IMG_3807

Yazıçı Kamal Abdullanın «Tarixsiz gündəlik» povesti 2005-ci ildə

«XXI-YNE» nəşriyyatında (Bakı) nəşr olunub. Povest müəllifin

qeyd etdiyi kimi «Əməkdar müəllim, Sosialist Əməyi Qəhrəmanı

Zərbəli Səmədovun xatirəsinə və Bakının 190 saylı məktəbində

oxumuş, oxuyan və oxuyacaq bütün şagirdlərə, işləmiş, işləyən və

işləyəcək bütün müəllimlərə və əməkdaşlara ithaf olunur».

Povestdə bir şagirdin oxuduğu məktəblə bağlı təəssüratları,

təhsil aldığı müddətdə baş verən hadisələr — bir sözlə məktəblinin

bir vaxtlar yaşadığı dünyasına səyahəti təsvir edilib.