Akademik Kamal Abdullanın müəllifi olduğu «Mitten yaziya ve ya
gizli Dede Korkut» kitabı isə 2012-ci ildə ÖTÜKEN nəşriyyatı
tərəfindən çap edilib. Oxucu tələbatını nəzərə alaraq kitab 2015-ci ildə
həmin nəşriyyat tərəfindən təkrar nəşr edilib.
Kitabı türkcəyə Dr. Ali Duymaz uyğunlaşdırmışdır.
Kitabda “Kitabi-Dədə Qorqud” dastanındakı qəhrəmanların taleyi,
dastan mətninin dilçilik və ədəbiyyatşünaslıq baxımından özəllikləri,
dastan mətnində olan semantik boşluqlar və qədim Yunan mifoloji
qəhrəmanları ilə “Kitabi-Dədə Qorqud” qəhrəmanlarının tale
oxşarlığından bəhs olunur.
Şərh yoxdur