milad1Yanvarın 9-da Bakıda Rus Pravoslav Kilsəsi tərəfindən Milad bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr Milad bayramı münasibətilə təbriklərini çatdırdı. O, belə tədbirlərin artıq ənənəyə çevrildiyini, Azərbaycanda bu bayramın yüksək səviyyədə qeyd edildiyini dedi. Azərbaycanın tolerantlığa görə bütün dünyada nümunə kimi qəbul edildiyini söyləyən Aleksandr ölkəmizdə multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğuladı.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxudu.

Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr

dövlətimizin başçısına minnətdarlığını bildirdi, xalqımıza sülh və əmin-amanlıq arzuladı.

Sonda Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyevə “Müqəddəs Apostol Varfolomey” qızıl medalı təqdim edildi.

9 yanvar 2015-ci il