8230c89392b731b2f7f977cef004b660

Əsərləri onlarla ölkədə çap olunan Azərbaycan yazıçısı Kamal Abdulla İtaliyada ədəbiyyat ödülünə İtaliyada layiq görülüb. Yazarın 2014-cü ildə İtaliyada nəşr olunan məşhur “Yarımçıq əlyazma” romanı nəşr edildikdən sonra yerli ədəbiyyat tənqidçilərinin və italyan oxucuların diqqətinini cəlb etmiş, roman haqqında italyan intellektualları və yazarları (Umberto Eko, Franko Cardini və başqaları) xoş sözlər söyləmişdir. Roman hissə-hissə “İl sole 24 ore” qəzetində çap olunmuş, Beynəlxalq Milan Kitab Sərgisində təqdimatı keçirilmiş, daha sonra İtaliyanın Mərədniyyət nazirliyi tərəfindən roman təkrar nəşr edilmiş, yerli televiziyalarda roman ətrafında müzakirələr aparılmışdır.

İtaliyanin RAİ-4 televiziyasında

  İtaliyanin RAİ-4 televiziyasında

Sandro Teti Nəşr evinin rəsmi səhifəsində

Sandro Teti Nəşr evinin rəsmi səhifəsində

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı bu ölkədə fəaliyyət göstərən ən böyük fondlardan biri Rikardo Tanaturri Fondu tərəfindən yüksək dəyərləndirilib və roman fondun təsis etdiyi Scanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə layiq görülüb. İtalyan mətbuatı qeyd edir ki (http://www.corrierepeligno.it/anche-gli-ex-ministri-severino-e-saccomandi-fra-i-premiati-al-42-premio-scanno/43514 ), Kamal Abdullaya bu mükafat Scannoprayzın 42-ci təqdimatında “Yarımçıq əlyazma” romanında antik dövrün türk Homeri olan Dədə Qorqudun həyatının sirli interpritasiyasının uğurlu təsvirinə görə təqdim edilib. Mükafatı Azərbaycan tərəfindən yazıçı Kamal Abdullanın adından Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov qəbul edib. 1973-cü ildə təsis olunan bu mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.

50729-bando-premio

IMG_3885

Qeyd edək ki, Scannoprayz ədəbiyyat, musiqi, iqtisadiyyat, tibb, kino, memarlıq, teatr və başqa nominasiyalarda təqdim olunur. Bu mükafata layiq görülən tanınmışlar sırasında aktyor və rejissor, məşhur Komissar Kattani rolunun ifaçısı  Michele Placido (2002), “Oskar” mükafatçıları kinorejissorlar Mario Monicelli (1980) və Michelangelo Antonioni (1981)  və başqalarının adını çəkmək olar. Daha öncə ədəbiyyat sahəsində bu mükafata müxtəlif illərdə  Marcelo Figueras (2014), Valerio Massimo Manfredi (2010), David Grossman (2012), Josè Saramago (1998),  Antonio Tabucchi (1994), John Updike (1991), Saul Bellow (1988), Mario Vargas Llosa (1989) və başqaları layiq görülüb.