
Ötən ilin noyabr ayında məşhur “Springer” nəşriyyatında Kamal Abdulla və Rafiq Əliyevin “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı ingilis dilində nəşr olunub.
Kulis.az xəbər verir ki, bu böyük nəşriyyatın əsas istiqaməti elmi kitabların, dərsliklərin və yüksək impakt faktorlu elmi jurnalların nəşridir.
Dünyanın 180-dən çox ölkəsində milyonlarla tədqiqatçı “Springer” mənbələrindən istifadə edir.
Qeyd edək ki, kitabın qiyməti “Amazon”da əvvəlcə 270 manat olub. İndi 12 faiz endirimlə 140 dollara – 238 manata satışa qoyulub.
https://kulis.az/xeber/media/kamal-abdulla-ve-rafiq-eliyevin-hemmuelifi-oldugu-kitab-amazonda-65359
Şərh yoxdur