Sentyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.
Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələrinə mühazirə dediyinə görə səfirə öz təşəkkürünü bildirib. Rektor səfiri yeni tədris ilində də ADU tələbələrinə mühazirə deməyə dəvət edib.
Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkür edən Sanjay Rana bildirib ki, Azərbaycan Dillər Universiteti səfirliyin işinə hər zaman dəstək olur.
Görüşdə Sanjay Rana Kamal Abdullanı Hindistana səfərə dəvət edib.
Mahatma Qandinin 150 illiyi ilə bağlı silsilə mədəni tədbirlərin keçiriləcəyini bildirən diplomat ADU tələbələrinin bu tədbirlərdə fəal iştirakına ümid etdiyini söyləyib.
Hindistanın ölkəmizdəki səfiri əlavə edib ki, ADU-da hind dilini öyrənən tələbələrin sayının çox olmasını arzulayır.
Səfir böyük hind yazıçısı Rabindranat Taqorun Azərbaycan dilində yeni kitabının işıq üzü görəcəyini diqqətə çatdırıb və nəşrə Kamal Abdullanın ön söz yazmasını təklif edib.
Rektor Kamal Abdulla səfirin təkliflərini müsbət qarşılayaraq, ona öz təşəkkürünü bildirib.
Şərh yoxdur