Unudulmaz Umberto Eko ilə Milanda onun evində keçən görüşümüzü bir daha xatırlayıram. Onun və xanımının səmimi qonaqpərvərliyini, həqiqətən, unutmaq mümkün deyil. Dəyərli söhbəti, sevdiyi və sevmədiyi ədəbi məqamlar və hadisələr barədə, nəhayət, mənim “Yarımçıq əlyazma”mla bağlı qiymətli sözləri, tövsiyələri indi də onun yumşaq intonasiyasının müşaiyətilə qulaqlarımda səslənir.
Vergilinin, Servantesin, Coysun əlyazmaları və kitabları, dünya ədəbiyyatının möhtəşəm adlarının müəllifi olduğu yüzlərlə, minlərlə kitabla dolu əsl kitab dünyası… Ekonun məşhur kitabxanası… Sonsuz, bəlkə özünün belə təsəvvür etmədiyi dillərdə tərcümə edilib nəşr olunmuş əsərlərinin toplandığı “Studio”su… Bu kitabxananın bir guşəsi…
Onu bu kitablardan aralı təsəvvür eləmək müşkül işdir.
Umberto Eko xanımı ilə birgə Azərbaycana gəlməyə razılıq vermişdi. Əcəl imkan vermədi.
Ustad artıq əbədiyyətə qovuşdu. Qızılgül ləçəkləri torpağı olsun…
Şərh yoxdur