Yır-yığış etmək vaxtıdı,
Dur ayağa, getmək vaxtıdı.
Dünyadan itmək vaxtıdı,
Bu vaxt bir də ələ düşməz.
Bir daş altda, bir daş üstdə,
Ruh dərində, cisim üzdə.
Dənizdə, səhrada, düzdə
Nə qoydun ki, qaldı sənsiz?!
Geri baxma, daş olarsan,
Gözdən axan yaş olarsan,
Don vurmaz yaddaş olarsan,
Yaddaş olmaq yaman şeydi.
Göydən yağış, qar yağır,
Cavabsız suallar yağır,
Cavabsız suallar ağır,
İllah məhşər ayağında.