IMG_4610

Ədəbi tənqidçi və publisist, XIX-XXI əsrlər rus ədəbiyyatı,

SSRİ xalqlarının ədəbiyyatları, teatr, kino və bədii fotoqrafiya

haqqında kitabların, monoqrafiya və məqalələrin müəllifi,

bir çox mükafatların, o cümlədən “TEFİ” mükafatının laureatı,

Rusiya Pen-Mərkəzinin, Moskva Kinematoqrafçılar İttifaqının və

Moskva Yazıçılar İttifaqının üzvü Lev Anninskinin Bakı Slavyan

Universitetinin “Filoloqun kitabxanası – 100” seriyasından

çap olunan “Ceviz ləpəsi” kitabında yazıçı Kamal Abdulla və onun “Yarımçıq əlyazma” romanı

haqqında yazdığı “Sözün sehri: yarımçıqlıqdakı bütövlük” məqaləsi çap olunub.

Kitab 2011-ci ildə “Kitab aləmi” (Bakı) poliqrafiya mərkəzində nəşr olunub.