Ulduzsuz göylərə, qara göylərə
Atıldı qəfildən tənha bir fişəng.
Dünya işıqlandı gündüzdəki tək,
Göylər də mat qaldı belə sehirə.
Sonra öləzidi, yerə əyildi,
Göyə baxmayana da göründü o.
Bu ölən o yanan fişəng deyildi,
Niyə parlamışdı, niyə söndü o?
İzi də qalmadı göydə fişəngin,
O tənha fişəngi hamı unutdu.
Ulduzlar nizamla o birisi gün
Yenə həmişəki yerini tutdu.