Az qalırdı yer də, göy də dağıla,
Soyuq günəş yavaş-yavaş batırdı.
Okeanda nəhəng-nəhəng dalğalar
O sahili bu sahilə qatırdı.
Tufan sanki son dəfə kam alırdı,
Bu dalğalar bizi qırıb-çatdılar.
Göylər matəm nəğməsini çalırdı,
Səni həmin okeana atdılar.
Sular səni aparanda dərinə
Əlin nəyə çatırdısa, əl atdın.
Bircə saman çöpü keçdi əlinə,
O da səni su üzünə çıxartdı.