Artıq 3 gündür ki, Bakıda IV Avrasiya Ədəbiyyat Festivalı keçirilir. Festivala Türkiyə, Macarıstan, Polşa, Braziliya, Rusiya, Fransa, Slovakiya, ABŞ, Qazaxıstan, Monqolustan, Almaniya, Yaponiya Çexiya, İsrail – ümumilikdə 50-dən çox ölkədən yazarlar qatılıb. Həmçinin ölkəmizdən iştirakçı və qonaq qismində 60 yazıçı, şair, tənqidçi, ədəbiyyatşünas iştirak edir.

Oktyabrın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalında qonaq olan Avrasiya ölkələrinin yazıçıları, şairləri, dramaturqları, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri ilə görüşüb. Görüş iştirakçılarının fikirlərini təqdim edirik:  

Makarova İrina (Rusiya) :

“Qonaqpərvəlik və təşkilatçılıq məsələləri bizi çox sevindirir. Azərbaycan Dillər Universitetində həm ədəbi, həm mədəni, həm də böyük elmi imkanlar var. Burada özümüzü çox rahat hiss edirik. Festival çərçivəsində məhz burada, Azərbaycan Dillər Universitetində olmağımız bizim üçün əlavə bir stimul oldu. İnsanlarla ünsiyyət qurmaq, müsbət fikirlərlər almaq xoşdur. Bakının havası da gözəldi, insanları da”.

Lyudmila Viazmitinova (Rusiya) :

“Bu gün festival çərçivəsində çox maraqlı bir görüş oldu. Azərbaycan Dillər Universitetilə, burada yaradılan şərait ilə tanış olmaq istəyirdim.  Festival uğurla davam edir, düşünürəm ədəbiyyat adına sizi parlaq bir gələcək gözləyir, bunu dünən keçirilən tədbirlərdə, qonaqların iştirakında yəqin etmək olardı. Çox səmimi bir  mühitlə qarşılaşdıq. Hər şey işıqlı gələcəyə doğru qurulub. Belə bir təəssürat yaranır ki, ədəbiyyatın sabahı var və bu sabah çox parlaq olacaq…”

Beynəlxalq poeziya Festivalının rəhbəri, “Modern Guilt” (“Müasir şərablar”) adlı məşhur bestsellerin müəllifi Koukis Kristos:

““LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalına Yunanıstanın Afina şəhərindən gəlmişəm. Bu festivalda iştirak etməkdən məmnunam. Bu festival Avrasiyadan insanları birləşdirmək, onları görüşdürmək, tərcüməçiləri, yazıçıları, şairləri bir araya gətirmək üçün çox böyük əhəmiyyətə malikdir. Festival bizə – Avropadan gələnlərə Azərbaycan, Qazaxıstan, Rusiya, Monqolustandan bizə məlum olmayan yazıçıları tanımaq imkanı yaradır.

Mən Azərbaycan Dillər Universitetinə gəlməyi seçdim. Düşünürəm ki, ən yaxşı yer buradır. Çünki burada xarici dilləri öyrənən tələbələrlə görüşürük. Azərbaycanda öz doğma dilimdə, sonra da ingilis dilində danışmaq, amma bununla belə mənim düşüncə tərzimi anlamaları çox vacibdir. Həmçinin, tələbələrlə ölkənin yaşayış tərzi, ədəbiyyatı, mədəniyyəti haqqında müzakirələr aparmaq önəmlidir. Tələbələrlə yerli və xarici ədəbiyyat nümunələrini, ədəbiyyatın gələcəyini müzakirə etmək, onların bu barədə biliklərini dəyərləndirmək çox maraqlıdır”.

Boris Yevseyev (Rusiya) :

“Mən Bakıda bir neçə dəfə olmuşam. Bir neçə dəfə ədəbiyyat tədbirləri ilə bağlı çıxışlarım olub. Bu gün Bakıda keçirilən Ədəbiyyat Festivalı xüsusi əhəmiyyətə malikdir. Çünki bu festival dünyanın əllidən çox ölkəsinin yaradıcı insanlarını bir araya toplayıb. Əlbəttə, bu da millətlərin mədəni, ədəbi əlaqələrinin qurulmasında, xoşbəxt gələcəyin təmin olunmasında olduqca vacib bir məqamdı. Azərbaycan Dilllər Universitetində də həm ədəbi, həm mədəni, həm də elmi mühit üçün gözəl şərait yaradılıb. Bizi çox səmimi və gülərüzlə qarşıladılar. Buna görə cənab rektora, hörmətli yazıçı Kamal Abdullaya təşəkkürümüzü bildiririk.”

http://adu.edu.az/az/az%c9%99rbaycan-dill%c9%99r-universitetind%c9%99-boyuk-elmi-imkanlar-var-lifft-2019-festivalinin-istirakcilari/