Bu dəniz bu dağın içində imiş,
Dağ da bu dənizin içində bəlkə.
Bu dəniz bu dağa yaman oxşayır,
Əkiz alın yazıları bir-birinə oxşayan kimi.
… Bu dəniz bu dağa yaman oxşayır…
Bir gün veriləndə ona dağ adı
Sıyıra-sıyıra öz gövdəsini
Dənizin içindən çıxhaçıxdaydı.
Bu dağ bu dənizin içində imiş,
Bəlkə də bu dəniz doğdu bu dağı.
Ekiz alın yazıları bir-birinin içindən doğan kimi.
… Və dəniz bu dağın içində qaldı.
Torpağın altında yaşayanlara
Elə dəniz oldu bu dağın özü…
Bu dəniz bu dağa yaman oxşayır
Həmin buludluyla, həmin göyüylə