Akademik Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” kitabı
Azərbaycan dilçilik elmində mövcud olan bir sıra problemlərin həlli, xüsusən dilçiliyin
sintaksis bölməsinin predmeti olan cümlə quruluşu, cümlə üzvləri arasındakı münasibət,
sadə və mürəkkəb cümlənin xüsusiyyətləri haqqında dərin dilçilik araşdırmalarını özündə
əks etdirir. Kitabda Azərbaycan dilçilik elmində ilk dəfə olaraq mürəkkəb sintaktik bütövlərdən
bəhs olunur və bu istiqamətdə müəllifin apardığı dərin elmi araşdırmalar kitabda öz əksini tapır.
Kitab Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs
vəsaiti kimi təsdiqlənmişdir.
Kitab 1998-ci ildə “Maarif” nəşriyyatında (Bakı) çap olunmuşdur.
Şərh yoxdur