- Uşaqlıq illərim… Hələ ki pillələrlə tanış oluram…
- Məktəb illəri… Çox gözəl bir gün idi. Hələ də xatirimdədir.
- Məktəb illərindən növbəti bir xatirə…
- Bu da universitet illərimin şəkilidir. Orta məktəb yoldaşlarımla onlardan birinin bağında.
- Cavanlıq… İnsan ömrünün hər çağı gözəldir.
- Orta məktəb dostları. “Nə xoşbəxt imişəm bir zaman, Allah…”.
- Orta məktəb dostum Aslanla..
- 1984-cü ildə Xarici Dillər Universitetində gənc alim kimi aspirantlarla mühazirəm.
- Əziz elmi rəhbərim Ninel Zeynalovna Hacıyeva və görkəmli rus dilçisi, akademik Viktoriya Nikolayevna Yartseva ilə Bakı bulvarında.
- Oljas Süleymenovla… Onu tanıtmağa ehtiyac yoxdur.
- Seyran Səxavət, Cavanşir Quliyev və Abas Abdulla və mən…
- Onu kim unudar?! – Aydın Məmmədov…
- Unudulmaz dostum Həsən Turabov və Timurçin Əfəndiyevlə. 1990. İstanbul. Türk dünyası araşdırmaları vəqfinin həyəti. Şəkli Turan hoca çəkib.
- 1994-cü il, Bursa, Uludağ Universiteti. Mənim əziz öyrəncilərimlə qazanılmış futbol matçından sonra.
- Bursa. 1994. Uludağ Universitetinin Türk dili və ədəbiyyatı bölüm başkanı Prof. Dr. Coşkun Ak, xanımı, bölümün indi professoru Kərimə Üstünova, onun əri Mustafa Üstünovla piknikdə.
- İran, Tehran şəhəri. Beqdelinin evində.
- Anar və Fərhad Bədəlbəyli ilə…
- Əziz müəllimim, ağsaqqalım Ağamusa Axundovla.
- Azərbaycan Yazıçılar Birliyi, şair Ramiz Rövşənlə.
- Roma “xərabəlikləri”…
- Fransa. Paris. Luvrun bir guşəsi. Azər Mustafazadə ilə.
- Bolqarıstanın eks-prezidenti Jelyu Jelyevlə Bakı Slavyan Universitetində.
- Bolqarıstan Prezidenti cənab Pırvanov və xanımı ilə Bakı Slavyan Universitetində.
- Böyük alim Azad Mirzəcanzadə ilə birgə yazdığımız “Bakı Slavyan Universitetində Mühazirələr” kitabının təqdimat mərasimində. Çıxış edir professor Aydın Ələkbərli.
- İki bölüm başqanı – Professor Rəşat Gənc və Kamal Abdulla -2004, İstanbul.
- Oğum Mehdi və Milli Olimpia Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə…
- Bakı. Savyan Universiteti. Yunanıstanın Prezidenti Konstantinos Stefanopulos, professor Fatma Abdullazadə ilə. Yunanıstan prezidentinə BSU-nun fəxri doktoru adının verildiyi mərasim.
- Dəfələrlə sərbəst güləş üzrə Avropa və SSRİ çempionu olmuş dostum Məmməd İbrahimov və oğlum Mehdi ilə məclislərin birində…
- Ramiz Rövşən və Vaqif Bayatlı… Şair dostlar arasında.
- Orta məktəb müəlliməm Şərqiyə xanımla…
- Gürcü teatrının Bakıya gətirdikləri “Kim dedi ki, simurq quşu var imiş…” tamaşasından sonra…
- 2002-ci il Roma Papası Azərbaycanda olarkən…
- Dostum Rəşad Məcid…
- Unudulmaz Vaqif İbrahimoğlu ilə.
- Doktor Cavd Heyətlə Bakı Slavyan Universitetində söhbət edirik…
- Bakı. Fransız səfirliyinin Mədəniyyət mərkəzi. Mərkəzin rəhbəri “Yarımçıq əlyazma”nın fransız nəşrini təqdim edir.
- İtaliya. Bolonya. Bolonya Universitetinin rektoru ilə əməkdaşlıq müqaviləsi imzaladıqdan sonra.
- Vilayət Quliyevlə Buninin məzarı önündə. Paris.
- Vilayət Quliyevlə Varşavada. Bu cür gözəllikdən gözlərimizi çəkə bilmirdik…
- Düşüncələr adamı çox uzaqlara apara bilir…
- Yazıçılar Birliyi. Natəvan klubu. Anar mənimlə bağlı görüşü aparır… Deyəsən 60 yaşım münasibətilə keçirilən tədbir idi.
- Vaqiflə. YUĞ-da. Deyəsən, “Dəvə yağışı”nın premyerasından sonra. İndi Vaqif mənim “deyəsən” sözümə oralardan gülür…
- Dəqiq xatirimdə deyil, hansıa dövlət tədbiridir…
- Bakı Slavyan Universiteti. Ukraynanın eks-prezidenti Viktor Yuşşenko qonağımız idi.
- Əziz dostum, böyük türk alimi, dilçi-filoloq Osman Fikri Sərtqaya ilə…
- ABŞ. Kolumbiya Universiteti. “Avrasiyaçılıq” mövzusunda məruzə edərkən…
- Moskva. Rusiya Yazıçılar İttifaqı. “Qospodin doroqi” şeirlər kitabının təqdimat-müzakirəsi. Şeirlərin tərcüməçisi Alla Axundova çıxış edir.
- 2007-ci il, İstanbul. Beynəlxalq kitab fuarı.
- Venesiyada…
- Mətnlə baş-başa…
- Dövlət səviyyəli tədbirdi. Akademik Ramiz Mehdiyev, Təhsil Naziri Misir Mərdanov, Rusiya Dövlət Dumasını sədri Sergey Narışkin, Rusiyanın keçmiş təhsil naziri Andrey Fursenko… Bakı Slavyan Universitetinə yığışmışıq.
- Millət vəkil xanım Elmira Axundova ilə.
- Sözün sehrində…
- Əsas olan mətndir, yerdə qalan təfərrüatdır…
Şərh yoxdur