Əliyevə məhəbbəti vətənə, torpağa, elə-obaya, Azərbaycan dövlətçiliyinə sonsuz sevgisi kimi üzə çıxır. Bu kitablarda (“Ulu Öndərimizin natiqlik məharəti”-2009, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”-2011, “Missiya”-2019, “Heydər Əliyev Azərbaycan dilinin inkişaf strategiyası”-2019, “Baxış bucağı: Heydər Əliyev və strateji azərbaycançılıq”-2023) və başqa kitablarında Ulu Öndərimizin həyat və fəaliyyəti geniş planda təqdim olunur. Bu əsərlərdə Heydər Əliyevə dərin sevgi və məhəbbət Azərbaycan dövlətçiliyinin əbədiliyinə sonsuz inamla birləşir.
Biz bu yazının əvvəlində Mahirə xanımın qoşa qanadından birinin də poeziya olduğunu qeyd etmişdik. Onun Mahirə Nağıqızı imzası ilə onlarla şeir kitabı işıq üzü görmüşdür. Lirik-poetik vüsətlə diqqəti çəkən bu şeirlərdə həssas bir qəlbin döyüntülərini hiss edirik. Dünyaya ekskluziv baxış, hadisələrə həssas münasibət bu şeirlərin leytmotividir. Bu poetik parçalarda həssas bir qadın qəlbinin çırpıntılarının şahidi olur, zərif hisslərin toplusu ilə qarşılaşırıq. Şeirlərin əksəriyyəti ürəkdən sevən bir övladın anaya ünvanladığı məhəbbət məktublarıdır. Mahirə xanım bu yaşında da “ana” – deyib sızlayır, ana həsrətilə çırpınır. Bu şeirlər anaya olan sonsuz məhəbbətin əbədi notları təsirini bağışlayır. Kitabların adları da bunu açıq-aşkar bəyan edir: “Mənim anam”
(2006), “Su at dalımca, ana” (2006), “Ana sevgisindən doğan nəğmələr” (2008), “Yaşadacaq anam məni” (2009), “Analı dünyam” (2015), “Anamın kitabı” (2025) və s. Ananı hamı sevir, ana müqəddəsdir. V.Hüqo deyir ki, dünyada təmənnasız bir sevən qadın varsa, o da anadır. Bu mənada ana məhəbbətində bütün insanlar mənəvi sığınacaq tapır. Məsələ burasındadır ki, Mahirə xanım anaya sonsuz məhəbbətinə diqqət çəkməklə, bu məhəbbətin özünə xüsusi məhəbbət yaradır.
Onun ana vətən, torpaq, yurd sevgisi haqqında şeirlərinə xeyli mahnı bəstələnmişdir. Mahirə xanım şirin poeziyası ilə mahnı qanadlarında bizi insan ruhunun hüzur tapdığı sevgi dolu ünvanlara aparır. Onun şeirləri axıcılığı, poetik ovqatın oynaqlığı ilə musiqiyə çox uyarlıdır. Odur ki, onun sözlərinə yazılmış nəğmələr bu gün sevilə-sevilə dinlənilir.
Orta əsrlər türk mütəfəkkiri Yusif Balasaqunlu deyirdi: “İnsan əbədi deyil, insanlıq əbədidir”. Bu gün bizim bir çox alimlərin, ədəbiyyat adamlarının, ziyalıların gördüyü işlər əbədiyyətə yönəlib. Mahirə xanımın həyat və fəaliyyəti də bu missiyaya xidmət edir. Bu yolda ona uğurlar arzulayırıq. Mahirə xanım, yazın, yaradın, insanlığın əbədiyyətə gedən yolundan öz nurunuzu əsirgəməyin!
Şərh yoxdur