Akademik Kamal Abdullanın “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”
əsəri müəllifin uzun illərdən bəri “Kitabi-Dədə Qorqud” dastanlarının
müxtəlif spektirlərdə gizli qatlarından bəhs edir.
Kitaba yazılan ön sözün müəllifi professor Rəhman Bədəlovdur.
Kitab 3 hissədən ibarətdir. “Mifdən yazıya və yaxud sirriçində Dastan” adlanan birinci bölmədə mif və yazı, mifin məntiqi və gücü, hüquqi və etik yasaqları, yazının gücü və “Kitabi-Dədə Qorqud” dastanının gizlin filoloji məqamlarından bəhs olunur.
“Anavariantlara doğru” adlı ikinci bölmədə “Kitabi-Dədə Qorqud” dastanı ilə qədim yunan mifləri arasında paralellər təhlil olunur. Dastan qəhrəmanlarının antik mif qəhrəmanları ilə oxşaqlıqları, mifin cəzaları, atalar və oğullar problemi ilə bağlı maraqlı məqamlar öz əksini tapır.
“Mətnin semantik boşluqları” adlanan üçüncü hissədə isə “Kitabi-Dədə Qorqud” dastanının mətnində rast gəlinən maraqlı ifadələr, mətndə olan semantik boşluqlar, Dədə Qorqud, Təpəgöz, Qaraca çoban və başqa obrazların təhlili yer alır.
Kitab 2009-cu ildə Mütərcim (Bakı) nəşriyyatında çap edilmişdir.
Kitabla aşağıdakı linkdən tanış olmaq olar:
Şərh yoxdur