IMG_3889Bəlkə də Hötenin «Faust»u istisna ol­maq­la hər hansı bir dram əsəri yeganə bir məqsədlə – bədii-estetik konstruksiyanın bütün ele­ment­lə­ri­nin zaman və məkanda reallaşdırılması, yəni Teatrda tamaşaya qoyulması məqsədi ilə yazılır.

Bu sadə həqiqəti biz ancaq və ancaq ona görə xatırladırıq ki, imkan daxilində oxucuları elə özlərinin tamaşaçı təcrübəsindən çıxış etməyə yönəldirik, çünki, nəzərinizə çatdırım ki, Kamal Abdullanın pyesi məhz iki estetik qavrama üsulunun (həm ədəbi-verbal, həm də potensial seyr-vizual üsulların) kəsişmə nöqtəsində müəllif niyyətinə adekvat olaraq təzahür edə bilər.

Əsasən maarifçilik paradiqmasında inki­şaf edən Azərbaycan dramaturgiyasının ümumi axı­nın­da Kamal Abdullanın pyesi öz «baş­qa­lı­ğı­nı» əhə­miy­yətli bir tərzdə bəyan edir: qəhrə­ma­nın yox­luq, fa­nilik astanasında öz məhrəm yad­daşının za­man və məkanında meditasiyası pro­sesi özü öz­lüyündə ta­mamlanır, özü özünə kifa­yət edir və heç bir nə­sihətanə nəticənin mövcud­luğu imkanını nə­zərdə tut­mur. Zaman etibarı ilə pyesin fabulası məşhur kinik Menippin satira­la­rına gedib çıxır və müasir yazıçının qələmi al­tında Şekspirin, Dos­toyev­skinin, J.Məm­mədquluzadənin, Borxesin «lə­nət­lənmiş sual­ları»nı sublimasiya edir. «Kan­darda söhbət» Ka­mal Abdullanın öz yaradıcılıq me­todunda üs­tünlük verdiyi fabula konstruksiyası ola­raq haq­qında da­nı­şı­lan pyesdə həddindən artıq eh­ti­yatla – bəlkə də buna incəlik də demək olar – iş­lə­nir.

Keçid vəziyyətinə – iki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəmanın ruhu mə­dəniyyət yaddaşı ilə, özü də sosial psixo­logi­yanın qıcıqlanmalara məruz qoyduğu bir yad­daşla yük­lənmiş, ağırlaşmışdır. O, özünün ədəbi sələf­lə­rin­dən fərqli olaraq, saflaşdırıcı özü­nüif­şalara heç də asanlıqla getmir və qəhrəmanın psi­xo­bioq­ra­fiya­sının bu amili pyesin sücetinin gedişini təşkil edir. Xalq inamına görə, bu dü­n­yanın sərhədində in­sanın ruhunu o biri dünya­dan gəlmiş bələdçi, me­diator qarşılayır ki, onun Yoxluğa – əbədiyyətə, Varlığın o biri tərəfinə keçməyini asanlaşdırsın.

Refleksiyaya meylli ziyalı «o barədə» hər şeyi və ya demək olar ki, hər şeyi bilir və bu sə­bəbdən də hər vəchlə – bunun mümkün ol­ma­dı­ğına əmin olsa belə – öz «həqiqət anı»nı uzat­ma­ğa, yubatmağa çalışır…

Öz məğzi etibarı ilə qarşımızda müasir an­ti­rə­vayət durur, belə ki, infernal mübarizənin fi­na­lında xülasə yoxdur, həqiqət ortaya çıxmır və de­məli, onun dərk olunması da nəzərdə tu­tul­mur. Qəh­rə­manların arasındakı mübarizənin predmeti nəyəsə sahib olmaq ehtirası deyil. Ək­sinə, onlar ad­dım-ad­dım, pillə-pillə hər şeydən imtina etmək üçün pa­radoksal bir mübarizə aparırlar. Kosmosda əri­mə­sindən əvvəl ruhu ağırlaşdırır, ona yük olur­lar.

Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağ­la­yan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur, Əbədiyyətin Elçisi – sevimli qadın səbrlə, la­kin güzəştsiz olaraq öz opponentinə «kömək» edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yu­mur.

Bu halda mümkün olan «deklorativlik» təh­lükəsindən pyesi Azərbaycan dramatur­giya­sın­da ilk dəfə Kamal Abdullanın tətbiq etdiyi bir növ «kvant effekti» «xilas» edir: RUH-un vir­tual za­man və məkanında qəhrəman öz-özünə alışır və öz-özünü də elə bir sürətlə söndürür ki, baş ve­rənlərin mənası tezliklə anlaşılmaz olur və özünü bizim hissi qavrayışımızda qoyduğu tit­rək izlərlə büruzə verməyə başlayır.

Kamal Abdullanın «Bir, iki – bizimki» adlı bu pyesi Həqiqətin açılması iddiasında deyildir: müəllifin özü kimi, oxucu-tamaşaçı da onun as­ta­nasında saxlanılır.

…Bu Qapının arxasında niyə belə soyuq­dur?

… Biz bir-birimizi tanıya bilirikmi?

… «Ora» «bu dünyada» bizə əziz nəyinsə bir hissəciyini də olsa apara bilərikmi?

…Həqiqətə aparan ayrı hamar, tapdanmış yollar varmı?

…Və nəhayət, nədir Həqiqət?

Bilmirik. Amma biləcəyik.

Yəqin ki… Şübhəsiz… Ehtimal ki…

Bu isə, necə deyərlər, tamam başqa bir hekayətdir…

 

 

Vaqif İbrahimoğlu,

rejissor