Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Kamal Abdullanın
“Kitabi-Dədə Qorqud” dastanı üzərində apardığı filoloji araşdırmaların toplandığı
“Gizli Dede Korkut” kitabı müxtəlif illərdə Türkiyədə ayrı-ayrı nəşriyyatlarda çap edilib.
Bu “Gizli Dede Korkut” kitabı 1997-ci ildə ÖTÜKEN nəşriyyatında çap edilib.
Kitabda akademik Kama Abdullanın “Kitabi-Dədə Qorqud” dastanlarının gizlin qatları,
mif və yazı, mifin gücü və yazının gücsüzlüyü, dastan mətnində rast gəlinən və antik
mifologiya ilə səslənən yasaqlar, dastan qəhrəmanlarının taleyi, dastan dilində rast
gəlinən bəzi ifadələrin üzərində aparılan fililoji araşdırmalar öz əksini tapıb.
Kitaba ön sözü Türkiyənin Balıkəsir Universitetinin professoru Ali Duymaz yazıb.
Kitabla bu linkdən tanış olmaq olar:
Kamal Abdulla Gizli Dede Korkut
Şərh yoxdur