Azərbaycan, Rusiya, Fransadan sonra Kamal Abdullanın “Yarımçıq əlyazma”əsərinin ikinci nəşri Türkiyədə, “Ötüken” nəşriyyatında işıq üzü görüb.
“Axar.az”xəbər verir ki, kitaba ön sözü əsəri türk dilinə tərcümə edən professor-doktor Ali Duymaz yazıb.
Ön sözdə əsərin Azərbaycanda ilk postmodern roman olduğu vurğulanıb.
Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı həm Azərbaycanda, həm də ölkəmizdən kənarda müxtəlif ədəbi çevrələrdə geniş müzakirələrə səbəb olub.
Əsərdə mətn içərisində mətn estetikası özünü göstərir: gənc tədqiqatçı Əlyazmalar institutunda elmə məlum olmayan bir salnamə aşkarlayır və bunun “Kitabi Dədə Qorqud” eposunun yazılmadan öncəki qeydlər olduğunun fərqinə varır. Romanda Dədə Qorqudun və Orta çağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri tamamilə yeni interpretasiyada təqdim olunur.
Xatırladaq ki, əsər dünyanın on bir dilinə tərcümə edilərək, Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa, ABŞ və s. ölkələrdə nəşr olunub. Bir çox ölkələrdə “Yarımçıq əlyazma”nın təqdimatı olub və müxtəlif universitet çevrələrində əsərin müzakirələri keçirilib.
Türkiyədə “Eksik el yazması” adlı kitabın birinci nəşri 2006-cı ilə təsadüf edir.
Şərh yoxdur