Bu Forum Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayır.
1news.az xəbər verir ki, bunu 6-cı Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Dövlət Dillər Universitetinin rektoru Kamal Abdulla deyib. O bildirib ki, bu foruma toplaşanlar bir daha Azərbaycan həqiqətlərini öyrənmiş olurlar. Onlar Azərbaycanın mədəni, mənəvi, iqtisadi inkişafını öz gözləri ilə görmüş olurlar.
“Cənab prezident bu forumda multikilturalizmlə bağlı çox qiymətli fikirlər söylədi. Azərbaycan xalqının başqa xalqlara, dinlərə tolerant münasibəti bütün dünyada son dərəcə önəmli və ibrətamiz bir haldır”- deyə, rektor qeyd edib.
Şərh yoxdur