Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev 2014-cü il martın 28-də Novruz bayramı günlərində Lənkəran, Astara, Quba, Qusar və Xaçmaz rayonlarında olmuşdur.
Dövlət müşaviri əvvəlcə həmin rayonlarda ictimaiyyət nümayəndələri və ziyalılarla görüşmüşdür. Səmimi və açıq dialoq şəraitində keçən görüşlərdə Azərbaycanda millətlərarası münasibətlər, etnik dillərin və mədəniyyətlərin, zəngin multikulturalist ənənələrin inkişafı, Azərbaycançılıq ideologiyasının təbliği və təşviqi sahəsində həyata keçirilən siyasətin prioritet istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Daha sonra Dövlət müşavirinin Lənkəran, Astara, Quba, Qusar və Xaçmaz rayonlarının və kəndlərinin bir sıra məscidlərində, Qırmızı Qəsəbədəki (Quba rayonu) sinaqoqda, eləcə də Xaçmaz rayonunda rus pravoslav kilsəsində dini icma üzvləri və ruhanilərlə görüşlərində dövlət-din münasibətlərinin mövcud durumu, etnik-dini tolerantlıq mühitinin və milli-mənəvi dəyərlərin qorunub saxlanması, yad dini ideologiya və radikal təriqətlərin qarşısının alınması zərurəti və digər aktual mövzular müzakirə edilmişdir.
Müzakirələr zamanı Azərbaycandakı əmin-amanlığa və hərtərəfli inkişafa, eyni zamanda dinlərə və dindarlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə səmimi minnətdarlıq ifadə olunmuşdur.
Şərh yoxdur