Yazıçı Kamal Abdullanın 2011-ci ildə “Qanun” nəşriyyatında (Bakı) çap olunan
“Unutmağa kimsə yox…” əsəri müəllifin hələlik son romanıdır. Kolumb Hindistan
axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının
gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini yox, bir sevgi məktubunu
deşifrə edir.
Paralel dünyalar, möhtəşəm Ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı… bütün bunlar ilk
baxışda sadə bir hadisənin fonunda əsər boyu canlı kimi nəfəs alır.
Bu roman çap olunduqdan sonra Azərbaycan ədəbi mühitində geniş müzakirələrə
səbəb olmuşdur. Roman haqqında müxtəlif qəzet və internet saytlarda müzakirələr aparılıb.
“Unutmağa kimsə yox…” romanı müəllifin digər romanları kimi müxtəlif dillərə tərcümə olunur. Yaxın günlərdə
roman rus dilində çap ediləcək.
Şərh yoxdur