Bakı Slavyan Universitetinin (BSU) nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzi “Azərbaycanca-rusca-ukraynaca danışıq kitabçası”nı nəşr etdirib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, yeni kitabça mərkəzin müdiri, fəlsəfə doktoru Aqşin Rüstəmov, Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin direktoru, dosent Yaşar Alxasov və PİTU-nun dosenti Vita Sarapin tərəfindən tərtib olunub.
Danışıq kitabçası Ukraynaya təhsil almaq, işləmək və ya səyahət etmək məqsədilə gedən həmvətənlərimiz üçün nəzərdə tutulub. Kitabçada Azərbaycan danışıq dilində gündəlik məişət şəraitində, ictimai yerlərdə geniş işlədilən söz və ifadələrin rus və Ukrayna dillərinə tərcüməsi, habelə Azərbaycan dili vasitəsilə Ukrayna dilində tələffüzü əksini tapıb. Müxtəlif mövzuları əhatə edən nəşr dörd hissə, 18 bölmədən ibarətdir.
Qeyd edək ki, kitabça akademik Kamal Abdullayev və PİTU-nun rektoru, professor Aleksey Nestulyanın təşəbbüsü ilə çap olunub.
14 aprel 2015-ci il
Şərh yoxdur