qqqqqqqqq22 Yanvar 2016

Bakı. Cavid Zeynallı – APA. “Azərbaycan multikulturalizmi model kimi dünyaya örnəkdir”.

 

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev deyib. K. Abdullayev əlavə edib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri rahat şəkildə yaşayırlar: “Bu ilin Azərbaycanda multikutulturlizm ili elan edilməsi bu siyasətə dövlət səviyyəsində verilən böyük qiymətdir. Dünyada multikulturlizm ənənələrindən uzaqlaşdığı bir vaxtda Azərbaycan bu siyasəti dəstəkləyir və əsas istiqamətlərdən biri kimi qeyd edir, yaşadır. Bu, bizim dostlarımızı sevindirir, bədxahlarımızı qıcıqlandırır”.

 

K. Abdulla qeyd edib ki, multikulturalizm ili çərçivəsində bir çox tədbir keçiriləcək, yeni nəşrlər işıq üzü görəcək.

http://az.apa.az/news/412851