AMEA-nın həqiqi üzvü Kamal Abdullayevin proyekt rəhbəri və həmmüəllifi olduğu
“Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” kitabı Bakı Slavyan Universitetinin
Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi çap olunmuşdur. Kitabda Azərbaycan
dilçiliyində ilk dəfə dilin sintaktik səviyyəsinin ən böyük vahidi olan mürəkkəb
sintaktik bütövlərdən geniş şəkildə bəhs olunur.
Kitab dilçi alim Kamal Abdulla tərəfindən yaradılmış və Azərbaycan dilinin sintaksisini
tədqiq edən dilçilik məktəbinin nümayəndələri tərəfindən yazılaraq çap edilib.
Bu məktəbin yaradıcısı Kamal Abdulla və məktəbin nümayəndələri olan Kamal Abdullanın doktorant və
dissertantları Azərbaycan dilinin sintaksisində önəmli mövzulardan biri olan “sintaktik bütövlər”lə
bağlı dərin elmi araşdırmalar apararaq bu araşdırmaları vahid kitab halında ortaya qoyublar.
Kitabın müəllifləri Kamal Abdulla ilə yanaşı dilçi alimlər A.Y.Məmmədov, M.M.Musayev, K.Üstünova,
N.S.Novruzova, Ş.Q.Hüseynov, G.N.Rzayeva, K.B.Hacıyeva, L.V.Ziyadova, S.Q.Fətəliyeva, G.Q.Nağıyeva,
G.A.Məhərrəmova, Ş.T.Zeynalova, F.Q.Səlimova, V.H.Məhərrəmovadır.
Kitab ali məktəblərin filoloji fakültələrinin tələbələri üçün nəzərdə tutulsa da,
ondan doktorantlar və bu sahə ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər.
Kitab 2012-ci ildə Mütərcim nəşriyyatında (Bakı) çap olunub.
Şərh yoxdur