Kamal AbdullaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 19 noyabr tarixli Sərəncamı ilə təyin edilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Şuranın əksər üzvlərinin iştirak etdiyi iclasda Himayəçilik Şurası sədrinin seçilməsi və perspektiv işlərlə bağlı müzakirələr aparılıb.

Şura üzvləri çıxışlarında Prezident İlham Əliyevə onlara göstərdiyi böyük etimada görə minnətdarlıqlarını ifadə edib və Şuranın sədrliyinə namizəd irəli sürüblər.

İclas iştirakçılarının yekdil qərarı ilə Azərbaycan  Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Himayəçilik Şurasının sədri seçilib.