Satıldım, yenə satıldım,
Kandara, küncə atıldım,
Üstümdən hey addım-addım
Yeridilər, getdilər.
Qürbət uzun, bu yol qısa,
Möhnət uzun, bu yol qısa,
Sənə əgər çox lazımsa,
Bu yol gətirir mənə
Axır tutar bu ah səni,
Tutar vallah günah səni,
Mən sevmişdim axı səni,
Sən də bunu bilirdin.
Gör bir nədən ayrılmısan,
Yol gəlmisən yorulmusan.
Bu yola elə sarılmısan,
Ayırmaq olmur sizi.
Hönkürmək yadından çıxıb,
Saçını üzündən yığıb,
Dişini dişinə sıxıb
Elə bil hıçqırırsan.