Elmira Axundova – Hörmətli Kamal müəllim, 90-cı illərin əvvəllərini, sizin Respublika Mədəniyyət Fonduna rəhbərlik etdiyiniz vaxtları xatırla- maq istəyirəm.
Kamal Abdulla – Əvvəlcə mən orada sədrin birinci müavini işləmişəm, sədr akademik Bəkir Nəbiyev idi. 1990-cı illərin əvvəllərində isə mən sədr seçildim. O vaxtdan bəri bu vəzifəni icra edirəm. Düzdür, indi bizim təşkilat «Azərbaycan Yaradıcılıq Fondu>> adlanır.
E.A. – Siz bu fonda ölkəmizin tarixi üçün ən mürəkkəb dövrdə gəlmisiniz. Gəlin həmin vaxtları xatırlayaq. Heydər Əliyevin qayıdışını dəstəkləyən adam kimi mənə sizin fikriniz maraqlıdır. Sizcə, bu nə üçün baş verdi?
K.A. – <<Xaos» deyilən bir anlayış var. Bir də «kosmos» anlayışı var. Bu anlayış- lar ikili qarşıdurma bildirir. Həmin dövrdə Azərbaycan xaotik vəziyyətdə yaşayırdı. Praktiki olaraq bu, mümkün deyil, lakin, təəssüf ki, biz o həddə çatmışdıq. Biz bir növ xaosda, bütün qüvvələrin, hətta özlərini demokrat adlandıranların qarşı- durması şəraitində yaşayırdıq. Bundan əlavə, regionların qarşıdurması, müxtəlif hərbiləşdirilmiş qruplaşmaların qarşıdurması… Belə qarşıdurmalar cəmiyyətimizin bütün strukturundan qırmızı xətlə keçirdi.
Ona görə də Heydər Əliyev kimi şəxsiyyətin gəlişi bizim üçün Allah vergisi idi. Əgər o, hakimiyyətə gəlməsə idi, Azərbaycanın gələcəyini təsəvvür etmək çətin olardı. Ümumiyyətlə, Azərbaycanın gələcəyi olmazdı. Ona görə ki bütün sahələrdə qeyri-peşəkarlıq özünü göstərirdi.
Mədəniyyətə gəlincə, yaradıcı xadimlər praktiki olaraq unudulmuşdu, respublikada az-çox diqqətəlayiq olan heç bir ictimai-mədəni hadisə baş vermirdi. Hamı ehtiyac içində idi – həm iqtisadi, həm də mənəvi mənada. Təbii ki, bu vəziyyət adamları sıxır, xaotik qeyri-müəyyənlik yaradırdı. Üstəlik, Qarabağ problemi, bütün ölkə hər gün, hər saat bu problemlə yaşayırdı. İnformasiya blokadası başla- mışdı, biz öz ərazilərimizi qarış-qarış itirirdik, qaçqınlar axını ölkəni doldurmuşdu. Bütün bunlar mənəvi təzyiq yaradırdı, biz həmin təzyiq altında yaşayırdıq.
Vaxtilə Heydər Əliyevin güclü əlini öz üzərində hiss etmiş sabiq siyasi xadimlərin çoxu, hətta müəyyən obyektiv və ya subyektiv səbəblər üzündən onu xoşlamayan adamlar da istəyirdilər ki, Heydər Əliyev hakimiyyətə qayıtsın, çünki onlar ölkənin gələcəyini, özlərinin yeganə ümidini onda görürdülər. Axı onların arasında elə adamlar vardı ki, qəlbən Azərbaycan üçün yanırdı, problemlərimiz onları ağrıdırdı.
E.A. – Belə çıxır ki, milli gözləntilər dalğasında hakimiyyətə gələn Xalq Cəbhəsi rejimi həm də obyektiv səbəblərdən öz vəzifəsini icra edə bilmədi. Yəni hər şeyi bu liderlərin sırf subyektiv keyfiyyətlərinin üzərinə atmaq olmaz. Yəqin ki, onların heç də hamısı şöhrət xəstəliyindən əziyyət çəkmirdi. Məsələ nədəydi – təcrübə çatışmazlığı? Heydər Əliyevdən başqa heç kəs ölkədəki vəziyyəti düzəldə bilməzdi?
E.A. – Heydər Əliyev Naxçıvan parlamentinin spikeri olduğu dövrdə siz orada konfrans keçirmişdiniz. Xahiş edirəm, bu barədə danışın.
K.A. – Bəli, bu, 1993-cü ildə, Heydər Əliyevin böyük hakimiyyətə gəlişindən bir qədər əvvəl oldu. Biz onunla tam təsadüfən görüşdük. Məni parlamentin iclasına dəvət etdilər. İclası Heydər Əliyev aparırdı. Mən qarşımda bir lider gördüm: o, başqa ölkələrin ən yüksək vəzifəli rəhbərlərinin yanında da söyləyə biləcəyi fikir- ləri olduqca sakit, ətraflı və dərindən şərh edirdi. Bu adam istənilən auditoriyada insanları inandırmağı bacarırdı. BMT-nin tribunasından çıxış edərkən məntiqli, məqsədyönlü, olduqca prinsipial, çox böyük təcrübəyə malik müdrik insan təsiri bağışlayan Heydər Əliyev Naxçıvan parlamentində də belə idi. Yəni o özü üçün bir yüksək hədd müəyyən etmişdi və heç vaxt onu aşağı salmır, başqalarını da özünün intellektual, siyasi səviyyəsinə qaldırmağa çalışırdı.
Məni ona təqdim etdilər. Bizi öz kabinetinə dəvət etdi, xeyli söhbətləşdik. O, muxtar respublikanın bu cür dəhşətli vəziyyətə düşməsinin səbəblərini izah edərək, Naxçıvanı xilas etmək üçün gördüyü tədbirlər haqqında danışdı. Təəssüf ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gec gəldi. Əgər o, bir qədər əvvəl gəlsəydi, Qarabağla əlaqədar problemlərin çoxu, bəlkə də, yaranmazdı. O vaxt mən sadəlövhlüyüm üzündən ona belə bir sual verdim: «Siz Mədəniyyət Fondunun Naxçıvan bölməsinin sədri vəzifəsinə kimin seçilməsini məsləhət görərdiniz?>>> O vaxt biz tez-tez döyüş əməliyyatları bölgələrinə gedir, dava-dərman aparır, əsgərlərimizlə görüşür, onları ruhlandırırdıq. Mədəniyyət Fondu respublikada gözəçarpan təşkilatlardan biri idi.
Heydər Əliyeviç sualıma belə cavab verdi: «Bu sizin işinizdir. Kimi layiq bilirsinizsə, seçin. Qoy adamlar özləri həll etsinlər. Mən onda başa düşdüm ki, müsahibim, həqiqətən, demokratik adamdır. Biz onunla Azərbaycan mədəniyyəti haqqında, ölkəmizin mədəni inkişafına töhfə vermiş naxçıvanlılar haqqında danışdıq, Hüseyn Cavidin cənazəsinin Sibirdən Bakıya gətirilməsi barədə onun təşəbbüsünü xatırladıq. Sovet dövründə belə bir aksiya praktiki olaraq qeyri-mümkün idi, amma Heydər Əliyev bunu etdi.
Heydər Əliyev heç kəsi məzəmmət etmir, heç kəsin arxasınca danışmırdı. İctimaiyyətin obyektiv əhvali-ruhiyyəsini və öz şəxsi fikrini ifadə edirdi. Ümumiyyətlə, o hər hansı ötəri əhvali-ruhiyyədən ucada duran adam idi, çünki əbədi dəyərlərlə yaşayırdı.
E.A. – Bu adamın Azərbaycana lazım olmasını o vaxt hiss edirdinizmi?
K.A. – Mən əvvəl də bilirdim ki, əgər o, hakimiyyətə qayıtmasa, bizim çox işlərimiz gərgin olacaq. Onunla söhbətdən sonra isə bunu daha çox yəqin etdim. Sizinlə şəxsi söhbət edən Heydər Əliyev və tribunadan çıxış edən Heydər Əliyev bir qədər fərqli adamlardır. O nə qədər səmimi, onunla söhbət etmək nə qədər xoş idi! O özünün ucalığını hiss etdirmirdi, çox sadə, mehriban və təvazökar insan idi. Özü də bunlar sonradan qazanılmış xüsusiyyət deyildi, bu ona fitrətən xas olan keyfiyyətlər idi. O, prezident olandan sonra da beləcə qaldı. Bu adamla beşcə dəqiqə söhbətdən sonra ona vurulmamaq mümkün deyildi.
Hakimiyyətə qayıdandan sonra bizim onunla ilk şəxsi ünsiyyətimiz Elçibəy Kələkiyə gedəndə oldu. O zaman Heydər Əliyev ziyalıları topladı, onların arasın- da mən də vardım və bizdən Kələkiyə getməyi xahiş etdi. Biz ora xüsusi reyslə getdik. Bizim qrupda Elçibəyin Əlyazmalar İnstitutunda birgə işlədiyi Cahangir Qəhrəmanov, Elmlər Akademiyasının prezidenti Eldar Salayev, Fərəməz Maqsudov, Həsən Turabov, Yusif Səmədoğlu, Naxçıvandan və başqa regiondan olan və Elçibəyi şəxsən tanıyan siyasi xadimlər vardı. Bizim qarşımıza vəzifə qoyulmuşdu: prezident ölkənin bu şəraitində çıxıb gedib, gedin və onu geri qayıtmaq üçün dilə tutun. Və bu, tam səmimi şəkildə deyilmişdi.
Bizi Kələkidə qarşıladılar. Əbülfəz Elçibəylə söhbət etdik. O bizə dedi ki, qayıtmağı məqsədəuyğun saymır, o, bir müddət burada qalacaq və Azərbaycanı buradan idarə edəcək. Biz xüsusi etiraz etmədik, amma həm də hiss edirdik ki, bu, mümkün deyil.
Eldar Salayev bizim adımızdan parlamentdə çıxış etdi və hər şeyi deputatlara danışdı.
E.A. – Slavyan Universiteti neçənci ildə yaradıldı?
K.A. – Slavyan Universiteti rəsmən 2000-ci ildə Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmışdı, Azərbaycan və rus məktəblərində rus dili dərsi deyən mütəxəssislər hazırlayırdı. Mən 2000-ci ildə Rus Dili və Ədəbiyyatı institutuna rektor təyin edildim. Beləliklə, bu institutun sonuncu rektoru mən oldum. Bir-iki ay sonra profilini genişləndirməklə, onun adını dəyişdirdilər və bu dəfə mən artıq Slavyan Universitetinin ilk rektoru təyin edildim.
E.A. – Təyinatdan qabaq Heydər Əliyev sizi öz yanına çağırmışdı?
K.A. – Əlbəttə, çağırmışdı. Aramızda çox səmimi söhbət oldu. O öz münasi- bəti, tövsiyələri ilə dərhal bütün baryerləri götürdü. Mən çox insani bir münasibət hiss etdim. Odur ki israr edirəm: Heydər Əliyevlə beş dəqiqə göz-gözə danışmaq kifayət idi ki, bu insana valeh olasan, ona vurulasan.
Biz ilk, Naxçıvan görüşümüzü xatırladıq. O mənim bütün qohumlarımı yaxşı tanıyırdı, keçmiş vaxtları yada salmaq onun üçün xoş idi. Axı bu həm də onun gəncliyi idi.
Maraqlı bir detal: Naxçıvanda o haradan biləydi ki, kim gələcək, onunla da görüşə hazırlaşaydı. Sadəcə, Heydər Əliyev məni gördü, dərhal beynindəki kom- püterin hansısa düyməsini işə saldı və bu düymə dərhal mənim bütün qohumlarım barədə məlumatları, hətta mənim bilmədiyim faktları anında üzə çıxardı.
…Təbii ki, Bakıdakı görüş zamanı biz Azərbaycan təhsili, ali məktəb sistemi haqqında danışırdıq. Görüş yarım saata qədər çəkdi və mən bu anları heç vaxt yadımdan çıxarmaram. O, həqiqətən, nəhəng miqyaslı lider idi. Nə yazıq ki, nə sovet vaxtı, nə də ki sonra onun yanında «düzgün ötürmə» etməyi bacaran insanlar tapılmadı. Daha dəqiq desək, belə insanlar onun ətrafında, əlbəttə ki, vardı, lakin çox az idi.
E.A. – Bəlkə, belə adamlar ona heç lazım deyildi?
K.A. – Yox, belə insanlara ehtiyacı vardı. Bir çoxları deyir ki, o, ətrafında güclü adamları sevmirdi, lakin bu belə deyil. O, güclü insanları özü yaradırdı. Heydər Əliyevə güclü Azərbaycan lazım idi. O, hökmlü insan idi, xalqı arxasınca aparmağı bacarırdı. Ona güclü icraçılar lazım idi.
Bəli, Heydər Əliyev özü özü üçün həm mətbuat katibi, həm Azərbaycan tarixçisi, həm siyasi xadim, həm də rəhbər idi. İdeyalarının başqaları tərəfindən səsləndirilməsini xoşlamırdı, çünki dəqiq çatdırılacağına arxayın deyildi. Axı hər bir vurğunun, hər intonasiyanın böyük əhəmiyyəti vardı.
Mən BSU-nun rektoru təyin olunandan bir qədər sonra məlumat aldıq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlir. Bu, deyəsən, ümumiyyətlə, Putinin Prezident kimi ilk xarici səfəri idi. Baş çəkəcəyi yerlərdən biri də bizim universitet oldu.
Elə etmək lazım idi ki, Rusiya nümayəndə heyəti rus dili və ədəbiyyatına, rus mədəniyyətinə bizim səmimi münasibətimizi hiss etsin. Bu səfər bizim üçün həm də ona görə əhəmiyyətli idi ki, Putin bizim müəllim, professor və tələbələrimizlə görüşü məhz Heydər Əliyevin sayəsində öz proqramına salmışdı. Qərara alındı ki, biz ona BSU-nun fəxri doktoru adını verək.
Vladimir Putin və Heydər Əliyevlə də məhz həmin vaxt görüşdük. Çox maraqlı söhbətimiz oldu.
Yadımdadır, mən qapıda prezidentləri qarşıladım və Elmi Şura üzvlərinin yanına gedəndə Heydər Əliyev dedi:
– Hə, indi biz nə eləməliyik? Sən de, biz də yerinə yetirək.
Onlar, yəqin, mənim həyəcan keçirdiyimi görürdülər. Ancaq bu sözlərdən sonra yüngüllük hiss etdim və bütün görüş çox rahat keçdi. Heydər Əliyev tərəfindən bu, böyük alicənablıq idi. Yoxsa, sadəcə gəlib, çıxış edib gedə də bilərdilər. Ancaq görüş protokol və etiket normaları çərçivəsindən uzaq, çox səmimi keçdi. Heydər Əliyev bizim müəllimləri, professorları Azərbaycan millətinin qaymağı adlandırdı, onların fəaliyyətinə çox yüksək qiymət verdi. O, rus dilinə bizim qayğılı və diqqətli münasibətimizi vurğuladı, bu dilə böyük önəm verdiyimizi qeyd etdi.
Vladimir Putin Heydər Əliyevə çox hörmətlə yanaşırdı. Bu hər iki dövlətin rifahı üçün ümumi faydalı iş görmək istəyən yaxın, doğma qəlblərin bir-birinə münasibəti idi. Heydər Əliyev Rusiya ilə əlaqələrimizin itirilməməsi üçün çox səy göstərdi.
O çox böyük siyasi xadim idi.
E.A. – Slavyan Universitetinin yaradılmasını siz Heydər Əliyevin uzaqgörən addımı hesab edirsiniz?
K.A. – Əlbəttə. Bizim institut əvvəllər yalnız rus dili və ədəbiyyatı öyrədirdi. Slavyan Universitetinin yaradılması haqqında fərmanın maddələrinin birində belə bir sətir vardı: «Profilinin genişləndirilməsi ilə».
Bununla bizə kart-blanş verildi. İnstitutumuzda digər slavyan dilləri ilə bağlı müəyyən potensial toplanmışdı. Ukrayna və bolqar dillərinin elementləri də vardı, lakin sonradan bütün bunları genişləndirdik. Bu gün bir ixtisas kimi universitetimizdə rus dili və ədəbiyyatından başqa, Ukrayna dili və ədəbiyyatı, polyak dili və ədəbiyyatı, bolqar dili və ədəbiyyatı, çex dili və ədəbiyyatı tədris edilir. Bundan əlavə indi bizdə qeyri-slavyan dilləri olan yunan, türk, Azərbaycan dilləri tədris olunur, roman-german filologiyası öyrənilir. Bu prosesə təkan verən isə 2000-ci ildə Heydər Əliyev oldu.
O bilirdi ki, mən türkoloqam, dilçilik və türkologiya üzrə mütəxəssisəm. Odur ki onun üçün maraqlı idi: slavyan və türk dillərinin qarşılıqlı əlaqələri baxımından nələr etmək olar? O, miqyaslı və dahiyanə düşünürdü. Heydər Əliyev hesab edirdi ki, slavyan dünyasını türk dünyası nəzərə alınmadan öyrənmək olmaz, eləcə də türk dünyasını slavyan aləmindən ayıraraq öyrənmək mümkün deyil.
İndi, budur, bizdə türk-slavyan əlaqələrini öyrənən elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir, türkologiya və Azərbaycan dili kafedraları uğurla işləyir. Universitetimiz ikidillidir. Məsələn, çex dili həm Azərbaycan, həm də rus şöbələrində tədris olunur. Hətta rus dili də Azərbaycan və rus şöbəsi üçün ayrı-ayrı tədris olu- nur (müsahibə K.Abdulla BSU-nun rektoru olduğu dövrdə götürülmüşdü – E.A.).
Bundan əlavə, biz öz xarici əlaqələrimizi genişləndirmişik. Ölkə xaricindəki tərəfdaşlarımız, ilk növbədə Rusiya, Avropa, Türkiyə, Amerikadakı həmkarlarımızla geniş əlaqələrimiz var. Keçirdiyimiz konfranslara Braziliya, ABŞ, Avropa ölkələrindən iştirakçılar gəlirlər. Universitetimizdə ixtisas kimi tədris olunan dillərin mərkəzlərini yaratmışıq. Çünki tələbənin özünü ölkənin aurasında hiss etməsi çox vacibdir. Axı nə üçün polonist Polşa auditoriyasında məşğul olmasın? Bizdə polyak, yunan, Rusiya, bolqar, Ukrayna, Türkiyə mərkəzləri var. Bütün bu mərkəzlər həmin dövlətlərin birinci şəxslərinin iştirakı ilə açılmışdır.
Bu, işimizin hələlik birinci mərhələsidir. İkinci mərhələni belə görürük: əgər biz müəyyən dil və mədəniyyətlərin forpostu kimi çıxış ediriksə, dostluq etdiyimiz universitetlərdə niyə Azərbaycanşünaslıq şöbələri yaratmayaq? Məsələn, Moskvada, Linqvistika Universitetində bizim dəstəyimizlə Azərbaycanşünaslıq şöbəsi yaradılıb. Bu yaxınlarda biz elə həmin universitetdə Azərbaycan Dili Mərkəzini açdıq.
Hazırda Belarus Universiteti ilə danışıqlar aparırıq, Kiyev Universiteti artıq razılıq verib. Bu yaxınlarda mən Almaniyada, Mayns şəhərindəki Quttenberq adına Universitetdə «Dədə Qorqud» və «Nibelunqlar»» mövzusunda mühazirələr oxuyurdum, həm də universitetin rəhbərliyi ilə danışıqlar aparırdım. Həmin ali məktəbdə Azərbaycan dili öyrənilir, təklif etdim ki, bizim köməkliyimizlə Azərbaycan mərkəzi açılsın.
Bu proseslərin əsasını Heydər Əliyev qoymuşdu.
Yeri gəlmişkən, bu yaxınlarda biz həmin Mayns Universiteti ilə beşillik layihə haqqında müqavilə imzaladıq. Layihənin icrası üçün iri alman fondu vəsait ayırmağa razılıq verdi. Söhbət «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar haqqında nəğmə» eposlarının birgə öyrənilməsindən gedir.
Hazırda mən Rusiya ali məktəbləri ilə «İqor polku haqqında dastanın birgə öyrənilməsi barədə danışıqlar aparıram, fransızlarla biz «Roland haqqında nəğ- mə» və «Dədə Qorqud»a müraciət etmək, ispanlarla isə «Sid haqqında nəğmə>>> və bizim eposun müqayisəli öyrənilməsinə başlamaq istərdik. Bu isə, bildiyiniz kimi, Ümummilli Liderimizin ən böyük arzusu idi. Dastanın 1300 illiyi ilə bağlı təntənələri necə möhtəşəm təşkil etdiyini yadınıza salın.
E.A. – Qəribədir, görəsən, Heydər Əliyev belə irimiqyaslı aksiyaların keçi- rilməsinə necə nail olurdu? Özü də siyasi sabitsizlik və müharibə şəraitində, həm də iqtisadiyyatın ağır olduğu bir vəziyyətdə. Buna baxmayaraq, o belə tədbirlərə həvəslə vəsait ayırırdı. Nə idi onun amalı?
K.A. – Birincisi, ədəbiyyata olan böyük sevgisi. İkinci amil isə həm cəmiyyətin, həm də dövlətin quruluşunu sistemli şəkildə görməsi, irəliyə hərəkətin sistemli şəkildə dərk edilməsi idi. Axı digər istiqamətləri rüşeym şəklində saxlayaraq bir istiqamətdə irəliləmək olmaz. Hər şeyi kompleks şəkildə görmək lazımdır.
O, müəyyən ümumi səviyyəyə nail olmaq üçün müxtəlif qüvvələri necə hərəkət etdirməyi yaxşı bilən sərkərdə idi. Hər şey qarşılıqlı əlaqədədir. Mozaikanın müxtəlif qəlpələrindən ümumi mənzərəni alırıq.
E.A. – Siz Heydər Əliyevin hakimiyyətdə olduğu onilliyin şahidisiniz. Həmin onilliyi necə səciyyələndirərdiniz? Heydər Əliyev Azərbaycan üçün nə etdi?
K.A. – Sualınıza obrazlı şəkildə cavab verəcəyəm. Heydər Əliyev bütün maneələrə rəğmən, Azərbaycana qayıda bildi. Qayıtmağı çoxları bacarmır. Uğurla qayıtmağı bacaranlar da çox olmur, ən azı Napoleonu yada salaq. Heydər Əliyev isə sadəcə qayıtmadı, o öz ölkəsi üçün çox faydalı işlər gördü. Ümumiyyətlə, qayıdış ideyası Heydər Əliyevə xas olan ideyadır. Onun ilk qayıdışı respublika rəhbərliyinə qayı- dışı idi. İkinci qayıdış tribunaya qayıdışı oldu. Yəqin, yadınızdadır, o, gənc zabitlər qarşısında çıxış edərkən tribunadan kənarlaşmağa məcbur oldu, lakin özündə qüvvə taparaq qayıtdı və nitqini davam etdirdi. Mən onun daha bir qayıdışını xatırlayıram zəlzələdən dərhal sonra Heydər Əliyev öz iş yerinə qayıtdı. Halbuki heç bir aparat, hətta ən mükəmməl aparat da yeraltı təkanların yenidən təkrarlanıb-təkrarlanma- yacağı sualına cavab verə bilməz. Onda öz evlərini tərk etmiş insanlar rahat nəfəs aldılar – əgər Prezident öz iş yerindədirsə, deməli, həyat davam edir.
Nəhayət, onun ən böyük qayıdışı – oğlu və layiqli varisi İlham Əliyevdir.
Bakı. 2007-ci il
Şərh yoxdur