Yazıçı Kamal Abdullanın 2004-cü ildə ilk dəfə nəşr olunan «Yarımçıq əlyazma» romanı Azərbaycanda haqqında ən çox
rəy və təhlil yazılan əsər sayılıb, «Son onilliyin əsəri» seçilib və bir çox mükafatlar qazanıb.
Roman indiyədək dünyanın bir çox dillərinə çevrilərək çap edilib. Oxucu tələbatından irəli gələrək “Yarımçıq əlyazma” romanı 2012-ci ildə Azərbaycanda təkrar çap edilib.
Roman müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxstan, Misir, İtaliya və s. ölkələrdə çap olunub. Roman təkçə Azərbaycanda deyil, Rusiya, Türkiyə, Fransa və İtaliyada da təkrar çap edilib.
Dünyanın müxtəlif dillərində roman haqqında 100-dən çox rəy və resenziya yazılıb.
Rusiyanın məşhur «İnostrannaya literatura» jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb.
Latın Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab da «Yarımçıq əlyazmadır».
Rusiyalı tənqidçilər əsəri «postmodernizmin ən parlaq nümunəsi», türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı «Azərbaycanın Borxesi» adlandırıblar.
Tanınmış rus yazarı Aleksandr Tkaçenko isə bildirib ki, «Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz «Yarımçıq əlyazma»sını yaradıb».
Pr. Kamal Abdulla, YARIMÇIQ ƏLYAZMA kitabı, s. 23:
“Allah özü bilməyənləri bilənlərin qəzəbindən qousun. Amin.”
Bu kinayə YARIMÇIQ ƏLYAZMA romanında Sonncu Önsözdə gedən mətndə işlənmiş və məncə bu kitabın ən ağır kinayəsi sayılır. Hörmətli professor burada demək istəyir ki bilməyənlər, özəlliklə də Kitabı Dədə Qorqudu blməyənlər, nəsə bilib fikrini yazanlara və hətta Yarımçıq Əlyazma kimi bir şahəsər yaradan Kamal Abdulla kimi insanlara elə yersiz və nahaq tənqid edirlər ki Tanrıya sığınmaqdan başqa yer qalmır. Bu Roman 7 dilə çevirilib, mənsə istədim Farscaya çevirəm qismət başqasınınkı imiş. Bu romanı oxumağı hər bir dosta məsləhət görürəm. Amma bu romanı başa düşüb həzz almaq üçün öncə Kitabi Dədə Qorqudu neçə dəfə dəqiq oxumalısız!
Mən bu kitaba York Notes biçimində bir analiz yazmaqdayam.
Pr. Kamal Abdulla, YARIMÇIQ ƏLYAZMA kitabı, s. 23:
“Allah özü bilməyənləri bilənlərin qəzəbindən qousun. Amin.”
Bu kinayə YARIMÇIQ ƏLYAZMA romanında Sonncu Önsözdə gedən mətndə işlənmiş və məncə bu kitabın ən ağır kinayəsi sayılır. Hörmətli professor burada demək istəyir ki bilməyənlər, özəlliklə də Kitabı Dədə Qorqudu blməyənlər, nəsə bilib fikrini yazanlara və hətta Yarımçıq Əlyazma kimi bir şahəsər yaradan Kamal Abdulla kimi insanlara elə yersiz və nahaq tənqid edirlər ki Tanrıya sığınmaqdan başqa yer qalmır. Bu Roman dünyanın bir çox dillərinə çevirilib, mənsə istədim Farscaya çevirəm qismət başqasınınkı imiş, uğurlu olsunlar. Bu romanı oxumağı hər bir dosta məsləhət görürəm. Amma bu romanı başa düşüb həzz almaq üçün öncə Kitabi Dədə Qorqudu neçə dəfə dəqiq oxumalısız!
Mən bu kitaba York Notes biçimində bir analiz yazmaqdayam. Hörmətli Professor, bu romanı mənə hədiyyə etdiyiniz üçün sizə nə qədər təşəkkür etsəm azdır.