Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev)

Azərbaycan alimi, yazıçısı, ictimai xadimi. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvüdür. Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professorudur.  Sofiya Universitetinin ali mükafatı – “HONORARY BLUE RIBBON INSIGNIA”-ya (“MAVİ LENT FƏXRİ NİŞANI”) layiq görülüb. Rus PEN-klubunun (Moskva) üzvüdür.

 Elmi maraq dairəsi – dilçilik, ədəbiyyat, türkologiya, mədəniyyətşünaslıq.

1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə  Bakıda 190 saylı orta məktəbi bitirib.

1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

1973-1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.

1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.

1977-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun “Türk dillərinin müqayisəli tədqiqi” şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib.

1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri, professoru olub.

1988-1990-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-ci ildə Fondun İdarə Heyətinin sədri,
1990-cı ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun “Ümumi və rus dilçiliyi” kafedrasının müdiri seçilib, 1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri vəzifəsində çalışıb.

1994-1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin “Türk dili və ədəbiyyatı” bölümünün professoru olaraq fəaliyyət göstərib.

2000-ci ilin may ayında M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib.

2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin mart ayına qədər rektor kimi fəaliyyət göstərib. Hazırda Bakı Slavyan Universitetinin (BSU) “Tərcümə problemləri” elmi-tədqiqat laboratoriyasının rəhbəri, “Filoloqun kitabxanası – 100”, ”Türkologiya” və “Dünya nəsri” seriyalarının ideya müəllifi və icraçısıdır.

2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin 18 iyul 2014-cü il tarixli Sərəncamı ilə Kamal Abdulla Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 18 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu  qurumun Himayəçilik Şurasının sədri seçilib.

Azərbaycan Yaradıcılıq Fondunun (keçmiş Azərbaycan Mədəniyyət Fondu) sədridir.

Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. Müxtəlif ölkələrin universitetlərində (Rusiya, Türkiyə, Polşa, Gürcüstan, Fransa, Almaniya, ABŞ, İtaliya və s.) “Ümumi dilçilik”, “Mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektlərinə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparmışdır. Elmi və publisistik məqalələri Azərbaycanda və xaricdə mütəmadi çap olunur.

Dilçiliyə dair “Проблемы синтаксиса простого предложения в азербайджанском языке” (Баку, Элм, 1983) (“Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri”), “Azərbaycan dili sintaksisin nəzəri problemləri” (Bakı, Maarif, 1999), “Azərbaycanda rus dili” prof. İlyas Həmidovla birgə (Bakı, 2005), “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik” (Bakı, 2010), “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” dilçi alimlər ilə birlikdə (Bakı, 2012), “Azərbaycanca danışaq” (Paris 2008; Buxarest 2010; Budapeşt 2011; Abu-Dabi 2012.) kimi kitabları var.

Ədəbiyyatşünaslıq, tənqid və esseistikaya dair “Müəllif – əsər – oxucu” ( Bakı, Yazıçı, 1985), “Əvvəl –axır yazılanlar”( Bakı, Yazıçı, 1990), “Yolun əvvəli və axırı” (Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1993),“300 azərbaycanlı” (Bakı, Mütərcim, 2007) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir,  qədim və müasir ədəbi prosesin görünməyən tərəflərini işıqlandırılır. 2011-ci ildə Kamal Abdulla,  Salam Sarvan  və Etimad Başkeçidin K. Abdulla yaradıcılığı və dünya ədəbiyyatının, mədəniyyətinin aktual və maraqlı problemləri haqqında ədəbi söhbətləri “Məqamlar” adlı kitab halında çapdan çıxmışdır.

Qorqudşünaslığa dair “Gizli Dədə Qorqud” (Bakı, Yazıçı, 1991), “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2” (Bakı, Elm, 1999), «Тайный Деде Коркут» (Bakı, Mütərcim, 2006), “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” (Bakı, Mütərcim, 2009) adlı kitablar yazıb nəşr etdirmişdir. “Gizli Dede Korkut” kitabı Bursada (Bursa, Ekin Basınevi, 1995), İstanbulda (İstanbul, Ötükən Basınevi, 1995) və yenə təkrar İstanbulda “Mitten yazıya ve ya Gizli Dede Korkut” (İstanbul, Ötüken Basınevi, 2013) ayrı-ayrılıqda türk dilinə çevrilərək çap olunub.

“Лекции в Бакинском славянском университете” (Баку, Мутарджим, 2003) (“Bakı Slavyan Universitetində mühazirələr”) adlı kitabı (akad. A.Mirzəcanzadə ilə birlikdə) ədəbiyyat və poetika məsələlərinə həsr edilib.

“Русский язык в Азербайджане” (Баку, Мутарджим, 2005) adlı kitabı (prof. İ.Həmidovla birlikdə) rus dilinin Azərbaycanda işlənmə tarixindən, müasir vəziyyətindən, perspektivlərindən bəhs edir.

Kamal Abdullanın bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur.

Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…”, “Tarixsiz gündəlik” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət  Azərbaycan, rus, türk dillərində bir neçə kitabı nəşr olunmuşdur: “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), Bir, iki, bizimki! (Bakı, Mütərcim, 2003), “Casus” (Bakı, Mütərcim, 2004), “Ruh” (Ankara, 2006), “Все мои печали» (Ваку-Мутарджим-2009)  və s.

O “Gümüş dövrün sirləri” adlı tərcümə kitabçasının müəllifidir (Bakı, Mütərcim, 2001). “Qəribədi, deyilmi?!” (Bakı, BDU-nun mətbəəsi, 1998), “Nar çiçəkləri” (Bakı, Mütərcim, 2014) kitablarında müəllifin şeirləri cəmlənib.

Onun “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002) adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri nəşr edilib.

“Yarımçıq əlyazma” romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilib. Roman Azərbaycanda 2013-cü ildə təkrar nəşr edilib. Bundan sonra “Le Manuscrıt inachevé” adı ilə Fransada (Paris, L’Harmattan, 2005, təkrar nəşr: 2013), “Eksik El Yazması” adı ilə Türkiyədə (İstambul, Ötüken, 2006, təkrar nəşr: 2014), Rusiyada “Неполная рукопись” adı ilə (Moskva, Xroniker, 2006, təkrar nəşr: “Романы” kitabında, Moskva, Xudojestvennaya literatura, 2013), Braziliyada “O Manuscrito İnacabado” adı ilə (João Pessoa, İdeia, 2009), Polşada “Zagadkowy Rykopis” adı ilə (Torun, 2009), Misirdə “رلمخطوط المبتو” adı ilə (Qahirə, 2012), Amerikada “The Incomplete Manuscript” adı ilə (Huyston, 2013), Qazaxstanda “Толык емес колжазба” adı ilə (Astana, 2013), Avstriyada «Das unvollständige manuscript» adı ilə (Viana, 2013), Qırğızıstanda «Толук емес колжазма» adı ilə (Bişkek, 2014), İtaliyada “İl Manoscritto İncompleto” adı ilə (Roma, 2014), Monteneqroda “Nepotpuni rukopis” adı ilə (Podgorica, 2015) çap edilib.

Sufi dərvişlərin həyatından bəhs edən “Sehrbazlar dərəsi” romanı Bakıda 2006-cı ildə, “Büyücüler deresi” adı ilə Türkiyədə 2010-cu ildə, “Долина Кудесников”  adı ilə Rusiyada 2010-cu ildə (Rusiyada təkrar nəşr: “Романы” kitabında, Moskva, Xudojestvennaya literatura, 2013), «Stebukladarių slėnis» adı ilə Litvada 2013-cü ildə, «Сикыршылар ангары» adı ilə Qazaxstanda 2013-cü ildə, «La vallée des magiciens» adı ilə Fransada 2013-cü ildə, «魔術師の谷» adı ilə Yaponiyada 2013-cü ildə, “УНСИЗТбЗС ПСе Уی” adı ilə İranda 2014-cü ildə, «Valley of the sorcerers» adı ilə Amerika Birləşmiş Ştatlarında  2015-ci ildə çap edilib.

2013-cü ildə “Yarımçıq əlyazma” və ” Sehrbazlar dərəsi” romanları Moskvanın nüfuzlu nəşriyyatı «Хudojestvennaya literatura» tərəfindən nəşr olunan ” Romanlar” adlı bütöv kitabda bir araya gətirilmişdir.

Kamal Abdullanın “Unutmağa kimsə yox…” romanı 2011-ci ildə Bakıda çap edilmişdir.  Roman «И некого забыть…» adı ilə 2015-ci ildə Bakıda, “Qanun”nəşriyyatındada rus dilində çap edilmişdir.

Müəllifin öz məktəb həyatından bəhs edən “Tarixsiz gündəlik” povesti 2005-ci ildə Bakıda çap edilmişdir. 2007-ci ildə povest «Открывая друг друга» adlı topluda “Дневник с заметками на полях” adı ilə rus dilində çap edilmişdir.  Tarixsiz gündəlik» povesti 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə «Əsərlər toplusu» adlı kitabda dərc edilib. Həmçinin 2007-ci ildə povest “Един към друг” adlı topluda “Дневник с бележки в полетата” adı ilə bolqar dilində çap edilmişdir.

Moskvada «Господин дороги» adlı şeirlər və pyeslər toplusu nəşr edilmişdir (Москва, Риф Рой, 2004).

2009-cu ildə 10 hekayədən ibarət “Hekayələr”(Bakı, Mütərcim) kitabı çapdan çıxmışdır. 2012-ci ildə 17 hekayədən ibarət “Labirint”adlı kitabı çap olunmuşdur. 2014-cü ildə “Sirri-zəmanə» adlı  hekayələ toplusus çap olunmuşdur.  2014-cü ildə Moskvada son illərdə qələmə aldığı hekayələr toplanmış «Платон, кажется, заболел…» kitabı çap olunmuşdur.

Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub, pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.

Azərbaycanda onun haqqında “Kədərin sirri” (müəllifi Elçin Səlcuq), “Kamal Abdulla: seçimin morfologiyası” (müəllifi prof. Asif Hacılı), “Kamal Abdulla: Yazıdan mifə” (müəllifi Rüstəm Kamal) və Türkiyədə “Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində” (müəllifi Mehman Musaoğlu) adlı kitablar çap olunub. Elmi və bədii yaradıcılığı ilə bağlı Rusiya, Türkiyə, Fransa, Braziliya, Polşa, Litva, Qazaxstanda, Qırğızıstanda və başqa ölkələrdə yazılar çap edilib.

2015-ci ildə prof. E.Ə. Nəcəfov  ilə həmmüəlliflikdə Multikulturalizm fənni üzrə “Multikulturalizmə giriş” (Bakalavr səviyyəsi üçün) və “Azərbaycan multikulturalizmi” (Magistr səviyyəsi üçün) tədris proqrammları hazırlanmışdır.
2015-ci ildə Kamal Abdullayevin təşəbbüsü ilə Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzi “Azərbaycanca-rusca-ukraynaca danışıq kitabçası” nəşr edilmşdir.

2015-ci  ildən “ADA” Universitetində müntəzəm olaraq “Azərbaycançılıq” fənnini tədris etməyə davam etmişdir.

Televiziyada 1983-cü ildən başlayaraq “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub.

ABŞ (Kolumbiya Universiteti, Harriman institutu), Fransa (İnalko və Strasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Linqvistik Universitet, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya (Vatikan Sileza Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların təşkilatçısı və iştirakçısı olub.

200-dən çox məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.

1999-cu ilin dekabr ayında Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə Kamal Abdullayev Ölkə Prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının əməkdar elm xadimi” adı ilə təltif olunub.

2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ilin iyul ayında isə Akademiyanın həqiqi üzvü  seçilib.

29 noyabr 2007-ci il tarixində Rusiya Prezidenti V.V.Putin tərəfindən Puşkin medalı ilə təltif olunub.

2007-ci ildə Azərbaycanda Humay mükafatını, 525-ci qəzetin “İlin romanı” adlı mükafatını, Monitorinq qrupunun “İlin ədəbiyyat adamı” adını alıb.

2009-cu ildə Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə “Karl Kramej” medalı ilə təltif edilib.

2009-cu ildə Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən bu dövlətin “Böyük Xaç” kavaler ordeni ilə də təltif olunub, bundan əlavə Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomuna layiq görülüb.

2009-cu ildə həyata keçirilməyə başlamış “Kitabi   Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” 10 illik beynəlxalq proyektin (Almaniyanın Mayns Universiteti və Folkenştayn Cəmiyyəti ilə birgə) ideya müəllifi və təşkilatçılarından biridir.

2010-cu ildə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Dilçilik üzrə problem Şurasının sədri təyin edilib.

2010-cu ildə Dədə Qorqud  Milli Fondunun “Dədə Qorqud Milli Mükafatı”  “Azərbaycan dünyası”  beynəlxalq jurnalının “Vətən övladı” qızıl medalı ilə təltif edilmişdir.

2011-2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb.

1996-2015-ci illərdə Azərbaycan Badminton Federasiyasının prezidenti olmuşdur.

2014-cü ildən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri vəzifəsində çalışır.

21 may 2015-ci ildə İranın Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresində “Elmi fəaliyyətə görə” mükafatı ilə təltif edilmşdir.

21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma” romanı İtaliyada fəaliyyət göstərən ən böyük fondlardan biri Rikardo Tanaturri Fondu tərəfindən yüksək dəyərləndirilib və roman fondun təsis etdiyi Scanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə layiq görülüb.

2015-ci ilin oktyabırında Afinada keçirilən “Dini və mədəni plüralizm və Orta Şərqdə sülh içərisində mövcudluq” adlı beynəlxalq konfransda “Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi” adlı məruzə ilə çıxış etmişdir.

2015-ci ilin oktyabırında Türkiyənin Bahçeşehir universitetində təhsil alan yerli və xarici tələbələrə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda mühazirə oxumuşdur

2015-ci ilin noyabırında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycanın İsveçdəki səfirliyinin və bu ölkənin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun təşkilatçılığı ilə noyabrın 18-19-da Stokholmda “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda elmi konfransda iştirak və çıxış etmişdir.

3 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə  “Şöhrət” ordeni ilə təltif oluynmuşdur.

17 fevral 2016-сı ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə AMEA-nın “Türkologiya” jurnalının baş redaktoru vəzifəsinə təyin edilib.

23 mart 2016-cı ildə Rusiyanın məşhur “Хуdоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib…” (“Plаton, каjеtsya, zаbolel…”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata — “Qızıl Delviq”ə layiq görülüb.

2016-cı ildə  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü — akademiki seçilib.