Bu dünyanı qazananlar
O dünyanı itirdilər.
Çəkib, çəkib o dünyanı
Bu dünyaya gətirdilər
Haqq nahaqla barışmışdı,
Namərd mərdə yapışmışdı.
Elə ki şər qarışmışdı
Çətin sabah gələ idi.
Günəş harasa getmişdi,
Ay yox olmuşdu, itmişdi,
Dünyanın işi bitmişdi,
Bir də var ola bilməzdi.
Qışla yaz yerin azmışdı,
Kədər hər yeri basmışdı,
Bax ki bu hələ azmışdı,
Adamlar da ölmürdülər.
Ömürlər uzanıb gedir,
Ölümlər əriyib itir.
Yox olurdu ən böyük sirr,
Hamı çaşıb qalmış idi.
Kimi bunu alqışladı,
Kimi bir nağıl başladı:
Allah bizi bağışladı,
Yəni verdi cəzamızı.