Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 190 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış (1968-1973). SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun aspirantı olmuş (1973-1976), Moskvada “Sintaktik paralelizm Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə )” adlı namizədlik (1977), Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyaları müdafiə etmiş (1984), professor elmi adı almışdır (1993). O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyətinə AMEA Nəsimi adına Dilçilik İnstitutunda başlayan alim kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri (1977-1984), Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri (1984-1987), Azərbaycan Mədəniyyət Fondu (hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini (1988-1990) vəzifələrində çalışmışdır. 1990-cı ildən bu günədək Fondun İdarə Heyətinin sədridir. O, M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universitetinin) rektoru (2000-2014) olmuş, AMEA Humanitar və ictimai elmlər bölməsinin akademik-katibi (2011-2014), Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələrində çalışmışdır (2014-2017). 2014-cü ildən K.Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədridir. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.
Kamal Abdullanın elmi yaradıcılığı Azərbaycan filologiyasının müasir inkişaf mərhələsində nəzəri-metodoloji istiqamətlərin müəyyənləşməsində mühüm rol oynamışdır. Onun tədqiqatları dilçilik, folklorşünaslıq, ədəbiyyatşünaslıq və mədəniyyətşünaslıq sahələrinin qarşılıqlı əlaqəsi əsasında formalaşaraq humanitar elmlərdə fənlərarası yanaşmanın inkişafına ciddi töhfə vermişdir.
Görkəmli alimin 300-ə yaxın elmi və publisistik məqaləsi, 20-dən çox monoqrafiyası və dərs vəsaiti onun humanitar elmlər sahəsindəki çoxşaxəli elmi fəaliyyətini əks etdirir. Akademik Kamal Abdulla Azərbaycan dilçiliyində mətn və diskurs problemlərinin elmi əsaslarla və sistemli şəkildə araşdırılmasının əsasını qoymuş, dilin struktur-semantik funksional xüsusiyyətlərini müasir metodoloji yanaşmalarla araşdıran dilçilik məktəbinin yaradıcılarından biridir. Alimin “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” əsəri Azərbaycan dilçilik elmində mövcud olan bir sıra problemlərin həlli, xüsusən dilçiliyin sintaksis bölməsinin predmeti olan cümlə quruluşu, cümlə üzvləri arasındakı mürəkkəb cümlənin xüsusiyyətləri haqqında dərin dilçilik münasibət, sadə və araşdırmalarını özündə əks etdirir. Monoqrafiyada sadə cümlənin monopredikativ quruluşu, aktual üzvlənmə, mürəkkəb sintaktik bütöv, onun sərhədləri, kompozisiyası, tərkibi və başqa problemlər Azərbaycan dilçiliyində ilk dəfə olaraq geniş sistemli sintaktik təhlilə cəlb olunmuşdur. Üç böyük hissədən və hər hissəsi ayrı-ayrı fəsillərdən ibarət olan əsərin birinci hissəsinin birinci fəslində Azərbaycan dilində cümlənin quruluşunun təşəkkül tarixi “Kitabi-Dədə Qorqud dastanının dilindən başlayaraq XX əsr ədəbi dilimizin ədəbi-bədii nümunələri əsasında izlənilmiş, alınan elmi nəticələr dünya dillərində cümlənin təşəkkül tarixi kontekstində şərh olunmuşdur. Digər iki hissədə isə uyğun olaraq dilimizdə mürəkkəb cümlənin müxtəlif aspektlərdən təhlili verilmiş və mürəkkəb sintaktik bütöv tədqiqat obyekti kimi nəzərdən keçirilmişdır.
Məhz bu nəzəri axtarışların məntiqi davamı olaraq Kamal Abdullanın elmi maraqları cümlə sintaksisindən daha geniş mətn vahidlərinə yönəlmiş, nəticədə mətn sintaksisi və mürəkkəb sintaktik bütöv problemləri onun tədqiqatlarında aparıcı istiqamətlərdən birinə çevrilmişdir. Bu baxımdan alimin həmmüəlifi və elmi redaktoru olduğu “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” (2012) adlı dərs vəsaiti onun sintaktik konsepsiyasının sistemli şəkildə inkişafını nümayiş etdirən mühüm elmi-nəzəri mənbə kimi çıxış edir. Kitabda mürəkkəb sintaktik bütövün yalnız struktur xüsusiyyətləri deyil, həm də onun mətnyaradıcı, semantik və funksional imkanları müasir dilçilik baxımından dəyərləndirilir. Əsərin əsas elmi dəyəri mürəkkəb sintaktik bütövlərin quruluşunun, sərhədlərinin və kompozisiya xüsusiyyətlərinin konkret dil faktları əsasında təhlilində özünü göstərir. Formal və semantik əlaqə vasitələrinin inversiya, ellipsis və s. mətn daxilində funksional rolu ardıcıl şəkildə izah olunur və bu əlaqələrin məzmunla qarşılıqlı münasibətdə formalaşdığı elmi cəhətdən əsaslandırılır. Qeyd edilməlidir ki, əsər mətn dilçiliyinin nəzəri problemlərini sistemli şəkildə ümumiləşdirən, elmi axtarışlar üçün yeni istiqamətlər açan və ali məktəblərdə mətn dilçiliyinin tədrisi baxımından böyük əhəmiyyət daşıyan sanballı elmi əsərdir – təkrarlar, bağlayıcılar, deyktik elementlər, inversiya, ellipsis və s. mətn daxilində funksional rolu ardıcıl şəkildə izah olunur və bu əlaqələrin məzmunla qarşılıqlı münasibətdə formalaşdığı elmi cəhətdən əsaslandırılır. Qeyd edilməlidir ki, əsər mətn dilçiliyinin nəzəri problemlərini sistemli şəkildə ümumiləşdirən, elmi axtarışlar üçün yeni istiqamətlər açan və ali məktəblərdə mətn dilçiliyinin tədrisi baxımından böyük əhəmiyyət daşıyan sanballı elmi əsərdir.
Məhz bu konseptual yanaşmanın davamı olaraq, alimin “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” (2016) adlı əsərində sintaksisin əsas problemləri – cümlə quruluşu, predikativlik, cümlə üzvləri arasındakı münasibətlər, sadə və mürəkkəb cümlənin funksional xüsusiyyətləri dərin elmi təhlilə cəlb olunur. Kitabda mürəkkəb sintaktik bütövlər Azərbaycan dilçiliyində ilk dəfə ayrıca tədqiqat obyekti kimi təqdim edilir və bu anlayışın nəzəri əsasları sistemli şəkildə şərh olunur. Beləliklə, müəllif əvvəlki tədqiqatlarında irəli sürdüyü mətnyönümlü sintaktik yanaşmanı burada daha geniş nəzəri müstəviyə çıxarır.
Lakin K.Abdullanın dilçilik konsepsiyası yalnız struktur və formal sintaksislə məhdudlaşmır. Onun elmi axtarışları dilin daha dərin – mədəni və mifoloji qatlarına doğru istiqamətlənir ki, bu da “Dil və mifologiya” (2017) adlı əsərində aydın şəkildə öz əksini tapır. Bu əsərdə müəllif dilçilikdə mövzuların təkrarlanması, “tükənmişlik” hissi doğurması mədəni və mifoloji qatlarına doğru problemini önə çəkərək dilin mifoloji qatlarının araşdırılmasının zəruriliyini qeyd edir. K.Abdulla bu vəziyyəti yalnız formal problem kimi deyil, həm də dilçilik təfəkkürünün inkişafına maneə kimi qiymətləndirir. Çıxış yolu kimi “dil və mifologiya” istiqamətini müəyyənləşdirir və bu sahəni “mifolinqvistika” adlandırmağı təklif edir. Bu yanaşma dilçiliyin bütün sahələrinə fonetika, leksika, qrammatika gətirir. Əsərin mərkəzi obyekti “söz”dür. Müəllif göstərir ki, sözün müstəqim mənası (“söz demək”, “söz danışmaq”) ilkin, arxaik qatdır. Sonrakı metaforik və frazeoloji birləşmələr (“söz almaq”, “söz vermək”, “söz qaytarmaq” və s.) dilin yeni anlayışlar üçün ayrıca vahid yaratmaq əvəzinə mövcud formaya əlavə yüklər verməsinin nəticəsi kimi izah olunur. Bu hal “dil xəstəliyi” anlayışı ilə ifadə edilir. Mifoloji təsəvvür burada əsas rol oynayır: söz persona kimi qəbul edilir, maddi varlıq kimi “alınır”, “verilir”, “qorunur”. Beləliklə, dilin semantik inkişafı mifoloji düşüncənin izlərini daşıyır. Müəllif bu prosesi həm dilin “tənbəlliyi”, həm də mifoloji yaddaşın gücü ilə əlaqələndirir. Bu əsərin elmi üstünlüyü dilçiliyin mövcud böhranını aşmaq üçün nəzəri-metodoloji əsas verməklə dilin mifoloji qatlarının araşdırılmasının gələcək tədqiqatlar üçün aparıcı istiqamət kimi təqdim edilməsidir.
K.Abdullanın “Mifolinqvistika” əsərində irəli sürülən nəzəri müddəalar onun dilçilik düşüncəsində mifoloji qatın təsadüfi deyil, sistemli və məqsədyönlü şəkildə ön plana çəkildiyini göstərir. Belə ki, alim bu əsərində dilin yaranışını və inkişafını mifoloji təfəkkürlə sıx bağlı şəkildə təqdim edir, ilkin “müstəqimlik qatından başlayaraq üslubi və mifoloji səviyyələrə qədər keçidlərin ardıcıllığını izah edir. Burada dil-təfəkkür münasibətlərinin anlaşılmasında yeni nəzəri imkanlar açır. Kitabda mifoloji düşüncənin dilin bütün qatlarında həm tarixi inkişaf, həm də müasir struktur baxımından həlledici rol oynadığı elmi faktlarla sübut edilir və mifolinqvistika ayrıca, perspektivli bir sahə kimi əsaslandırılır.
K.Abdulla yalnız nəzəri araşdırmaları ilə deyil, həm də dilçiliyi geniş oxucu kütləsinə sevdirən maarifçi üslubu ilə seçilir. Onun “Dilçiliyə səyahət” əsəri Azərbaycan dilçiliyində maarifləndirici elmi-populyar ədəbiyyatın ən uğurlu nümunələrindən biridir. Müəllif bu əsərdə dilçi olmayanlar üçün dilçilik elminin sirlərini açmaqla onu yalnız dar ixtisas sahibləri üçün deyil, geniş oxucu kütləsi üçün də anlaşıqlı və əlçatan etməyi hədəfləmişdir. Əsər Azərbaycan dilçiliyinin nəzəri bazasının formalaşmasında mühüm rol oynamış, fonetika, leksikologiya, dialektologiya və ədəbi dil normaları sahəsində dəyərli tədqiqatlar aparmış görkəmli dilçi-alimlər Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə və Əbdüləzəl Dəmirçizadənin xatirəsinə ithaf edilmişdir. Bu ithaf müəllifin elmi ənənələrə sədaqətini və görkəmli elm xadimlərinə olan yüksək ehtiramını təcəssüm etdirir.
“Dilçilik həyatımızda nədir?” sualına cavab axtaran müəllif əsərdə bədii obrazlar vasitəsilə, eləcə də onların hərəkət və davranışlarını izləməklə dilçilik elminin bir sıra aktual problemlərinə toxunur. Bu yanaşma oxucunun diqqətini cəlb edir, abstrakt anlayışları konkretləşdirir və onları gündəlik həyatla əlaqələndirir. Nəticədə dilçilik “quru nəzəriyyə” kimi deyil, canlı, dinamik bir sistem kimi təqdim edilir. Oxucuya dilin quruluşu, qanunauyğunluqları və inkişaf mexanizmlərinin sadə, maraqlı şəkildə çatdırılması müəllifin elmi və yaradıcı üslubunun göstəricisidir.
K.Abdulla dilçilik sahəsində apardığı fundamental araşdırmalar, xüsusilə mətn, diskurs və sintaktik bütöv anlayışlarının elmi əsaslarla işlənməsi onun sonrakı tədqiqatlarında ədəbi mətnə yanaşma prinsiplərini də müəyyənləşdirmişdir. Alimin dilin struktur-semantik mexanizmlərinə yönəlmiş bu yanaşması bədii mətnin yalnız dil faktları səviyyəsində deyil, həm də mədəni, mifoloji və poetik bütöv kimi dərk olunmasına imkan yaratmışdır. Məhz bu elmi-metodoloji baza K.Abdullanın “Kitabi-Dədə Qorqud dastanlarına həsr olunmuş araşdırmalarında dilçilik və ədəbiyyatşünaslıq istiqamətlərinin üzvi şəkildə qovuşmasına zəmin hazırlamış, dastan mətnlərinin həm dil strukturunun, həm də bədii-mifopoetik mahiyyətinin paralel şəkildə təhlilini mümkün etmişdir. Bu baxımdan alimin “Dədə Qorqud” tədqiqatları onun dilçilik irsi ilə ədəbiyyatşünaslıq fəaliyyətini bir-birini tamamlayan vahid elmi sistem kimi təqdim edir.
Bu maarifçi istiqamət K.Abdullanın elmi fəaliyyətində təsadüfi xarakter daşımır, əksinə, onun dilçiliyi yalnız akademik mühitlə məhdudlaşdırmamaq, onu müxtəlif auditoriyalar üçün anlaşılan və cəlbedici etmək məqsədindən irəli gəlir. Belə ki, alimin müxtəlif dillərdə və fərqli oxucu qrupları üçün hazırlanmış “Azərbaycanda rus dili” (həmmüəllif, 2005) və “Azərbaycanca danışaq” (Paris, 2008; Buxarest, 2010; Budapeşt, 2011: Abu-Dabi, 2012) adlı kitabları bu baxımdan həm elmi-nəzəri, həm də tətbiqi-maarifçi xarakteri ilə seçilir və K.Abdullanın dilçilik fəaliyyətində nəzəri biliklə praktik ehtiyacların vəhdətini aydın şəkildə nümayiş etdirir. Qeyd etmək lazımdır ki. K.Abdullanın elmi yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi ayrıca istiqamət təşkil edir. Alim “Kitabi-Dədə Qorqud” dastanlarında sintaktik paralelizmlər” mövzusunda namizədlik dissertasiyası ilə dastanın sintaksisinə tamamilə yeni prizmadan yanaşmış, sintaktik paralelizmi yalnız dilçilik faktı kimi deyil, həm də bədii-üslubi vasitə kimi araşdıraraq dastanın poetik quruluşunun dərin qatlarını üzə çıxarmışdır. Onun araşdırmalarında xüsusi olaraq iki növ paralelizm – pilləli paralelizm və tərsinə paralelizm – ayrıca təhlil edilmişdir. Bu yanaşma dastanın gizli qatlarını, mifoloji düşüncə ilə yazılı mətn arasındakı əlaqələri üzə çıxarmaq baxımından böyük elmi əhəmiyyət daşıyır. O, göstərmişdir ki, “Kitabi-Dədə Qorqud’un sintaktik quruluşu poetik funksiya daşıyır və bu, mətnin bədii gücünü təmin edən əsas mexanizmlərdən biridir.
Alim sonrakı illərdə “Dədə Qorqud” irsinə daha dərindən nüfuz edir. Bəlkə də “Dədə Qorqud dövrünün ədəbiyyatımızın ənliksiz, kirşansız, süslənməmiş bir dövrü olması” K.Abdullanı daha çox cəlb edir. “Metaforalardan uzaq, bədiyyatın cilalanmamış. klassik şeirimizə xas olan bəzəkləri olmayan dövrünün içinə girəndə sən özün də təmizlənirsən. Dədə Qorqudun təmiz bətninə daxil olanda, sən özün də paklanırsan” söyləyən alim bu dövrü Azərbaycan ədəbi düşüncəsinin ilkin, saf və təbii mərhələsi kimi dəyərləndirir. Onun yanaşmasında “Dədə Qorqud” yalnız tarixi-mifoloji mətn deyil, həm də sonrakı ədəbiyyatın mənəvi-estetik əsaslarını müəyyənləşdirən başlanğıc nöqtə, milli söz mədəniyyətinin ilkin və gizli yaddaşı kimi çıxış edir. O, “Gizli Dədə Qorqud” (1991) adlı monoqrafiyasında dastanın gizli qatlarını, mifoloji və poetik strukturlarını üzə çıxararaq “Dədə Qorqud un yalnız folklor abidəsi deyil, həm də dərin fəlsəfi-mədəni bütöv bir sistem olduğunu göstərmişdir. Alimin sonrakı tədqiqatlarının nəzəri bünövrəsini təşkil etmiş bu forma Azərbaycan elmi mühitində “Dədə Qorqud un sirlərinə yeni baxış bucağı formalaşdırmışdır. K.Abdullanın “Sirr içində dastan və ya gizli Dədə Qorqud-2” (1999) əsəri isə yeni konseptual yanaşmaların davamı kimi çıxış edir. Müəllif bu tədqiqatında “Dədə Qorqud”u, sadəcə, epik abidə kimi deyil, həm də mədəniyyətin sirr daşıyan mətn sistemi kimi təqdim edir. O, “Dədə Qorqud” irsinin yalnız zahiri mətn qatlarını deyil, onun dərin mifoloji, semantik və simvolik qatlarını araşdıraraq dastanın gizli strukturlarını, onun mifoloji kodlarını və poetik mexanizmlərini üzə çıxarmağa müvəffəq olur. Bu əsər K.Abdullanın elmi yaradıcılığında “Dədə Qorqud sirlərinin axtarışlarının davamı olmaqla yanaşı, yeni konseptual baxışların daha da dərinləşdirilməsi və sistemləsdirilməsi baxımından mühüm mərhələ təşkil edir.
Növbəti mərhələdə alimin “Mifdən yazıya və ya gizli Dədə Qorqud-3” (2009) monoqrafiyası işıq üzü görür. Bu əsər Kamal Abdullanın “Dədə Qorqud irsinə yanaşmasının ən genişmiqyaslı mərhələsini təmsil edir və alim artıq dastanın yalnız dil-üslubi və mifoloji qatlarını deyil, həm də mifdən yazıya keçid prosesini araşdırır. Kitabi-Dədə Qorqudun tədqiqi konsepsiyası, metodologiyası və nəzəri bazası formalaşdırılır. Müəllif dastanın mifoloji köklərini yazı dövrü ilə əlaqələndirir, yunan mifoloji obrazları ilə paralellar aparır və bununla da “Dədə Qorqud”u ümumbəşəri mədəniyyət kontekstində təqdim edir. Bu yanaşma dastanın yalnız türk epik ənənəsinin məhsulu deyil, həm də dünya mifoloji sistemlərinin bir parçası olduğunu göstərir.
Lakin Kamal Abdullanın dilçilik konsepsiyası yalnız struktur və formal sintaksislə məhdudlaşmır. Onun elmi axtarışları dilin daha dərin – mədəni və mifoloji qatlarına doğru istiqamətlənir ki, bu da “Dil və mifologiya”(2017) adlı əsərində öz əksini tapır. Bu əsərdə müəllif dilçilikdə mövzuların təkrarlanması, “tükənmişlik” hissi doğurması problemini önə çəkərək dilin mifoloji qatlarının araşdırılmasının zəruriliyini qeyd edir. K.Abdulla bu vəziyyəti yalnız formal problem kimi deyil, həm də dilçilik təfəkkürünün inkişafına maneə kimi qiymətləndirir. Çıxış yolu kimi “dil və mifologiya” istiqamətini müəyyənləşdirir və bu sahəni “mifolinqvistika” adlandırmağı təklif edir. Bu yanaşma dilçiliyin bütün sahələrinə – fonetika, leksika, qrammatika – yeni baxış bucağı əmələ gətirir. Əsərin mərkəzi obyekti “söz”dür. Müəllif göstərir ki, sözün müstəqim mənası (“söz demək”, “söz danışmaq”) ilkin, arxaik qatdır. Sonrakı metaforik və frazeoloji birləşmələr (“söz almaq”, “söz vermək”, “söz qaytarmaq” və s.) dilin yeni anlayışlar üçün ayrıca vahid yaratmaq əvəzinə mövcud formaya əlvə yüklər verməsinin nəticəsi kimi izah olunur. Bu hal “dil xəstəliyi” anlayışı ilə ifadə edilir. Mifoloji təsəvvür burada əsas rol oynayır: söz persona kimi qəbul edilir, maddi varlıq kimi “alınır”, “verilir”,“qorunur”
Beləliklə, dilin semantik inkişafı mifoloji düşüncənin izlərini daşıyır. Müəllif bu prosesi həm dilin “tənbəlliyi”, həm də mifoloji yaddaşın gücü ilə əlaqələndirir. Bu əsərin elmi üstünlüyü dilçiliyin mövcud böhranını aşmaq üçün nəzəri-metodoloji əsas verməklə dilin mifoloji qatlarının araşdırılmasının gələcək tədqiqatlar üçün aparıcı istiqamət kimi təqdim edilməsidir.
K.Abdullanın “Mifolinqvistika” əsərində irəli sürülən nəzəri müddəalar onun dilçilik düşüncəsində mifoloji qatın təsadüfi deyil, sistemli və məqsədyönlü şəkildə ön plana çəkildiyini göstərir. Belə ki, alim bu əsərində dilin yaranışını və inkişafını mifoloji təfəkkürlə sıx bağlı şəkildə təqdim edir, ilkin “müstəqimlik” qatından başlayaraq üslubi və mifoloji səviyyələrə qədər keçidlərin ardıcıllığını izah edir. Burada dil-təfəkkür münasibətlərinin anlaşılmasında yeni nəzəri imkanlar açır. Kitabda mifoloji düşüncənin dilin bütün qatlarında həm tarixi inkişaf, həm də müasir struktur baxımından həlledici rol oynadığı elmi faktlarla sübut edilir və mifolinqvistika ayrıca, perspektivli bir sahə kimi əsaslandırılır.
K.Abdulla yalnız nəzəri araşdırmaları ilə deyil, həm də dilçiliyi geniş oxucu kütləsinə sevdirən maarifçi üslubu ilə seçilir. Onun “Dilçiliyə səyahət” əsəri Azərbaycan dilçiliyində maarifləndirici elmi-populyar ədəbiyyatın ən uğurlu nümunələrindən biridir. Müəllif bu əsərdə dilçi olmayanlar üçün dilçilik elminin sirlərini açmaqla onu yalnız dar ixtisas sahibləri üçün deyil, geniş oxucu kütləsi üçün də anlaşıqlı və əlçatan etməyi hədəfləmişdir. Əsər Azərbaycan dilçiliyinin nəzəri bazasının formalaşmasında mühüm rol oynanış, fonetika, leksikologiya, dialektologiya və ədəbi dil normaları sahəsində dəyərli tədqiqatlar aparmış görkəmli dilçi-alimlər Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə və Əbdüləzəl Dəmirçizadənin xatirəsinə ithaf edilmişdir. Bu ithaf müəllifin elmi ənənələrə sədaqətini və görkəmli elm xadimlərinə olan yüksək ehtiramını təcəssüm etdirir.
“Dilçilik həyatımızda nədir?” sualına cavab axtaran müəllif əsərdə bədii obrazlar vasitəsilə, eləcə də onların hərəkət və davranışlarını izləməklə dilçilik elminin bir sıra aktual problemlərinə toxunur. Bu yanaşma oxucunun diqqətini cəlb edir, abstrakt anlayışları konkretləşdirir və onları gündəlik həyatla əlaqələndirir. Nəticədə dilçilik “quru nəzəriyyə” kimi deyil, canlı, dinamik bir sistem kimi təqdim edilir. Oxucuya dilin quruluşu, qanunauyğunluqları və inkişaf mexanizmlərinin sadə, maraqlı şəkildə çatdırılması müəllifin elmi və yaradıcı üslubunun göstəricisidir.
K.Abdulla dilçilik sahəsində apardığı fundamental araşdırmalar, xüsusilə mətn, diskurs və sintaktik bütöv anlayışlarının elmi əsaslarla işlənməsi onun sonrakı tədqiqatlarında ədəbi mətnə yanaşma prinsiplərini də müəyyənləşdirmişdir. Alimin dilin struktur-semantik mexanizmlərinə yönəlmiş bu yanaşması bədii mətnin yalnız dil faktları səviyyəsində deyil, həm də mədəni, mifoloji və poetik bütöv kimi dərk olunmasına imkan yaratmışdır. Məhz bu elmi-metodoloji baza K.Abdullanın “Kitabi-Dədə Qorqud dastanlarına həsr olunmuş araşdırmalarında dilçilik və ədəbiyyatşünaslıq istiqamətlərin üzvi şəkildə qovuşmasına zəmin hazırlamış, dastan mətnlərinin həm dil strukturunun, həm də bədii-mifopoetik mahiyyətinin paralel şəkildə təhlilini mümkün etmişdir. Bu baxımdan alimin “Dədə Qorqud” tədqiqatları onun dilçilik irsi ilə ədəbiyyatşünaslıq fəaliyyətini bir-birini tamamlayan vahid elmi sistem kimi təqdim edir.
Bu maarifçi istiqamət K.Abdullanın elmi fəaliyyətində təsadüfi xarakter daşımır, əksinə, onun dilçiliyi yalnız akademik mühitlə məhdudlaşdırmamaq, onu müxtəlif auditoriyalar üçün anlaşılan və cəlbedici etmək məqsədindən irəli gəlir. Belə ki, alimin müxtəlif dillərdə və fərqli oxucu qrupları üçün hazırlanmış “Azərbaycanda rus dili” (həmmüəllif, 2005) və “Azərbaycanca danışaq” (Paris, 2008; Buxarest, 2010, Budapest, 2011; Abu-Dabi, 2012) adlı kitabları bu baxımdan həm elmi-nəzəri, həm də tətbiqi-maarifçi xarakteri ilə seçilir və K. Abdullanın dilçilik fəaliyyətində nəzəri biliklə praktik ehtiyacların vəhdətini aydın şəkildə nümayiş etdirir. Qeyd etmək lazımdır ki, K.Abdullanın elmi yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi ayrıca istiqamət təşkil edir. Alim “Kitabi-Dədə Qorqud” dastanlarında sintaktik paralelizmlər mövzusunda namizədlik dissertasiyası ilə dastanın sintaksisinə tamamilə yeni prizmadan yanaşmış, sintaktik paralelizmi yalnız dilçilik faktı kimi deyil, həm də bədii-üslubi vasitə kimi araşdıraraq dastanın poetik quruluşunun dərin qatlarını üzə çıxarmışdır. Onun araşdırmalarında xüsusi olaraq iki növ paralelizm – pilləli paralelizm və tərsinə paralelizm – ayrıca təhlil edilmişdir. Bu yanaşma dastanın gizli qatlarını, mifoloji düşüncə ilə yazılı mətn arasındakı əlaqələri üzə çıxarmaq baxımından böyük elmi əhəmiyyət daşıyır. O, göstərmişdir ki, “Kitabi-Dədə Qorqud”un sintaktik quruluşu poetik funksiya daşıyır və bu, mətnin bədii gücünü təmin edən əsas mexanizmlərdən biridir. Alim sonrakı illərdə “Dədə Qorqud” irsinə daha dərindən nüfuz edir. Bəlkə də “Dədə Qorqud dövrünün ədəbiyyatımızın ənliksiz, kirşansız, süslənməmiş bir dövrü olması” K.Abdullanı daha çox cəlb edir. “Metaforalardan uzaq, bədiyyatın cilalanmamış, klassik şeirimizə xas olan bəzəkləri olmayan dövrünün içinə girəndə sən özün də təmizlənirsən. Dədə Qorqudun təmiz bətninə daxil olanda, sən özün də paklanırsan” söyləyən alim bu dövrü Azərbaycan ədəbi düşüncəsinin ilkin, saf və təbii mərhələsi kimi dəyərləndirir. Onun yanaşmasında “Dədə Qorqud” yalnız tarixi-mifoloji mətn deyil, həm də sonrakı ədəbiyyatın mənəvi-estetik əsaslarını müəyyənləşdirən başlanğıc nöqtə, milli söz mədəniyyətinin ilkin və gizli yaddaşı kimi çıxış edir. O, “Gizli Dədə Qorqud” (1991) adlı monoqrafiyasında dastanın gizli qatlarını, mifoloji və poetik strukturlarını üzə çıxararaq “Dədə Qorqud”un yalnız folklor abidəsi deyil, həm də dərin fəlsəfi-mədəni bütöv bir sistem olduğunu göstərmişdir. Alimin sonrakı tədqiqatlarının nəzəri bünövrəsini təşkil etmiş bu əsər Azərbaycan elmi mühitində “Dədə Qorqudun sirlərinə yeni baxış bucağı formalaşdırmışdır. K.Abdullanın “Sirr içində dastan və ya gizli Dədə Qorqud-2” (1999) əsəri isə yeni konseptual yanaşmaların davamı kimi çıxış edir. Müəllif bu tədqiqatında “Dədə Qorqudu, sadəcə, epik abidə kimi deyil, həm də mədəniyyətin sirr daşıyan mətn sistemi kimi təqdim edir. O, “Dədə Qorqud” irsinin yalnız zahiri mətn qatlarını deyil, onun dərin mifoloji, semantik və simvolik qatlarını araşdıraraq dastanın gizli strukturlarını, mifoloji kodlarını və poetik mexanizmlərini üzə çıxarmağa müvəffəq olur. Bu əsər K.Abdullanın elmi yaradıcılığında “Dədə Qorqud” sirlərinin axtarışlarının davamı olmaqla yanaşı, yeni konseptual baxışların daha da dərinləşdirilməsi və sistemləşdirilməsi baxımından mühüm mərhələ təşkil edir.
Növbəti mərhələdə alimin “Mifdən yazıya və ya gizli Dədə Qorqud-3” (2009) monoqrafiyası işıq üzü görür. Bu əsər Kamal Abdullanın “Dədə Qorqud” irsinə yanaşmasının ən genişmiqyaslı mərhələsini təmsil edir və alim artıq dastanın yalnız dil-üslubi və mifoloji qatlarını deyil, həm də mifdən yazıya keçid prosesini araşdırır. Müəllif dastanın gizli qatlarını həm klassik ədəbiyyatla, həm də dünya mifoloji ənənələri ilə müqayisəli aspektdə araşdırır. Əsərin elmi yeniliyi ondan ibarətdir ki, burada “Kitabi-Dədə Qorqud”un tədqiqi konsepsiyası, metodologiyası və nəzəri bazası formalaşdırılır. Müəllif dastanın mifoloji köklərini yazı dövrü ilə əlaqələndirir, yunan mifoloji obrazları ilə paralellər aparır və bununla da “Dədə Qorqud”u ümumbəşəri mədəniyyət kontekstində təqdim edir. Bu yanaşma dastanın yalnız türk epik ənənəsinin məhsulu deyil, həm də dünya mifoloji sistemlərinin bir parçası olduğunu göstərir.
K.Abdullanın əvvəlki tədqiqatlarının məntiqi ardıcıllığı kimi “Dədə Qorqud poetikasına giriş” (2017) monoqrafiyası bu sahədə yeni araşdırmaları ortaya qoyur. Alim göstərir ki, “Kitabi-Dədə Qorqud” dastanı kimi qədim mətnlər yalnız üzə çıxmış bədii-poetik nümunələrdən ibarət deyil, həm də hələ realizə olunmamış, gizli qalan bədii potensialı özündə daşıyır. Əsərdə mətn və müəllif münasibətləri xüsusi tədqiqat obyekti kimi nəzərdən keçirilir. Müəllifin yanaşmasında mətnin dərin qatlarına enmək, onun “qan yaddaşını”bərpa etmək, mifoloji yasaqları üzə çıxarmaq xüsusi metodoloji xətt kimi təqdim olunur. Bu baxış dastanın yalnız zahiri poetikasını deyil, onun mifoloji köklərini də üzə çıxarmağa imkan verir. “Dədə Qorqud” poetikasına giriş” monoqrafiyasında müəllifin aşağıdakı nəticələri də mif və yazı məsələsində maraqlı qənaətlər kimi diqqəti cəlb edir: “Biz ədəbiyyatda mif dövrünü və yazı dövrünü bir-birindən ayırmaq üçün çox qədim qatlara, təkcə ədəbi əsər yox, ədəbi təsəvvür qatlarına enmək məcburiyyətindəyik. Bu təsəvvür laylarının və mənəvi dərinliklərin isə xoşbəxtlikdən bir vahid məkanı mənəvi “Kitabi-Dədə Qorqud”dur. Müxtəlif ədəbiyyat növləri: həm mif dövrünə aid özəlliklər, həm də yazı dövrünə aid xüsusiyyətlər bir mətnin quruluşunda, bir mətnin semantikasında və daxili ruhunda bir-birinin yanındadır… Mifoloji təfəkkürün məhsulu harmonik şəkildə yazı mədəniyyətinin içinə yeridilir. Bu, o elementin günümüzə qədər gəlib çıxmasını təmin edir”.
K.Abdulla üçün elm sərhədləri müəyyən olunmamış, yaradıcılıqla iç-içə keçən bir aləmdir; burada rasionallıq, intuisiya və davamlı yenilənmə bir-birini tamamlayır. Onun əsərlərində əks olunan fəlsəfi baxış bucağı, sosioloji və psixoloji ölçülər, eləcə də məntiqi yanaşma onu Türk Dünyasında elmi düşüncənin formalaşmasına ciddi təsir göstərən şəxsiyyətlərdən biri kimi təqdim edir.
Onun “Dədə Qorqud”a olan dərin marağı və bu dastandan heç vaxt tam ayrıla bilməməsi də məhz bu sərhədsiz yanaşmanın təzahürüdür: elmin və ədəbiyyatın son nöqtəsi yoxdur, hər zaman yeni anlamlar, yeni qatlar kəşf olunur. Bu baxımdan alimin professor Rafiq Əliyevlə birgə ərsəyə gətirdiyi “Kitabi-Dədə Qorqud va qeyri-səlis məntiq” əsəri görkəmli Azərbaycan-amerikan alimi, qeyri-səlis məntiqin banisi Lütfizadənin xatirəsinə həsr olunmuşdur. Həm qorqudşünaslar, həm də informasiya nəzəriyyəçiləri və məntiqçilər üçün son dərəcə maraqlı olan bu unikal araşdırmada qeyri-səlis məntiq prinsipləri “Kitabi- Dədə Qorqud” dastanının mətnlərinə ilk dəfə tətbiq edilmişdir. “Kitabi-Dədə Qorqud dastanının dərin semantik qatlarına nüfuz edilməsi əcdadlarımızın təfəkkür strukturunu və bu təfəkkürə xas olan demokratik əhvali-ruhiyyəni üzə çıxarmağa imkan vermişdir. Bu yanaşma yalnız tarix və folklorşünaslıq üçün deyil, eyni zamanda informasiya nəzəriyyəsi və məntiq sahələrində aparılan araşdırmalar üçün də yeni interpretasiya imkanlan yaratmış və fənlərarası tədqiqatların inkişafını stimullaşdırmışdır. “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” əsərində əldə edilən nəticələr göstərir ki, qeyri-səlis məntiq yalnız bədii mətnlərin semantik qatlarının açılmasında deyil, bütövlükdə dil və təfəkkür münasibətlərinin izahında da məhsuldar metodoloji alət kimi çıxış edir. Məhz bu elmi qənaətlər müəlliflərin diqqətini daha geniş bir problem sahəsinə dil, nitq və məntiq arasındakı qarşılıqlı əlaqələrin sistemli şəkildə araşdırılmasına yönəltmişdir. Müəlliflərin növbəti fundamental tədqiqatı olan “Qeyri-səlis məntiq və dil nitq” əsəri əvvəlki araşdırmanın təbii və konseptual davamı kimi təqdim olunur. “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və dil-nitq” əsərləri mövcud qaydaların sərhədlərini aşaraq ənənəvi düşüncə çərçivəsindən kənara çıxmış, dastanla yenidən oxumaq, onların dərin qatlarına enmək və tamamilə fərqli düşünmə modeli yaratmaqla mühüm istiqamətlər müəyyənləşdirmişdir. Bu əsərlərdə, hər şeydən əvvəl, “Dədə Qorqud” dastanlarının Türk ədəbiyyatı üçün daşıdığı əhəmiyyət bir daha xatırladılmış, onların yalnız klassik bədii nümunə deyil, həm də dərin fəlsəfi və məntiqi baxış bucaqlarının gizlənildiyi mətnlər olduğu göstərilmişdir. Həm “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq”, həm də “Qeyri-səlis məntiq və dil-nitq” əsərləri türkologiya sahəsində iz qoyacaq və yeni elmi araşdırmalara yol açacaq yüksəksəviyyəli əsərlərdir. Bu tədqiqatlar qeyri-səlis məntiqin yeni baxış bucaqlarını üzə çıxarmaq gücünə malik mühüm elmi dayaq nöqtəsi olduğunu nümayiş etdirir.
Qeyri-səlis məntiq təbii dilin məna qatlarındakı qeyri-müəyyənliyi aydınlaşdırmağa və bu qeyri-müəyyənliklər əsasında qərarvermə mexanizmini formalaşdırmağa xidmət edir. Bu baxımdan qeyri-səlis məntiqin insanlığa verdiyi töhfələr nəticəsində elmin müxtəlif sahələrində səmərəli tədqiqatların aparılması və yeni yanaşmaların meydana çıxması mümkündür. Təsadüfi deyil ki, akademik K.Abdullanın da həmmüəllif olduğu adıçəkilən iki əsərin təqdimatı və onlara verilən elmi rəylər qısa müddətdə ölkə hüdudlarını aşmışdır.
Bu istiqamətdə aparılan tədqiqatlar Türkiyədə “Milli folklor”, “BUGU”, “Dədə Qorqud” jurnalı kimi elmi nəşrlərdə dərc olunan məqalələrdə, eləcə də müxtəlif simpoziumlarda təqdim edilən məruzələrdə öz əksini tapmışdır. Onun yaradıcılığı ilə bağlı tədqiqatlar bir daha göstərir ki, akademik K.Abdulla qeyri-ənənəvi şərhləri və orijinal təhlilləri ilə təkcə “Dədə Qorqud” oxucularına deyil, bütövlükdə Türk dünyasına, türkologiya elminə işıq saçır. Onun elmi yanaşmalarının gələcək tədqiqatlara istiqamət verəcəyi və yolgöstərən mövqeyini davam etdirəcəyi şübhəsizdir.
K.Abdullanın elmi yaradıcılığı “Dədə Qorqud” irsinin tədqiqindən başlayaraq qeyri-səlis məntiq, dil və nitq problemlərinə qədər geniş bir sahəni əhatə edir. Onun araşdırmaları ardıcıllığı, sistemliliyi və fənlərarası yanaşması ilə seçilir. Bu çoxşaxəli istiqamət yalnız nəzəri yeniliklər gətirməklə kifayətlənmir, həm də Azərbaycan xalqının tarixi-mədəni irsinin müasir elmi metodlarla öyrənilməsinə xidmət edir. Məhz bu səbəbdən Ulu öndər Heydər Əliyev onun elmi fəaliyyətinə xüsusi önəm vermişdir. Azərbaycan xalqının mühüm tarixi və mədəniyyət abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə Kamal Abdulla 1999-cu ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
K.Abdullanın elmi düşüncəsinin əsas istiqamətləri ədəbiyyatşünaslıq sahəsindəki tədqiqatlarında da davam etdirilir və alimin ədəbiyyatşünaslıq, tənqid sahəsində qələmə aldığı əsərlər onun elmi yaradıcılığının yalnız bir istiqamətini deyil, bütövlükdə humanitar düşüncə sistemini əks etdirir. Bu əsərlərdə ədəbiyyat faktı ayrıca hadisə kimi deyil, geniş mədəni, fəlsəfi və tarixi kontekstin tərkib hissəsi kimi qiymətləndirilir. Məhz bu yanaşma alimin elmi maraqlarının sonrakı mərhələdə mətnin dərin strukturlarına, mifopoetik təfəkkürə və klassik irsin yeni interpretasiyalarına yönəlməsini şərtləndirmişdir. Alimin esse yaradıcılığı, ədəbiyyatşünaslıq və ədəbi tənqidə dair “Müəllif əsər oxucu” (1985), “Əvvəl axır yazılanlar” (1990), “Yolun əvvəli və axırı” (1993), “300 azərbaycanlı” (2007) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır. Onun akademik A.Mirzəcanzadə ilə birlikdə hazırladığı “Лекции в Бакинском славянском университете” (2003) adlı kitab da ədəbiyyat və poetika məsələlərinə həsr edilmişdir.
Elmi və ədəbiyyatşünaslıq axtarışları K.Abdullanın yaradıcılığında yalnız nəzəri müstəvidə qalmamış, eyni zamanda onun bədii düşüncə tərzinin formalaşmasına da bilavasitə təsir göstərmişdir. Alimin mətnin dərin qatlarına, mifoloji və simvolik strukturlara yönələn bu yanaşması sonradan onun yazıçı kimi fəaliyyətində yeni estetik axtarışlar, fərqli poetik modellər və orijinal bədii konsepsiyalarla təzahür etmişdir. Bu baxımdan K.Abdullanın bədii yaradıcılığı onun elmi düşüncəsinin davamı və tamamlayıcı mərhələsi kimi çıxış edir və müasir Azərbaycan ədəbiyyatında xüsusi yer tutur.
K.Abdullanın bədii əsərləri pyesləri, hekayələri, romanları, esseləri, şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunmuşdur. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, Ukrayna, fin, ərəb, yapon, Monteneqro, Litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə edilmişdir.
Yazıçının roman yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. K.Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox…”, “Sirlərin sərgüzəşti”, “Laokoon…. Laokoon…” romanlarının müəllifidir. Bu əsərlərdə klassik irs, xüsusilə “Kitabi-Dədə Qorqud” motivləri, mifoloji düşüncə tərzi və postmodern estetik prinsiplər sintez edilir. Bu romanlar müəllifin bədii düşüncəsində tarixi-mifoloji yaddaşla müasir insan şüurunun qarşılıqlı münasibətlərini açmaq baxımından səciyyəvidir.
K.Abdullanın “Yarımçıq əlyazma” əsəri onun yaradıcılığının milli ədəbi müstəvidən çıxararaq beynəlxalq ədəbi prosesin fəal iştirakçısına çevirəndə Qorqud va Şah İsmayıl dövrlərinin tarixi-mifoloji qatlarına söykənən bu roman ilk dəfə 2004-cü ildə Bakıda nəşr olunmusdur. Əsər 2013-cü ildə Azərbaycanda yenidən çap edilmis, eyni zamanda isə müxtəlif dillərə tərcümə edilərək geniş oxucu auditoriyasına təqdim edilmişdir. Roman Fransada “Le Manuscrit inachevé” (Paris, L’Harmattan, 2005 təkrar nəşr 2013), Türkiyədə “Eksik El Yazması” (İstanbul, Otüken, 2006; təkrar nəşr 2014). Rusiyada “Неполная рукопись” (Moskva, Xroniker, 2006, sonrakı nəşrlər: «Романы», 2013; “Под сенью Карагача”, 2016) kimi çap olunmuşdur. Osar Braziliyada “O Manuscrito Inacabado” (João Pessoa, 2009), Polşada “Zagadkowy Rękop (Tenm 2009( Misirdə “الام + تور المخطوط” )Qahira, 2012), ABŞ-da “The Incomplete Manuscript (Hyuston, 2013), Qazaxıstanda “Толық емес қолжазба” (Astana, 2013). Avstriyada “Daa unvollständige Manuskript” (Vyana, 2013), Qırğızıstanda “Голук эмес колата (Bişkek, 2014), İtaliyada “II Manoscritto Incompleto” (Roma, 2014, 2015), Montenegroda “Nepotpuni rukopis” (Podqoritsa, 2015) və Yaponiyada 欠落ある写本(Suey 2017) adları ilə işıq üzü görmüşdür.
Məşhur italyan filosofu, ədəbiyyatşünası, yazarı və tənqidçilərindən Umberto Eko K.Abdullanın “Sandro Teti” Nəşriyyat evi tərəfindən italyan dilində çap olunmuş “Yarımçıq əlyazma” romanı ilə tanış olduqdan sonra yazıçını təbrik edərək onu İtaliyaya dəvət etmişdi. 2014-cü ildə K.Abdulla Umberto Eko ilə onun evində görüşmüşdü. Görüş üçün əvvəlcədən cəmi 15 dəqiqəlik zaman nəzərdə tutulsa da, söhbət bir saat yarıma davam etmişdir. Müsahibinin elmi-ədəbi erudisiyası, mətnin gizli mənaları və hekayəçilik üsulları ilə bağlı məsələlər, eləcə də Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ölkəmizdə mövcud olan tolerant və multikultural mühit, “Kitabi-Dədə Qorqud” dastanları və qədim yunan, Roma mifləri arasındakı səsləşmə, Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğalı faktı, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti və digər ədəbi-mədəni konseptual məsələlər ətrafında apardığı müzakirələr Umberto Ekonun xüsusi marağına səbəb olmuşdur.
Qeyd etmək lazımdır ki, Umberto Eko özü də qəliz düşüncə sisteminə, çoxqatı mətnquruluşlu, simvolik və intertekstual yazı üslubuna malik bir şəxsiyyət idi. Onun yaradıcılığında mətn yalnız bədii obyekt deyil, eyni zamanda fəlsəfi, tarixi və mədəni kodların toplusu kimi çıxış edir. Məhz bu baxımdan Umberto Eko ilə Kamal Abdulla arasında intellektual və ruh yaxınlığı, ədəbiyyata idrak prosesi kimi yanaşma tərzində ortaq nöqtələr aydın şəkildə sezilirdi.
Bu görüş iki fərqli mədəni məkanın nümayəndəsi olan, lakin mətnin dərin qatlarına enməyi bacaran iki intellektual şəxsiyyətin dialoqu kimi yadda qalmışdır.
Umberto Eko ilə görüşündən sonra K.Abdulla “Düma ilə Coys arasında” əsərini yazır. Əsərdə Umberto Eko ilə görüş epizodu bioqrafik fakt kimi deyil, klassik roman estetikasından modernist mətn poetikasınadək uzanan geniş ədəbi arealın simvolik modeli kimi şərh edilmişdir. Kitabda bu şərti məkan daxilində Azərbaycan ədəbiyyatının müasir inkişaf mərhələsi, ədəbi prosesin daxili dinamikası, müstəqillik dövründə qələmə alınmış əsərlərin yaratdığı estetik assosiasiyalar, gənc yazarların yaradıcılığında müşahidə edilən yeni meyillər və ədəbiyyatımızda “boşluq dolduran” mətnlər problemi elmi-tənqidi baxımdan təhlil edilmişdir. Kitabda, eyni zamanda müəllifin romanlarına həm yazıçı, həm də oxucu mövqeyindən yanaşması qeyd olunmuş və bu yanaşma əsərin özünütəhlil xarakterini gücləndirən əsas məqam kimi vurğulanmışdır.
K.Abdulla, eləcə də “Tarixsiz gündəlik”, “Edam vaxtını dəyişmək olmaz” povestlərinin də müəllifidir. K.Abdullanın “Ruh” (Bakı, 1977; Ankara 2006), “Bir, iki bizimki!” (2003), “Casus” (2004), “Все мои печали” (2009) dram əsərləri də Azərbaycan, rus, türk dillərində nəşr olunmuşdur.
K.Abdullanın “Tarixsiz gündəlik” povesti 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Əsərlər toplusu” adlı kitabda dərc edilmişdir. Həmçinin 2007-ci ildə povest “Един към друг” adlı topluda “Дневник с бележки в полетата” adı ilə bolqar dilində çap edilmişdir.
Rus poeziyasının gümüş dövrü şairlərindən etdiyi tərcümələr “Gümüş dövrün sirləri” adlı tərcümə kitabçasında (2001) yer almışdır. “Qəribədir, deyilmi?!” (1988), “Nar çiçəkləri” (2014) kitablarında müəllifin şeirləri cəmlənmişdir. Onun “Kədərli seçmələr” (2002) adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri toplanmışdır. Moskvada «Господин дороги» adlı şeirlər və pyeslər toplusu nəşr edilmişdir (2004), 2009-cu ildə 10 hekayədən ibarət “Hekayələr”, 2012-ci ildə 17 hekayədən ibarət “Labirint”, 2014-cü ildə “Sirri-zəmanə” adlı hekayələr toplusu, 2014-cü ildə Moskvada “Платон, кажется, заболел…”, 2017-ci ildə “Edam vaxtım dəyişmək olmaz” və s. kitabları işıq üzü görmüşdür. 2019-cü ildə nəşr olunan “Mənim Füzulim” adlı kitab müəllifin klassik ədəbiyyata münasibətini, xüsusən Məhəmməd Füzuli yaradıcılığına şəxsi və estetik baxışını əks etdirən mühüm ədəbi hadisə kimi qiymətləndirilə bilər. Esselərdən ibarət olan bu nəşr Füzuli irsinə ənənəvi təhlil müstəvisindən fərqli olaraq, müəllifin daxili duyumu, mədəni yaddaşı və fərdi düşüncə prizmasından təqdim olunur. K.Abdulla Füzulini yalnız klassik poeziyanın zirvəsi kimi deyil. Azərbaycan dilinin və ədəbi düşüncənin formalaşmasında həlledici rol oynamış mədəni fenomen kimi dərk edir. Müəllifin fikrincə, Azərbaycan ədəbiyyatının XVI əsrə Füzuli ilə daxil olması təsadüfi deyil, bu mərhələ dilin yenidən yaradılması, estetik imkanlarının genişlənməsi və milli-mənəvi dəyərlərin qorunması baxımından əsaslı dönüş nöqtəsidir. Kitabda “Füzuli olmasaydı nə olardı?” sualının qoyuluşu da məhz bu tarixi-mədəni məsuliyyət hissindən qaynaqlanır və Füzulinin milli ədəbi yaddaşdakı əvəzsiz yerini vurğulayır. Akademik Kamal Abdulla uzun illər ərzində mədəniyyət sahəsində apardığı təşkilati, ideoloji və maarifçi fəaliyyəti ilə də Azərbaycan humanitar mühitində mühüm rol oynamış, dil və mədəniyyətin qarşılıqlı əlaqələrinin ictimai şüurda möhkəmlənməsinə töhfə vermişdir. Bu baxımdan alimin mədəniyyət sahəsindəki fəaliyyəti onun yaradıcılıq bioqrafiyasının ayrılmaz və məntiqi davamı kimi nəzərdən keçirilməlidir.
Alimin dilə, sözə və mətnə münasibəti yalnız nəzəri müstəvidə qalmamış, geniş auditoriya üçün nəzərdə tutulmuş mədəni-maarifçilik fəaliyyətində də öz əksini tapmışdır. Bu baxımdan K.Abdullanın televiziya məkanındakı fəaliyyəti xüsusi qeyd olunmalıdır. O, bir müddət Azərbaycan televiziyasında “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi həftəlik ədəbi-bədii və elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olmuşdur. Sözügedən verilişlərdə dil yalnız ünsiyyət vasitəsi kimi deyil, milli-mədəni yaddaşın daşıyıcısı, estetik və mənəvi dəyərlərin ifadə forması kimi təqdim edilir. K.Abdulla bu proqramlar vasitəsilə Azərbaycan dilinin tarixi qatlarını, poetik imkanlarını, folklor və klassik ədəbiyyatla bağlılığını mədəniyyət kontekstində şərh etmiş, nitq mədəniyyətinin formalaşmasında ictimai şüurun roluna diqqət yönəltmişdir. Televiziyadakı maarifçilik missiyası onun mədəniyyət sahəsindəki təşkilati və ictimai fəaliyyəti üçün əlverişli zəmin yaratmışdır. Bu cür fəal ictimai-intellektual mövqe onun elm və mədəniyyət sahəsindəki fəaliyyətində də özünü göstərmişdir.
2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsinə təyin edilmişdir. Həmin ilin 19 noyabr tarixli digər Sərəncamla o, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü olmuş, 28 noyabr 2014-cü il tarixində keçirilən Himayəçilik Şurasının ilk iclasında isə bu qurumun Himayəçilik Şurasının sədri seçilmişdir.
Dövlət müşaviri kimi K.Abdulla həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dövlətin tolerantlıq strategiyasının təbliği və tətbiqi prosesində müstəsna rol oynamışdır. Onun fəaliyyətinin elmi-nəzəri mahiyyətini, multikulturalizmi dözümlülük çərçivəsindən çıxarıb fəlsəfə, mədəni və ideoloji əsaslara söykənən dövlət siyasəti kimi təqdim etməsi təşkil edir. Bu yanaşmanın nəticəsidir ki, Azərbaycan multikulturalizmi bu gün həm yerli, həm də qlobal müstəvidə elmi şəkildə izah edilən və örnək göstərilən unikal bir modelə çevrilmişdir.
K.Abdullanın bu dövrdəki fəaliyyəti ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işi formal çərçivələri aşaraq genişmiqyaslı elmi-maarifləndirici məzmun qazanmış, multikulturalizm mövzusu ali təhsil və humanitar düşüncə müstəvisinə inteqrasiya edilmişdir.
Akademik K.Abdullanın təşəbbüsü və bilavasitə iştirakı ilə multikulturalizm, millətlərarası münasibətlər və mədəni təhlükəsizlik sahəsində bir sıra məqsədyönlü və ictimai əhəmiyyətli layihələr həyata keçirilmişdir. Onların sırasında “Terror multikulturalizmə qarşı” layihəsini qeyd etmək olar ki, bu layihə təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də elmi və ictimai maraq doğurmuşdur. Layihə çərçivəsində 2015 və 2018-ci illərdə keçirilən beynəlxalq konfranslarda müxtəlif ölkələrdən olan alimlər iştirak etmiş, bu tədbirlərdə terrorizmin, o cümlədən erməni terrorunun yaranma səbəbləri və tarixi əsasları müzakirə olunmuşdur.
K.Abdulla, eyni zamanda Azərbaycanın multikulturalizm təcrübəsini beynəlxalq aləmdə ardıcıl şəkildə təbliğ etmişdir. O, xaricdə keçirilən konfranslarda ölkəmizin tolerantlıq siyasəti haqqında çıxışlar etmiş, müxtəlif ölkələrin nümayəndələri ilə görüşlərində mulitikulturalizmin Azərbaycan modelini nümunə kimi təqdim etmişdir. Bu baxımdan “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində Romada keçirilmiş beynəlxalq elmi konfrans (2015) olduqca səciyyəvidir. Konfransın əsas məqsədi Qafqaz Albaniyasının tarixi və mədəni irsini, həmçinin Azərbaycanın qədim mədəniyyətini və multikultural ənənələrini dünya miqyasında tanıtmaq olmuşdur.
Akademik K.Abdullanın iştirakı ilə həyata keçirilən digər bir layihə Gənclər üçün Multikulturalizm məktəblərinin (yay və qış) təşkilidir. Bu layihə çərçivəsində gənclər, xüsusilə də xarici tələbələr Azərbaycan modelinə əsaslanan multikulturalizm dəyərləri, ölkənin zəngin, etnik və dini müxtəlifliyi ilə tanış olmuşlar. Multikulturalizm ideyaları və təcrübəsi Yay və Qış məktəblərinin iştirakçılarına həm nəzəri, həm də praktiki şəkildə öyrədilmişdir.
“Azərbaycanın Gənc Dostları” Platformasının yaradılması təşəbbüsü də akademik K.Abdullanın gənclər siyasəti və multikulturalizm sahəsindəki fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirilə bilər. Platformanın əsas məqsədi müxtəlif ölkələrdən olan gənclər arasında mədəni və intellektual dostluq əlaqələri yaratmaq, onların qarşılıqlı ünsiyyətini və əməkdaşlığını gücləndirmək olmuşdur.
Mütəmadi olaraq bölgələrdə yerli ictimaiyyət və din xadimləri ilə görüşlər keçirən K.Abdulla milli-dini həmrəyliyin möhkəmləndirilməsini öz fəaliyyətinin prioritet istiqamətinə çevirmişdir. Bütün bölgələrdə məscidlərin nəzdində kitabxanaların yaradılması təşəbbüsü də K.Abdullanın adı ilə bağlıdır. Bu layihənin əsas məqsədi dini və multikultural biliklərin gənclər və cəmiyyət arasında geniş yayılmasını təmin etmək olmuşdur. Qeyd etmək lazımdır ki, K.Abdullanın həyata keçirdiyi bu layihə hazırda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən davam etdirilir.
Qeyd edilməlidir ki, Azərbaycanın multikulturalizm modelinin elmi-metodoloji bazasının yaradılması akademik K.Abdullanın fəaliyyətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Belə ki, o, multikulturalizm sahəsindəki zəngin nəzəri və praktiki təcrübəsini bilavasitə tədris prosesinə tətbiq etmişdir. 2015-ci ildə professor E. Nəcəfovla birgə multikulturalizm fənni üzrə ali təhsil müəssisələri üçün “Multikulturalizmə giriş” (bakalavr səviyyəsi) və “Azərbaycan multikulturalizmi” (magistr səviyyəsi) adlı tədris proqramlarını hazırlamışdır. O, eyni zamanda ali məktəblər üçün “Azərbaycan multikulturalizmi” adlı dərsliyin elmi redaktoru (prof. E.Ə. Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biri kimi bu sahənin elmi-metodoloji əsaslarının formalaşmasına mühüm töhfələr vermişdir.
Akademik K.Abdullanın 2023-cü ildə çap olunmuş “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur. Əsərdə multikulturalizm yalnız mədəni-ideoloji dəyər kimi deyil, milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsi kimi şərh olunur. Müəllif göstərir ki, milli təhlükəsizlik iqtisadi, enerji, qida, nəqliyyat və ekoloji sahələrlə yanaşı, mənəvi-ideoloji komponenti də əhatə edir. Bu baxımdan multikultural dəyərlərin qorunması və onların əsasında formalaşan təhlükəsizlik sistemi dövlətin davamlı inkişafı üçün zəruri şərt kimi təqdim edilir. K.Abdulla vurğulayır ki, multikultural təhlükəsizlik məqsədyönlü dövlət siyasəti nəticəsində formalaşmalı olan strateji mexanizmdir. Kitabda Heydər Əliyevin siyasi irsi multikultural təhlükəsizliyin tarixi və ideoloji bazası kimi dəyərləndirilir. Onun çoxşaxəli fəaliyyəti dövlətçiliyin möhkəmlənməsi tolerantlıq və milli həmrəyliyin təmin olunmasında əsas təməl kimi təqdim olunur, ideyalarının bu gün də ölkənin inkişaf yolunda istiqamətverici rol oynadığı elmi arqumentlərlə əsaslandırılır.
Alimin mədəniyyət sahəsindəki nəzəri-praktik fəaliyyəti ilə bədii yaradıcılığı arasında üzvi bağlılıq vardır. Onun pyesləri yalnız estetik dəyər daşımır, həm də milli tarix və mədəniyyət kontekstində ictimai-mədəni məna kəsb edən səhnə əsərləri kimi özünü göstərir. K.Abdullanın müxtəlif illərdə səhnələşdirilən pyesləri geniş tamaşaçı auditoriyası tərəfindən hər zaman maraqla qarşılanmışdır.
2013-cü ildə Azərbaycan Dövlət Milli Dram Teatrında “Yarımçıq əlyazma” əsərinin motivləri əsasında “Şah və şair” adlı tamaşa nümayiş olunmuşdur. 2018-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 2025-ci ildə isə Qazax Dövlət Dram Teatrında K. Abdullanın “Bir, iki–bizimki!” pyesi səhnələşdirilmişdir. Səhnə əsəri insan münasibətlərinin incə psixoloji qatlarını, axtarış və anlaşma arasındakı ziddiyyətləri əks etdirir. Tamaşada dünyagörüşləri fərqli olan iki insanın dialoqu, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, mübahisəsi, qovuşmaq arzuları üzərində qurulan səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanmışdır.
2022-ci ildə Lənkəran Dövlət Dram Teatrında “Casus” pyesinin motivləri əsasında eyniadlı tamaşa hazırlanırdı. Süjet xətti “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanan bu səhnə əsərində Oğuzun təəssübkesi kimi daim çıxış edən Dədə Qorqud casusun kim olduğunu bildirsə də, bu məsələyə insani mövqedən yanaşmağa qərar verir. Bunun üçün o, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edərək ölümdən xilas yolunu ona göstərir.
2025-ci ildə Akademik Milli Dram Teatrında K. Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında eyniadlı tamaşa səhnələşdirilmişdir. Tamaşa həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır. Mistik əhvalatların baş verdiyi səhnə əsəri paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciə ilə bitən sirli görüşündən bəhs edir.
2025-ci ildə Akademik Milli Dram Teatrında K. Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında eyniadlı tamaşa səhnələşdirilmişdir. Tamaşa həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır. Mistik əhvalatların baş verdiyi səhnə əsəri paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciə ilə bitən sirli görüşündən bəhs edir.
2025-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında K.Abdullanın “Gülçöhrə və Əsgər” pyesinin motivləri əsasında eyniadlı tamaşa səhnələşdirilmişdir. Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin davamı olan “Gülçöhrə və Əsgər” ikihissəli musiqili səhnə əsərində Azərbaycan Xalq Cümhuriyyəti illərində cərəyan edan siyasi və ictimai proseslər, eləcə də bolşeviklərin ölkəyə gətirdiyi ağır bəlalar incə sənətkarlıqla canlandırılmışdır. Gülçöhrə və Əsgərin taleyindəki dramatik məqamlar tamaşada ustalıqla işlənilmiş, bu isə tamaşanın estetik və emosional təsir gücünü artırmışdır. K.Abdullanın əsərləri yalnız Azərbaycanda deyil, xarici ölkələrin teatr səhnələrində də tamaşaya qoyulmuşdur. Onun dramaturji yaradıcılığı müxtəlif illərdə beynəlxalq miqyasda təqdim olunaraq Azərbaycan ədəbiyyatının tanıdılmasına mühüm töhfə vermişdir. 2004-cü ildə Türkiyənin Ankara şəhərində “Sehrbazlar dərəsi” pyesi səhnələşdirilmiş və mistik-fəlsəfi məzmunu ilə tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
2007-ci ildə Estoniyanın Uqala teatrında “Kim dedi ki, Simurq quşu var imiş?!” pyesi səhnələşdirilmişdir.
2013-cü ildə Gürcüstanın Tbilisi şəhərində “Kim dedi ki, Simurq quşu var imiş?!” əsəri səhnəyə qoyulmuşdur.
Məhsuldar elmi-bədii yaradıcılığı ilə yanaşı, K.Abdulla pedaqoji fəaliyyətlə də məşğul olmuş, müxtəlif illərdə gənc dilçi kadrların hazırlanması işinə böyük töhfə vermişdir.
Akademik K.Abdulla görkəmli təhsil və elm təşkiltaçısıdır. O, 2000-ci ilin may ayında M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun rektoru təyin edilmişdir. 2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilmişdir. 2000-2014-cü illərdə Bakı Slavyan Universitetinin rektoru olmuş Kamal Abdulla ali məktəbin formalaşması və inkişafında mühüm rol oynamışdır. Onun rəhbərliyi dövründə Universitetin strukturu möhkəmləndirilmiş, yeni fakültələr açılmış və ixtisaslar müəyyən edilmiş, BSU Azərbaycanın aparıcı humanitar ali məktəblərindən birinə çevrilmişdir. K.Abdulla beynəlxalq əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirmiş və onun universitetə rəhbərlik etdiyi dövrdə bir sıra mədəniyyət mərkəzləri açılmışdır. Bunlardan Ukrayna dili və mədəniyyəti mərkəzi (2001), Rusiya tədris və mədəniyyət mərkəzi “Moskva auditoriyası” (2002), Türkiyə araşdırmaları mərkəzi (2004), Müasir yunan dili və mədəniyyəti mərkəzi (2004), Bolqar dili və mədəniyyəti mərkəzi (2004), “Sankt-Peterburq” mədəniyyət və tədris mərkəzi (2004), Polyak dili və mədəniyyəti mərkəzi (2006), Çex dili və mədəniyyəti mərkəzi (2010), Belarus dili mədəniyyəti mərkəzini (2010) qeyd etmək olar.
Eyni zamanda bu dövrdə Azərbaycan dilinin və mədəniyyətinin beynəlxalq səviyyədə təbliği məqsədilə xarici ölkələrin ali təhsil müəssisələrində də Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin yaradılmasına xüsusi önəm verilmişdir. Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi (2009), Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi (2010), Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi (2013), Kiyev Milli Linqvistik Universitetində Heydər Əliyev adına Azərbaycan dili və mədəniyyəti mərkəzi (2013) bu istiqamətdə görülən işlərin mühüm nəticəsidir.
Qeyd edilməlidir ki, akademik K. Abdullanın Bakı Slavyan Universitetinə uzunmüddətli rəhbərliyi və peşəkar fəaliyyəti ali məktəbin strukturunun möhkəmlənməsində, eləcə də beynəlxalq nüfuzunun yüksəlməsində müstəsna rol oynamışdır.
K.Abdulla Azərbaycan Dillər Universitetinə rektor təyin olunduqdan sonra bu ənənəni davam etdirmiş, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsinə xidmət edən mərkəzlərin yaradılmasına böyük önəm vermişdir. Onun rəhbərliyi dövründə bu istiqamətdə ardıcıl iş aparılmış, Universitetin beynəlxalq əlaqələrinin genişlənməsi üçün daha geniş imkanlar yaradılmışdır. K. Abdullanın təşəbbüsü ilə ADU-da aşağıdakı mərkəzlər yaradılmışdır: Frankofoniya Universitet Mərkəzi (2017), Rumın dili və mədəniyyəti mərkəzi (2018), Germanistika İnstitutu (2018), Türk dünyası araşdırmaları mərkəzi (2019), Macar dili və mədəniyyət mərkəzi (2019), Fransız dili və mədəniyyəti mərkəzi (2020), Pakistan dili və mədəniyyəti mərkəzi (2021), Erməni araşdırmaları mərkəzi (2022), Şeyx Zayed Ərəb dili auditoriyası (2024), Belarus dili və mədəniyyəti Mərkəzi (2024).
ADU-da yaradılan bu mərkəzlər universitetin beynəlxalq elmi və mədəni əlaqələrinin məqsədyönlü əsaslar üzərində inkişafına xidmət etməklə yanaşı, eyni zamanda onun fəaliyyətinin ölkə hüdudlarından kənarda da tanıdılmasına zəmin yaratmışdır. Bu strategiyanın davamı olaraq Azərbaycan Dillər Universiteti xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirmiş, bir sıra xarici universitetlərdə Azərbaycan dilinin, mədəniyyətinin və elmi-tədris potensialının təbliğinə yönəlmiş mərkəzlərin yaradılmasına nail olmuşdur. Onların sırasında Çin Xudzou Dövlət Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin (2017), Serbiyanın Belqrad Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin (2018), Pakistanın Müasir Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin (2022), Rumıniyanın Yassı Universitetində Azərbaycan multikulturalizm mərkəzinin (2022), Çeçenistan Dövlət Pedaqoji Universitetində Azərbaycan mədəniyyəti mərkəzinin (2023), Belarusun Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin (2023), Macarıstanın Elte Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin (2024), Özbəkistanın Cahan Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin (2025) adlarını qeyd etmək mümkündür. Beynəlxalq müstəvidə həyata keçirilən bu təşəbbüslər Azərbaycan Dillər Universitetinin yalnız elmi və mədəni əməkdaşlıq platforması kimi deyil, eyni zamanda innovative idarəetmə yanaşmalarının tətbiq olunduğu müasir ali təhsil ocağı kimi formalaşdığını göstərir. Üniversitetin beynəlmiləlləşmə strategiyası ilə paralel şəkildə gənclərin fəal iştirakına əsaslanan və onların liderlik, məsuliyyət və qərarvermə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş layihələrin həyata keçirilməsi də K.Abdullanın rəhbərliyi dövrünün mühüm xüsusiyyətlərindəndir.
Qeyd edilməlidir ki, K.Abdullanın təşəbbüsü ilə gerçəkləşən “Bir günlük xəlifə” layihəsi hələ Bakı Slavyan universitetində həyata keçirilmiş və bu ənənə 2017-ci ildən Azərbaycan Dillər Universitetində davam etdirilməkdədir. Layihə gənclərin idarəetmə bacarıqlarını sınamaları və ictimai həyatda fəal mövqeyini nümayiş etdirmələri üçün unikal platformadır və tələbələrə universitetin rəhbər strukturlarında bir gün ərzində real qərarlar qəbul etmək, tədris və inzibati prosesləri yönləndirmək imkanı verir.
Layihənin əsas məqsədi gənclərdə seçki mədəniyyətini formalaşdırmaq, liderlik keyfiyyətlərini inkişaf etdirmək və onların yaradıcı potensialını üzə çıxarmaqdır. Birgünlük rektor, prorektor, dekan və şöbə müdirləri kimi fəaliyyət göstərən tələbələr həm də həmin vəzifələrin icrasına görə əməkhaqqı da alaraq, idarəetmənin məsuliyyətini daha dərindən hiss edirlər.
2011-2014-cü illərdə K.Abdulla AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır. K.Abdulla hər bir sahədə olduğu kimi, idarəçilikdə də olduqca yaradıcı, bütün qüvvəsini işə sərf edən və yeniliklərə açıq bir şəxsiyyətdir. Onun rəhbərliyi dövründə idarəçilik prosesləri yalnız ənənəvi mexanizmlərlə məhdudlaşmamış, daim islahatlarla müşayiət olunmuşdur. Bu islahatlar elmi idarəçiliyin səmərəliliyinin artırılmasına, strukturun təkmilləşdirilməsinə, fəaliyyətin şəffaflığının təmin edilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə yönəlmişdir. Onun idarəçilik fəlsəfəsində sağlam iş mühitinin yaradılması, kollektivdə qarşılıqlı etimad və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşların “işə gəlməyə tələsək, işdən getməyə tələsməyək” prinsipi ilə çalışması xüsusi yer tutur. Bu yanaşma yalnız təşkilati intizamın təmin olunması ilə məhdudlaşmır, eyni zamanda yaradıcı və elmi fəaliyyət üçün münbit mühitin formalaşmasına, kollektivin motivasiyasının artırılmasına və innovativ təşəbbüslərin dəstəklənməsinə şərait yaradır. Belə idarəçilik fəlsəfəsi K.Abdullanın pedaqoji və elmi fəaliyyətində də əksini tapır, gənc alimlərin yetişdirilməsində və kollektiv daxilində əməkdaşlıq mədəniyyətinin təşviqində mühüm rol oynayır.
K.Abdulla qısa zaman ərzində Bölmənin elmi idarəçiliyini gücləndirmiş, humanitar tədqiqatların koordinasiyasını sistemləşdirmiş, tədqiqat planlarındakı təkrarların aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. K.Abdulla humanitar və ictimai elmlərdə “Azərbaycanşünaslıq” istiqamətinin inkişaf etdirilməsi, bu sahədə elmi prioritetlərin müəyyənləşdirilməsi, yeni tədqiqat mövzularının formalaşdırılması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi işinə də töhfə vermişdir. O, qədim mədəniyyətlərin öyrənilməsi, xüsusilə qədim sanskrit və latın dillərinin öyrənilməsi istiqamətində kadrların hazırlanması üçün Akademiya sistemində xüsusi proqramın qəbul edilməsində iştirak etmiş, həmçinin gənc alimlərin xarici ölkələrin nüfuzlu elmi mərkəzlərinə uzunmüddətli ezam edilmələrinə dəstək vermişdir.
K.Abdullanın rəhbərliyi ilə Bölmənin nəzdində daimi fəaliyyət göstərən Elmi seminar təşkil olunmuşdur. Gənc alim və doktorantların da iştirak etdikləri bu seminarlarda humanitar və ictimai elmlərin aktual problemlərinə dair məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır. Seminarlar həm yeni elmi ideyaların ortaya çıxmasına, həm də gənc tədqiqatçıların peşəkar inkişafına mühüm töhfə vermişdir.
K.Abdullanın təşəbbüsü ilə humanitar və ictimai elm sahələrində elm və təhsilin inteqrasiyasını, koordinasiyasını təmin etmək, həmçinin xarici ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Humanitar və ictimai elmlər bölməsinin elmi-tədqiqat müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən xarici əlaqələr üzrə müşavirlər seçilmişdir. Onlar institutların Elmi şuralarında da təmsil olunaraq beynəlxalq əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində və elmi qərarların qəbulunda iştirak etmişlər.
K.Abdullanın rəhbərliyi dövründə ETM-lərin saytlarının işləkliyinin təmin olunması istiqamətində tədbirlər planı hazırlanmış və icra olunmuşdur. İlk dəfə olaraq Bölmənin rəsmi saytı yaradılmış, onun vasitəsilə Bölmənin fəaliyyəti mütəmadi olaraq ictimaiyyətə çatdırılmışdır. Bu addım elmi müəssisələrin fəaliyyətinin şəffaflığını artırmaqla yanaşı, görülən işlərin cəmiyyətə təqdim olunmasını da təmin etmişdir. K.Abdulla informasiya təminatının daimi və sistemli xarakter almasına xüsusi diqqət yetirmiş, saytların həm daxili elmi mühitdə, həm də xarici əlaqələrin qurulmasında mühüm vasitəyə çevrilməsinə önəm vermişdir.
K.Abdullanın Bölməyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar yalnız bölmənin daxili strukturunu təkmilləşdirməklə kifayətlənməmiş, həm də ümumilikdə humanitar və ictimai elmlərin inkişafına yeni nəfəs vermişdir. Elmi idarəçiliyin səmərəliliyini artırmaq, gənc alimlərin yetişdirilməsini dəstəkləmək və elmi mühitdə şəffaflığı təmin etmək istiqamətində atılan addımlar K.Abdullanın pedaqoji və təşkilati fəlsəfəsinin əsasını təşkil etmişdir. Məhz bu idarəçilik təcrübəsi və geniş elmi dünyagörüşü onun ölkə miqyasında strateji əhəmiyyətli layihələrin hazırlanmasına rəhbərlik etməsinə zəmin yaratmışdır.
Ölkə rəhbərinin 23 may 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasına “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması tapşırıldıqda, bu mühüm vəzifənin icrası da K.Abdullaya həvalə olunmuşdur. Qısa müddət ərzində AMEA-da AR Təhsil Nazirliyi, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əməkdaşlarının, eləcə AR Ədliyyə Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının, Azərbaycan Yazıçılar Birliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin təmsil olunduqları 27 nəfərdən ibarət İşçi qrupu yaradılmış və müvafiq iş qrafiki təsdiq olunmuşdur. İşçi Qrup üzvlərinin təkliflərinin müzakirəsi üçün 6 blokdan ibarət tərkiblər müəyyənləşdirilmişdir: 1. Azərbaycan dili elm və tədris müəssisələrində (sədr AMEA-nın müxbir üzvü Tofiq Hacıyev), 2. Azərbaycan dili idarəçilikdə (sədr fil.ü.e.d.Məsud Mahmudov), 3. Azərbaycan dili beynəlxalq aləmdə (sədr fil.ü.e.d. Fəxrəddin Veysəlli), 4. Küçə adları və reklamların dili (sədr Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova), 5. Azərbaycan dili kütləvi informasiya vasitələrində (sədr fil.ü.e.d. Fəxrəddin Veysəlli), 6. Azərbaycan dili informasiya texnologiyalarında (sədr fil.ü.e.d.Məsud Mahmudov). Mövzuların müzakirəsi və müvafiq təkliflərin hazırlanması məqsədilə bloklar üzrə 60-a yaxın mütəxəssis layihəyə cəlb edilmiş, bu çərçivədə 10-dan artıq iclas keçirilmiş və geniş müzakirələr aparılmışdır.
AMEA-nın İşçi qrupu əlavə olaraq AMEA-nın Rəyasət Heyətinin üzvləri, AR Milli Məclisin deputatları, diaspor nümayəndələri ilə də ayrıca görüşlər keçirmiş, onların təklif və tövsiyələrini dinləmiş, müzakirələr aparmışdır. İşçi qrupu həmçinin Gənclər Təşkilatının, media və teleradio şirkətlərinin nümayəndələri, QHT və yaradıcı təşkilatların təmsilçiləri ilə görüşərək onların da fikirlərini öyrənmiş, proqram layihəsinin daha dolğun və əhatəli hazırlanmasına çalışmışdır.
AMEA-nın İşçi qrupunun fəaliyyəti nəticəsində müxtəlif sahələr üzrə aparılan müzakirələr və toplanan təkliflər ümumiləşdirilərək Dövlət Proqramının layihəsinə daxil edilmişdir. Layihədə Azərbaycan dilinin qloballaşma şəraitində qorunması, inkişafı və istifadəsinin genişləndirilməsi üçün bir sıra strateji istiqamətlər müəyyənləşdirilmişdir. Proqram layihəsi hazırlanarkən həmçinin isti istiqamətlər və QHT-lərin və gənclərin təklifləri nəzərə alınmış, dilin inkişafı ilə bağlı geniş ictimai müzakirə mühiti formalaşdırılmışdır. Yekun olaraq Bölmədə bütün təkliflər ümumiləşdirilmiş, Dövlət Proqramının layihəsi hazırlanaraq AR Prezident Administrasiyasına təqdim olunmuşdur.
Nəticədə, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçilivin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə Dövlət Proqramı təsdiq olunmuşdur. Dövlət Proqramı Azərbaycan Respublikasında dil siyasətinin elmi-nəzəri və praktiki əsaslarını müəyyənləşdirən mühüm strateji sənəd statusunu almışdır. Bu proqram dilin milli kimliyin başlıca rəmzi və dövlətçilik atributu kimi qorunmasını təmin etməklə yanaşı, onun müasir texnologiyalar, informasiya mühiti və beynəlxalq ünsiyyət sistemində rəqabətqabiliyyətli şəkildə inkişafını nəzərdə tutur. Proqramın elmi əhəmiyyəti ondadır ki, dilçilik tədqiqatlarının fundamental və tətbiqi istiqamətlərini prioritetləşdirir, dünya dilçilik elminin müasir meyilləri ilə uzlaşdırır,yüksəkixtisaslı kadrların hazırlanmasını və elmi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsini təmin edir. Eyni zamanda ədəbi dil normalarının qorunması, nitq mədəniyyətinin yüksəldilməsi, lüğət tərkibinin sistemləşdirilməsi, qədim dillərin öyrənilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyalar və beynəlxalq ünsiyyət mühitində rəqabət qabiliyyətinin inkişaf etdirilməsi kimi məsələlər proqramın nəzərdə tutduğu əsas vəzifələrdəndir. Beləliklə, Dövlət Proqramı Azərbaycan dilinin milli-mədəni identikliklə yanaşı, qlobal çağırışlara cavab verən müasir ünsiyyət vasitəsi kimi inkişafını təmin edən kompleks elmi-strateji mexanizm kimi bu gün də icra olunmaqdadır.
Zəngin elmi-bədii yaradıcılığı, idarəçilik uğurları ilə yanaşı, K. Abdulla pedaqoji fəaliyyətlə də fəal məşğul olmuş, respubllikanın müxtəlif ali təhsil müəssisələrində, o cümlədən xarici ölkələrin universitetlərində müasir dilçilik nəzəriyyələri, Azərbaycanşünaslıq istiqamətləri, qədim dillərin öyrənilməsi və elmi-tədqiqat metodologiyası üzrə mühazirələr oxumuşdur.
2015-ci ildə ADA Universitetində Azərbaycanşünaslıq fənnini tədris edən K.Abdulla bu dərslər çərçivəsində tələbələrə Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin və dilinin əsas istiqamətlərini müasir elmi yanaşmalarla təqdim etmişdir. Onun pedaqoji fəaliyyəti həmçinin milli kimlik və azərbaycançılıq məfkurəsinin elmi-nəzəri əsaslarını izah etməklə tələbələrin analitik təfəkkürünü inkişaf etdirməyə, milli-mədəni dəyərləri qlobal kontekstdə dəyərləndirməyə və elmi tədqiqat bacarıqlarını formalaşdırmağa yönəlmişdir. ADA Universiteti tərəfindən müəllifin orada oxuduğu mühazirələr “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı” adlı kitab kimi çap edilmişdir.
K.Abdulla pedaqoji fəaliyyətini respublikadan kənarda da davam etdirərək təhsilin inkişafına böyük töhfələr vermişdir. O, 1994-1995-ci illərdə Bursa Uludağ Universitetinin Türk dili və ədəbiyyatı bölümünün professoru olaraq fəaliyyət göstərmişdir. Bu dövrdə o, türk dili və ədəbiyyatının müxtəlif sahələri üzrə mühazirələr oxumuş, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik etmiş, həmçinin Azərbaycan və türk dilçiliyi arasında müqayisəli araşdırmalar apararaq elmi əməkdaşlığın inkişafına töhfə vermişdir. O, 2021-ci ildə Türkiyənin Mərmərə Universitetində “Kitabi-Dədə Qorqud” düşüncəsinin öyrənilmə imkanları haqqında” mövzusunda ustad dərsləri vermişdir. K.Abudlla bu gün Mərmərə Universitetində professor kimi pedaqoji fəaliyyətini davam etdirməkdədir.
K.Abdulla Azərbaycan dilini, mədəniyyətini və multikultural dəyərləri Avropa, Amerika, Yaxın və Uzaq Şərq ölkələri universitetlərində uğurla təbliğ edərək Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm işlər görmüşdür. O, ABŞ-nin Kolumbiya Universitetində, Fransanın Strasburq Universitetində və Almaniyanın Mayns Universitetində dilçilik, mətn nəzəriyyəsi və mədəniyyətlərarası əlaqələr mövzularında məruzələr etmiş, həmçinin Belarusun Minsk Dövlət Linqvistik Universitetinin Tərcümə fakültəsinin tələbə və müəllimlərinə “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirələr oxumuş, beynəlxalq elmi müzakirələrdə fəal iştirak etmişdir.
Görkəmli alim ölkədə multikulturalizm fənninin tədrisi üzrə “Multikulturalizmə giriş” (magistr səviyyəsi üçün) tədris proqramlarının (2015) həmmüəllifi, ali məktəblər üçün “Azərbaycan multikulturalizmi” adlı dərsliyin elmi redaktoru və əsas müəlliflərindən biridir. Dilçilik üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində K.Abdulla xidmətləri böyükdür. Onun rəhbərliyi altında onlarla gənc alim doktorluq və namizədlik dissertasiyası müdafiə etmişdir.
Akademik K.Abdullanın ideya müəllifi və təşkilatçısı olduğu layihələr Azərbaycan humanitar elminin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Onun rəhbərliyi ilə Bakı Slavyan Universitetində həyata keçirilən “Filoloqun kitabxanası – 100″ (2005) layihəsi filologiya sahəsində klassik və müasir elmi-bədii irsin sistemləşdirilməsi, tələbə və gənc alimlər üçün fundamental mənbələrin əlçatan edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ardınca reallaşdırılan “Dünya nəsri” (2008) layihəsi dünya ədəbiyyatının görkəmli nümunələrinin milli mühitdə öyrənilməsi və müqayisəli ədəbiyyatşünaslıq istiqamətində yeni imkanların açılması ilə yadda qalmışdır.
K.Abdulla AMEA-nın “Türkologiya” jurnalının baş redaktoru (2016-2021) kimi fəaliyyət göstərdiyi zaman türkoloji elmin aktual problemlərinin öyrənilməsinə və beynəlxalq elmi əməkdaşlığın güclənməsinə mühüm töhfələr vermişdir. Onun təşəbbüsü ilə 2018-ci ildə Azərbaycanda ilk dəfə hazırlanmış “Azərbaycan tərcümə ensiklopediyası” milli tərcümə tarixinin, nəzəriyyəsinin və praktikasının sistemli şəkildə təqdim olunması, həmçinin Azərbaycan dilinin dünya dilləri ilə qarşılıqlı əlaqələrinin elmi əsaslarla öyrənilməsi baxımından unikal mənbə olmuşdur.
Akademik K.Abdullanın elmi və bədii yaradıcılığı həm Azərbaycan, həm də beynəlxalq müstəvidə geniş tədqiq edilmişdir. Azərbaycanda onun yaradıcılığına həsr olunmuş bir sıra monoqrafiyalar işıq üzü görmüşdür. Elçin Səlcuqun “Kədərin sirri” kitabında (2005) yazıçı-dramaturq, alim K.Abdullanın bədii yaradıcılığı araşdırılmış, onun əsərlərinin özəllikləri təhlil edilmişdir. Professor Asif Hacılının “Kamal Abdulla: Seçimin morfologiyası” əsəri (2010) K.Abdullanın ədəbi və intellektual dünyasını sistemli şəkildə tədqiq edən fundamental işlərdən biridir. Əsərdə təfəkkür və təxəyyül fenomeni K.Abdullanın yaradıcılığında düşüncənin və yaradıcı təsəvvürün rolu elmi baxımdan təhlil edilmiş, yazıçının metaforik və simvolik təhlil üsullarına nəzər yetirilmiş, müəllifin poetik ifadələrində işıq və estetik harmoniyanın funksiyaları araşdırılmışdır. Eləcə də K.Abdullanın “Yarımçıq əlyazma” romanı kontekstində natamamlıq motivinin fəlsəfi və bədii aspektləri araşdırılmış, yazıçının poetik və estetik baxışı bütöv bir yaradıcı sistem kimi təqdim olunmuşdur. Rüstəm Kamalın “Kamal Abdulla: Yazıdan mifə” (2011) əsərində K.Abdullanın yaradıcılığının poetik və semiotik qatlarının açılmasına cəhd edilmiş, yazıçının bədii mətnləri kodlaşdırılmış, simvolik sistem kimi şərh edilmişdir. Əsərdə yazıçının bədii dünyası mifoloji düşüncə ilə əlaqələndirilmiş, yazıçının mətnlərindəki sirli strukturların açılması üçün “mif” anlayışından açar kateqoriya kimi istifadə olunmuşdur. Bu yanaşma K.Abdullanın nəsrinin empirik səthinin deyil, onun dərin simvolik qatlarının üzə çıxarılmasına imkan yaratmış, yazıçının “neomifoloq” kimi təqdim edilməsi ilə onun poetikasının mahiyyəti dəqiq müəyyənləşdirilmişdir. Nərgiz İsmayılovanın “Kamal Abdulla və postmodernizm” adlı monoqrafiyasında (2024) Azərbaycan onun müxtəlif dövrlərdə yazdığı nəsr nümunələri – “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox..”, “Sirlərin sərgüzəştləri” romanları və bir sıra hekayələr postmodern ədəbiyyat kontekstində təhlilə cəlb edilmişdir. Əsərlər müasir elmi-nəzəri yanaşma əsasında analitik tədqiqə cəlb olunmuş, yazıçının bədii ədəbiyyata gətirdiyi yeniliklər və onların dünya ədəbiyyatı ilə əlaqələri dəyərləndirilmişdir. Monoqrafiyada postmodernist aspektlər və dərin mənəvi qatlar diqqət mərkəzinə çəkilmiş, K.Abdullanın yaradıcılığı Avropa postmodernizmi ilə qarşılıqlı inkişaf aspektindən araşdırılmış, əsərlərinin milli və universal xüsusiyyətləri müəyyənləşdirilmişdir. Professor Niyazi Mehdinin “Kamal Abdullanın diskursları… Bildirdiklərindən bilinənlərə adlı kitabında (2024) alimin K.Abdullanın son 30 ildə qələmə aldığı elmi-bədii əsərləri haqqında olan məqalə və şərhləri toplanmışdır. Mehman Qaraxanın “Kamal Abdulla: yaradıcılıq stixiyası” adlı kitabını da maraqlı tədqiqat kimi qeyd etmək olar.
Türkiyə türkcəsində (İstanbul, 2007), Rumıniyada Lyudmila Bejenarunun «Камал Абдулла: Философия полноты» (Buxarest, 2012), Beynəlxalq səviyyədə isə Mehman Musaoğlunun “Kamal Abdullanın əsərləri İranda Araz Əhmədoğlunun “Sehrbazlar dərəsi. İç-içə sirlər dünyası” və “Yarımçıq əlyazma. Şahəsərin Şahəsəri” (Tehran, 2014), Fatih Kəskinin “Psikanalitik, Arketipsel ve Postmodern Göstergeler Çerçevesinde Kamal Abdulla’nın Romanları” (Türkiyə, 2024) əsərləri çap olunmuşdur.
Bundan əlavə, Rusiya, ABŞ, Fransa, İtaliya, Braziliya, Polşa, Litva, Rumıniya, Qazaxstan, Qırğızıstan və digər ölkələrdə K.Abdullanın elmi və bədii yaradıcılığına həsr olunmuş məqalələr dərc edilmişdir. Bu geniş coğrafi yayılma, həmçinin faktların müxtəlif mənbələrdə dərc olunması, onun yaradıcılığının milli sərhədləri aşaraq beynəlxalq elmi və ədəbi mühitdə aktiv iştirakının göstəricisidir.
K.Abdullanın elmi və bədii yaradıcılığına dair ölkə daxilində və xaricdə aparılan araşdırmalar, monoqrafiyalar və məqalələr onun ədəbi-estetik prinsiplərinin, dil və mifoloji yanaşmalarının öyrənilməsi üçün zəngin material təqdim edir. Belə ki, bu geniş və zəngin elmi baza bir sıra doktorluq və magistr dissertasiyalarının yazılmasında əsas rol oynamış, gənc tədqiqatçılar K.Abdulla yaradıcılıq metodlarını sistemli şəkildə təhlil edərək onun əsərlərini müxtəlif aspektlərdən dilçilik, ədəbiyyatşünaslıq və mifoloji tədqiqat prizmasından araşdırmışlar. Onların sırasında Sadıq Qarayevin “Kamal Abdullanın nəsrində tarixi və mifoloji yaddaş problemi” (Azərbaycan), Könül Sadiyevanın “Postmodernizm ədəbiyyatında müəllif və müəllif mövqeyi problemi (XX-XXI əsrlərin qovşağında rus və Azərbaycan ədəbiyyatı materialları əsasında)” (Azərbaycan), Aynur Babaşova Beşkonakın (Türkiyə) “Kamal Abdullanın romanlarında struktur və motiv”, Fatih Keskinin “Kamal Abdullanın romanlarında struktur, mövzu və təhkiyə” (Türkiyə), Gizem Nur Nazlının “Kamal Abdullanın romanlarında xalq kültürü ünsürləri” (Türkiyə) adlı dissertasiyaları qeyd etmək mümkündür.
Akademik K.Abdulla bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan dilçiliyini yüksək səviyyədə təmsil etmişdir. O, ABŞ, Almaniya, Polşa, Rumıniya, Fransa, İtalya, Türkiyə, Çin, Yaponiya, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan kimi xarici ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda geniş elmi məruzələrlə çıxış etmiş, Azərbaycan dilçilik elminin uğurlarını dünya səviyyəsində təbliğ etmişdir.
Akademik K.Abdulla dünya miqyasında tanınan alimlərdəndir. O, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Türk Ədəbiyyatı Fondunun fəxri üzvü, Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, Gürcüstan Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür. Bundan əlavə, Rumıniya, Rusiya, Gürcüstan, Özbəkistan, və Bolqarıstan universitetlərinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin, Mərmərə Universitetinin fəxri professoru adına layiq görülmüşdur.
K.Abdulla Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafındakı mühüm xidmətlərinə görə “Karl Kramej” medalı ilə təltif olunmuşdur. Polşa Respublikasının Prezidenti Lex Kaçinski tərəfindən ona “Böyük Xaç” kavaler ordeni təqdim edilmişdir. O, həmçinin Rusiya Federasiyasının “Puşkin” medalı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY ) “Onur” medalı ilə mükafatlandırılmışdır.
Polşanın müsbət simasının formalaşmasında göstərdiyi xidmətlərə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomuna layiq görülmüş, Almaniyada fəaliyyət göstərən Türklərin İnstitutu tərəfindən “Türk dili və mədəniyyətinə xidmət mükafatı” ilə təltif edilmişdir.
Elmi-təşkilati fəaliyyəti ilə yanaşı, ictimai işlərdə də fəal iştirak edən akademik K.Abdulla ölkəmizdə böyük nüfuz sahibidir. O, Azərbaycanın Xalq yazıçısı, Əməkdar elm xadimidir. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Ensiklopediyasının Redaksiya heyətinin üzvü kimi mühüm ictimai və mədəni proseslərdə yaxından iştirak edir.
K. Abdulla müxtəlif illərdə bir sıra yüksək mükafatlara layiq görülmüşdür. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” (2019), “Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik orqanlarının 100 illiyi” (2019), “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” (2019) medalları, “Vətən övladı” qızıl medalı (2010), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHHİ-100 il” yubiley döş nişanı (2021), eləcə də “Heydər Əliyevin 100 illiyi (1923-2023)” (2023) yubiley medalı ilə təltif edilmişdir.
Bundan əlavə, o, “Humay mükafatı” (2007), Monitorinq qrupunun “İlin ədəbiyyat adamı” mükafatına (2007), 525-ci qəzetin “İlin romanı” mükafatına (2007), III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində “Son 10 ilin ədəbi əsəri” mükafatına (2010), İranın Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresində “Elmi fəaliyyətə görə” mükafatına (2015), Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizi” mükafatına (2015), Rusiyada ədəbiyyat üzrə təqdim olunan “Qızıl Delviq” mükafatına (2016), Azərbaycan Tələbə Gənclər İttifaqının davamlı və sistemli inkişafına verdiyi töhfələrə görə “Yenilikçi və inkişaf mükafatı”na (2025), Türk Ədəbiyyatı Vəqfinin “Yaşayan Dədə Qorqud” mükafatına (2021) layiq görülmüşdür. Akademik K.Abdulla elmi-ictimai fəaliyyətinə Azərbaycan Prezidenti İlham Əliyev yüksək qiymət vermişdir. Elm və təhsilin inkişafındakı xidmətlərinə görə o, “Şöhrət” ordeni (2015) və “Şərəf” ordeni (2020) ilə təltif edilmişdir.
Bu gün çoxşaxəli fəaliyyəti ilə müasir Azərbaycan elmi və mədəniyyətinin canlı sütunlarından birinə çevrilmiş akademik Kamal Abdulla öz ömrünün 75-ci zirvəsini fəth edir. Kamal Abdulla yalnız bir alim və ya dövlət xadimi deyil, o, milli təfəkkürlə qlobal düşüncəni öz şəxsiyyətində birləşdirən fenomenal bir simadır. Onun həm xalqımızın qədim yaddaşı olan “Dədə Qorqud” dünyasını müasir elmi müstəviyə daşıması, həm də “Azərbaycan multikulturalizmi” modelini beynəlxalq arenada milli dəyər kimi təqdim etməsi bir ziyalının öz milləti qarşısındakı ən böyük xidmətidir. Azərbaycan xalqı məhz bu cür parlaq istedada malik və mənəvi ucalığı ilə beynəlxalq miqyasda tanınan bir mütəfəkkirə sahib olduğu üçün haqlı olaraq iftixar hissi keçirə bilər.
Hörmətli Kamal müəllim, Sizi 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə Azərbaycan elminin və dövlətçiliyinin inkişafı yolunda tükənməz enerji, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy Sizin elmi-mənəvi İşığınız gələcək nəsillərin yolunu hər zaman aydınlatsın!
Prof.Dr. Kerime Üstünova (Türkiyə)
filologiya elmləri doktoru Aygül Hacıyeva
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri
filologiya üzrə fəlsəfə doktoru GülarəƏmirova
AMEA Nəsimi adına Dilçilik İnstitutununaparıcı elmi işçisi
ISSN 2313-5204
.
Şərh yoxdur